Məhkəmə qərarları › İş №3(009)-3151/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-3151/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-3151/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, X1 inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəlləin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə qanunla müəyyən edilmiş müddətdə təkrarən barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya nümayəndəsi qismində səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən təkrarən aidiyyəti məhkəməyə müraciət edilə bilər. Şikayət ərizəsi müddətin ötürülməsi ilə verilmişdir. Şikayət ərizəsində şikayətçi inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin protokol əsasında qəbul edilmiş qərarın surətini iş materiallarına əlavə etməmişlər. “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsinə dair 01 fevral 2023-cü iul tarixli, 2018 nömrəli Fərmanın 2-ci və 3-cü hissələrinə əsasən İXM-in 346-cı (dayanma və ya durma qaydalarının pozulması) maddəsi üzrə işlərə baxmaq səlahiyyəti BNA-dan götürülmüş və qeyd edilən maddə ilə törədilmiş inzibati xətaların aşkar edilməsi və baxılması üzrə səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilmişdir. Yəni, hazırki halda BNA-nın hüquqi varisi olan AYNA İXM-in 346-cı maddəsi üzrə törədilən inzibati xətalara baxmaq səlahiyyətində olan hüquqi şəxs deyil. Qeyd edilən maddə ilə bağlı işlərə baxmaq səlahiyyəti yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsusdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : X1 inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar