Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-313/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qusar şəhəri, Y.Emin küçəsi, ev 12-də qeydiyyatda olan və Səbail rayonu, A.Abbaszadə küçəsi 14-də yerləşən “Badamart” Hoteldə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB-si tərəfindən tərtib edilmiş 02 mart 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Nigar Rəfibəyli küçəsində vətəndaş Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və ona yaxınlaşan polislərə tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi, polis mayoru X6 protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Y.Məmmədəliyev küçəsində skuter sürərkən ehtiyatsızlıqdan tanımadığı bir nəfər xanımın üzərinə sürmüş, həmin xanım onunla aqressiv danışaraq nalayiq ifadələr işlətmişdir. Aralarında sözlü mübahisə olmuş, xanım onu söymüş, o, içkili olduğu üçün skuteri yenidən həmin xanımın üzərinə sürmüşdür. Həmin vaxt ora polis əməkdaşları gələrək onları polis bölməsinə aparmışlar. O, sonradan səhv hərəkət etdiyini başa düşdüyünü, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 mart 2023-cü il tarixdə, saat 00:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında rapotdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00:13-də, Səbail RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 9-cu PBnə verilmiş verilərək Nigar Rəfibəyli küçəsində 1 nəfər şəxsin digər şəxslə mübahisə etdiyi bildirildi. Mübahisə edən şəxsə özlərini təqdim edib sakit olmasını bildirsələr də həmin şəxs onlara məhəl qoymayaraq mübahisəsini davam etdirmişdir. Həmin şəxsi bölməyə dəvət etdikdə yenidən tabe olmaq istəməmişdir. Bölməyə gətirildikdə həmin şəxsin Şəxs olması müəyyənləşmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən və izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə Xəqani küçəsindən evə tərəf gederkən 1 nəfər scooter nəqliyyat vasitəsini onun üzərinə sürmüş, bu zaman o, çıx qorxaraq həmin şəxsə iradını bildirdikdə həmin şəxs onun ünvanmına nalayiq ifadələrlə onu təhqir etməyə başlamış və təkrar skuteri onun üzərinə sürərək onu vurmaq üçün üstünə hücum etməyə cəhd etdikdə polis əməkdaşları müdaxilə etmişdir. Həmin şəxs nalayiq ifadələrləona hədə-qorxu gəlməyə davam etmişdir. İş materiallarına əlavə edilmiş 2/6606 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə yuxulu, nitqi rabitəsiz və orta dərəcə sərxoş vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə, saat 00:20 radələrində, Səbail RPİ-nin PPXB-nin əməkdaşları “Rabitə” vasitəsi ilə 9-cu PB-nə məlumat verərək Səbail rayonu, Y.Məmmədəliyev küçəsində iki nəfər şəxsin mübahisə etdiyini bildirdi. Məlumat ilə bağlı 9-cu PB-nin ə/q qeyd olunan ünvana göndərildi və həmin şəxslər 9-cu PB-nə dəvət olundu. Bölmədə həmin şəxslərin, xx.xx.1996-cı il təvəllüdlü Astara rayonu Artupa kəndində anadan olmuş, Astara rayon, Artupa kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayan Zərərçəkmiş şəxs (şikayətçi) və xx.xx.2000-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 olması müəyyən edilmişdir. Vətəndaşlar ilə söhbət zamanı məlum olmuşdur ki, X3, xx.xx.2023-cü il tarixdə, saat 00:15 radələrində Səbail rayonu, Y.Məmmədəliyev küçəsində “ SKUYUTER” idarə edən zaman, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və X1 Asel İlham qızına qarşı yüksək səs ilə nəlayiq ifadələr işlətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli 02 mart 2023-cü il tarixdən, saat 00:40-dan hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114.1.1, 115, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 02 mart 2023-cü il tarixdən, saat 00:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-313/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-313/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver