Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3174/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1994-cü il təvəllüdlü, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, ev 15 B yaşayan, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* serialı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə skuter oğurlamışdır. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək göstərmişdir ki, törətdiyi əməldən peşmandır. Onun tərəfindən oğurlandığı skuteri geri qaytarmışdır. Zərəçəkənlə barışmışdır və ondan üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu Polis bölməsinin sahə rəisi X1 ifadəsində göstərmişdir ki, zərərçəkən şəxs üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir, lakin yazdığı ərizədə ziyanın tam ödənilməsini, inzibati xəta törədən şəxslə barışdığını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, skuter tapılaraq geri qaytarıldığını və heç bir maddi şikayətinin olmadığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısı Elxan Məhərrəmov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş Hadisəni törətmiş Şəxs əməlində AR İXM-nın 227-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa (sahə inspektoruna) həvalə edilmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur, lakin inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxslərin barışmasını və oğurlanmış skuterin geri qaytarılması ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. AR İXM-nın 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0.10-cü maddəsiən əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Beləliklə məhkəmə inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını, ona vurulmuş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və AR İXM-nın 53.0.10-cu maddəsinə əsasən inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını nəzərə alaraq başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-3174/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3174/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver