Məhkəmə qərarları › İş №3(009)-3160/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3160/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3160/2020 24.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli nümayəndəsi Əli-X9, Şikayət vermiş şəxs X7 və onun vəkili X5, X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin xx xxxxxxx 2020ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X7 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X11 Türkiyə vətəndaşı X11 xx xxxxxxxx 1985-ci il təvəllüdlüdür. Fiziki şəxs olaraq ünvan 1 ünvanında yerləşən, “Shah Palace” mehmanxanada direktor vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar əsasında ona İnzibati Xəta Məcəlləsinin 211.1-cı maddəsi ilə 3000 (üç min) manat məbləğində inzibati cərimə yazılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları fəaliyyət göstərdiyim obyektə gələrək, mehmanxananın işçiləri tərəfindən Norveç vətəndaşı Terje Almedalın COVİD-19 virusuna yoluxmuş xəstə kimi mehmanxanaya qəbul edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, ******* nömrəli protokol tərtib etdilər. “Kongssberg Services Limited” şirkətinin qonağı olan, Norveç vətəndaşı Almedal Terje, xx.xx.2020-ci il tarixində mehmanxanaya “MediClub” klinikasının tibbi maşını ilə müştəri qismində təqdim olunaraq gətirilmişdir. Bu zaman o, virusdan qorunmaq üçün kombinezonda olmuş və “Mediclub” şirkətinin sürücüsü tərəfindən “həkim” kimi tanıdılaraq, mehmanxanada qonaqlanması istənilmişdir. Özü isə kombinezonda olduğunun səbəbini mehmanxanada COVİD-19 virusuna yoluxmuş və izolyasiya olunmuş xəstələrin olması və yoluxmaması üçün tədbir gördüyünü bildirmişdir. Daha sonra, içəriyə daxil olan hər bir qonaq kimi şəxsin hərarəti təmassız termometr ilə ölçülmüş və normasında olduğu üçün dezinfeksiyaedici məhsullarla təmin olunaraq mehmanxanada qonaqlanmışdır. Mehmanxanada qaldığı müddətdə heç bir şübhəli hal aşkarlanmamışdır və digər qonaqlar ilə heç bir təmasda olmamışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən mehmanxanaya zəng daxil olmuşdur və Almedal Terjenin COVİD-19 xəstəsi olduğu bildirilmişdir. Bu məlumatdan dərhal sonra X15 Mərkəzinə (103) məlumat verilərək müştərinin mehmanxanadan uzaqlaşdırılması və lazımı tədbirlərin görülməsi tələb edilmişdir. Həmin gün axşam saatlarında isə mehmanxananın dezinfeksiyaedici tədbirlərlə bağlı müqavilə ilə əməkdaşlıq etdiyi “xxxx” MMC tərəfindən mehmanxananın bütün sahəsi dezinfeksiya olunmuşdur. Növbəti gün, xx.xx.2020-ci il tarixində Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan sanitariya müayinəsi zamanı mehmanxananın ümumi vəziyyətində və karantin otaqlarında heç bir qüsur aşkarlanmamışdır. Lakin, COVİD-19 yoluxmuş xəstəni mehmanxanada yerləşdirdiyi üçün İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 Avqust tarixli, 287 nömrəli- “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətininin təşkili Qaydaları” haqqında Qərara edilmiş xx xxxxxxxx 2020-ci il tarixli dəyişikliyə əsasən, 11.1.11.bənd ləğv olunmuşdur. Həmin bənddə “COVİD-19 olan, habelə son 48 saat ərzində COVİD-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış (sonuncu COVİD-19 testinin nəticəsinin neqativ çıxdığı tarixdən minimum 14 gün keçməlidir), lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, habelə testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirlər”. Buradan bu nəticəyə gəlmək olar ki, şəxs COVİD-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmasa belə, mehmanxanaya qəbul edilə bilər. Göstərilənlərə əsasən, hesab edir ki, birmənalı, birtərəfli, yarmıçıq araşdırma nəticəsində qərar çıxarmaqla Bakı şəhəri Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən mənim hüquqlarımla yanaşı ədalət mühakiməsinin prinsipləri də pozulmuşdur. Göründüyü kimi, sözügedən inzibati orqanın qərarı işin hallarına uyğun olmamaqla yanaşı eyni zamanda maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, iş üzrə qərar ləğv edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 38.1-ci, 39-cu, maddəsinə əsaslanaraq, məhkəmədən, X11 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli Qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X11 və onun vəkili X10 Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli Qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli nümayəndəsi Əli-X13 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilməlidir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin MN ******* saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə “Şah Palas” mehmanxanasının işçiləri tərəfindən saat 02:21 radələrində “MediClub” klinikanın ambulance maşını ilə gətirilən Norveç vətəndaşı Terje Almedal kombinzon geyimində otelə qəbul edilmişdir. X11 Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mehmanxananın işçisi olan X3 ifadəsində bildirmişdir ki, normal günlərdəki kimi mail vasitəsi ilə rezervasiyası təsdiqlənmiş qonaq gözləyirdilər. Qonaq axşam saat 06 radələrində otelə giriş etdi. Qonaq kombinezonla gəlmişdi ancaq bu otel üçün normal haldır. Çünki otel karantin oteli olaraq fəaliyyət göstərir. Lakin təhlükəsizlik rəisinin təkidi ilə qonaq Norveç vətəndaşı oduğu üçün qonaqdan niyə bu geyimi geyindiyini soruşdular. Cavabında isə sizin otel karantin otelidir, buna görə də şirkət hansı ki onu bura göndərib, tapşırıb ki, özünüzü qoruyun. Qonaq oteldə qaldığı müddətdə heç kimlə təmasda olmayıb. Qonaq xüsusi izoliyasiya olunmuş otaqda qalıb. Yalnız onlar 3 gündən sonra qonağın xəstə olduğunu bilmişlər (Səbail rayonunun gigiyena və epidemiologiya mərkəzindən gələn zəng vasitəsilə) xəbər alınandan sonra lazımi tədbirlər görülüb və qonaq uzaqlaşdırılıb oteldən. Məhkəmə iclasında şahid qismində dindirilmiş mehmanxananın işçisi olan X6 ifadəsində bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixində saat 14:00 radələrində ona Ləman adlı xanımdan zəng gəlmişdir. Ləman xanım bildirdi ki, onların bir qonağı Shah Palace otelində yerləşdirmək istəyirlər və oteldə mövcud otaq olub olmadığını maraqlandı. O, bildirmiş ki, hal-hazırda oteldə SOCAR əməkdaşları qalır və otel karantin oteli sayılır, amma sizin üçün bir otaq tapa biləcəyini söylədi. Ləman xanım prosedura uyğun olaraq ona qonağın adını e-mail vasitəsi ilə göndərdi və bildirdi ki, qonaq 10 gün oteldə qalacaq. Ləman xanım ondan otelin dəqiq ünvanını istəmiş və bildirmiş ki, qonağı sürücü gətirəcək. O, məlumatı ötürmüş otelin rəhbərliyinə və ön büro müdürünə. Bildirmiş ki, qonaq bir neçə saata otelə giriş edəcək. Sonra baş verən hadisələri ön büro müdürü ətraflı izah edəcək. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X7 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün yenidən Bakı şəhəri Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar