Məhkəmə qərarları › İş №3(009)-314/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-314/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-314/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 28 yanvar 2021-ci il tarixli 00100-0132/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edib “xxxx ” MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Niderlanddan, ünvan 1 ünvanında qeydiyyatda olan ’’Şəxs” MMC-nin ünvanına AP48815/EM084477 nömrəli avtomaşınla, GT-T0252-AE, GT-T0254-AE saylı 17.12.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********4521 sorğu nömrəli 30.12.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında 5%-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-017/003-25/000251 saylı 19.01.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən GT-T0252-AE saylı 17.12.2020-ci il tarixli invoysların 2-ci mal mövqeyləri üzrə idxal olunan "DELL markalı EMC ME4024 Storage Array” modelli məlumatların saxlanılması üçün istifadə olunan yaddaş qurğuları, GT-T0254 saylı, 17.12.2020-ci il tarixli invoysun 2-ci mövqeyi üzrə idxal olunan “DELL markalı Power Vault MD1400” modelli məlumatların saxlanılması üçün istifadə olunan yaddaş qurğuları yükü 15% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********4521 sorğu nömrəli 30.12.2020-ci il tarixli gömrük bəyannaməsində yüklərin, GT-T0252 və GT-T0254 nömrəli 17.12.2020-ci il tarixli invoysların 2-ci mal mövqeyləri ********** XİF MN kodu altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 5664.10 azn, ədv üzrə 1019.54 azn təşkil edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Niderlanddan ’’Şəxs” MMC-nin ünvanına AP48815/EM084477 nömrəli avtomaşınla, GT-T0252-AE, GT-T0254-AE saylı 17.12.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********4521 sorğu nömrəli 30.12.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında 5%-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-017/003-25/000251 saylı 19.01.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən GT-T0252-AE saylı 17.12.2020-ci il tarixli invoysların 2-ci mal mövqeyləri üzrə idxal olunan "DELL markalı EMC ME4024 Storage Array” modelli məlumatların saxlanılması üçün istifadə olunan yaddaş qurğuları, GT-T0254 saylı, 17.12.2020-ci il tarixli invoysun 2-ci mövqeyi üzrə idxal olunan “DELL markalı Power Vault MD1400” modelli məlumatların saxlanılması üçün istifadə olunan yaddaş qurğuları yükü 15% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********4521 sorğu nömrəli 30.12.2020-ci il tarixli gömrük bəyannaməsində yüklərin, GT-T0252 və GT-T0254 nömrəli 17.12.2020-ci il tarixli invoysların 2ci mal mövqeyləri ********** XİF MN kodu altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 5664.10 azn, ədv üzrə 1019.54 azn təşkil edir. Həmçinin müəyyən edilmişdir ki, 2200-017/003-25/000251 saylı 19.01.2021-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 6683.64 manat əlavə ödəniş şirkət tərəfindən ödənilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “xxxx” MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmiş və yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx ” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 23.06.2020-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmış ilk dəfə inzibati xəta törətdiyinə görə və vurduğu ziyanı aradan qaldırdığına görə həmin Məcəllənin 53.0.10-ci maddəsinə əsasən xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə “xxxx” MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “xxxx ” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 6683,64 manat gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx ” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 6683,64 (altı altı yüz səksən üç manat altmış dörd qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 faizi məbləğində, yəni 4679 (dörd min altı yüz yetmiş doqquz ) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar