Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3158/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, 1997-ci ildən Səbail rayonu, Fikrət Əmirov küçəsi 2 ünvanında yerləşən yaşayış binasında mühafizəçi işləyir. Avtomobillərə nəzarət etməklə məşğul deyil. Fikrət Əmirov küçəsi 1 ünvanında yerləşən binada yaşayan Elçini və Firudini tanıyır. Elçin özündən razı olduğu üçün ondan xoşu gəlmir. Firudin müəllim isə onu bir neçə dəfə acılayıb, ona görə ona da ikrah hissi vardır. xx.xx.2020-ci il tarixdə saat 06:00 radələrində mühafizəçi otağından götürdüyü “şurup”la Fikrət Əmirov” bağının Hökümət Evi tərəfində dayanmış vəziyyətdə olan Elçinə məxsus “BMW” markalı və Firudinə məxsus “Mercedes” markalı avtomobilləri cızıb. Avtomobilləri cızmaqda məqsədi onların özündən razı olmağından acıq çıxmaq olub. Hazırda onlara dəymiş maddi ziyanı ödəməyə maddi imkanı yoxdur. Hər iki avtomobilin sağ tərəfini soldan-sağa doğru cızıb. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Səbail RPİ-nin 39-cu PB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Səbail RPİ-nin 39-cu PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Səbail RPİnin 39-cu PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi haqqında arayışdan görünür ki, 2006-cı il buraxılışlı, qara rəngli “Mercedes C 230” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 616 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 05:50 rdələrində Şəxs işlədiyi Səbail rayonu Fikrət Əmirov küçəsi 2 üvanında yerləşən növbətçi otağından götürdüyü “şurup”la (burğulu mıxla) Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 ünvanındakı yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan X1 məxsus **-CV-*** dövlət qeydiyyat nişanlı “Mercedes C 200” markalı avtomobilin sağ tərəfini bütünlüklə qəsdən cızmaqla sonuncuya 616 manat məbləğində maddi ziyan vurmuş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə X2 məxsus “BMW 528 i” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər tərəfini qəsdən cızmaqla sonuncuya 5000 manat məbləğində ziyan vurulması aid hissədə geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş Səbail RPİ-nin 39-cu polis bölməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 49-da yaşayan X4 ərizə ilə Səbail RPİ-nin 39-cu polis bölməsinə müraciət edərək, xx.xx.2020-ci il tarix saat 19:00-dan xx.xx.2020-ci il tarix saat 11:00-dək olan müddət ərzində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanında yerləşən yaşayış binasının qarşısında saxladığı ona məxsus “BMW 528” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin naməlum şəxs tərəfindən cızılması səbəbindən ona ümumilikdə 5000 manat məbləğində maddi ziyan dəyməsini bildirmişdir. Göründüyü kimi qanunvericilik özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələnməsi nəticəsində ziyanın vurulmasını ehtiva edir. Hazırki işdən isə X2 dəymiş ziyanla bağlı heç bir sübut təqdim edilməmişdir. Başqa sözlə X4 təhqiqat zamanı araşdırma aparılarkən o, yalnız ifadəsində ona 5000 manat məbləğində ziyanın dəyməsini bildirsə də, ziyanın həqiqətən də 5000 manat olması ilə bağlı heç bir rəsmi sübut təqdim edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 31, 43114, 115, 128.2.1, 130.1 və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 616 (altı yüz on altı) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş material “BMW” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə geri qaytarılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-3158/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3158/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver