Məhkəmə qərarları › İş №3(009)-3184/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3184/2020

11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3184/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və X1 iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2019-cu il tarixli, 00100-2303/19 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxxxx 2019-cu il tarixli, 00100-2303/19 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına 64205727, 64205537, 64205743 və 64205750 nömrəli vaqonlarla daxil olmuş yüklər **********5536, **********5512, **********5499 və **********5521 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********5536, **********5512, **********5499 və **********5521 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına 64205727, 64205537, 64205743 və 64205750 nömrəli vaqonlarla daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Belə ki, gömrük orqanına təqdim edilən **********5536, **********5512, **********5499 və **********5521 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin 40-cı qrafasında 64205727, 64205537, 64205743 və 64205750 nömrəli vaqonlarla daxil olmuş yüklərə dair sərhəd gömrük orqanına təqdim edilməli olan qısa idxal bəyannaməsinin nömrəsi qeyd olunmamışdır. Nəticədə gömrük qaydaları əlehinə inzibati xəta baş vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Belə ki, inzibati xəta hadisəsi xx xxxxxx 2019-cu il tarixdə baş vermişdir. İnzibati tənbeh isə 1 il keçənədək verilə bilər. Xətanın baş verməsindən artəq 1 il keçmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sahil gömrük postunun rəisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli raportdan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına xx.xx.2019-cu il tarixdə 64205727, 64205537, 64205743 və 64205750 nömrəli vaqonlarla ölkə ərazisinə daxil olmuş və **********5536, **********5512, **********5499 və **********5521 saylı Gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün Azərbaycn Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük Sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 10.1.3-cü maddəsində göstərilmiş qısa idxal bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********5536, **********5512, **********5499 və **********5521 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) şirkətinin ünvanına Qazaxıstandan 69000 kq nef sənayesində istifadə olunan Barium sulfat konsertantı ölkə ərazisinə idxal edilmişdir. Lakin idxalçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********5536, **********5512, **********5499 və **********5521 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da bu barədə qeydiyyat aparılmamışdır. İş materillarında olan Dövlət Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarə etmə sistminən çıxarışdan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) ünvanına 64205727, 64205537, 64205743 və 64205750 nömrəli vaqonlarla daxil olmuş yüklərin çatdırılması və boşaldılması həyata keçirilmişdir. Göründüyü kimi Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Lakin, inzibati xəta hadisəsi hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 01 (bir) il 01 (bir) gün öncə, yəni xx xxxxxx 2019-cu il tarixdə baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALD İ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin. İnzibati tənbeh vermə müddəti başa çatdığından Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar