Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-319/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayətçi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Ənənəvi İncəsənət Mərkəzi”nin direktoru X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 17 fevral 2023-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsinə dair X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 17 fevral 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinin pozulması səbəbindən İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ******* №-li xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Həmin protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 manat məbləğində cərimə ödənilməsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə ******* №-li, xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Həmin qərar xx.xx.2023-cü il tarixində poçt vasitəsilə Mərkəzə daxil olmuşdur. İnzibati xəta haqqında qərarla razılaşmır, aşağıdakılara əsasən ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Belə ki, protokolun tərtib edilməsinin səbəbi kimi, X6 təyin edilən əmək haqqına əlavə və mükafatların əmək qanunvericiliyində nəzərdə tutulan vaxtda ödənilməməsi ilə bağlıdır. Bununla bağlı bildirir ki, ona təyin edilən əmək haqqı 27 dekabr 2022-ci il tarixdə tam şəkildə ödənilmişdir. Lakin, ona verilən əmək haqqına əlavələr və mükafatlar tərəfindən çıxarılmış 26 dekabr 2022-ci il tarixli, 62 saylı əmrə əsasən dayandırıldığından ona ödənilməmişdir. Bundan əlavə 30 dekabr 2022-ci il tarixli 68 saylı əmrlə, 62 saylı əmr ləğv edilərək, ona təyin edilən əlavələr və mükafatlar bərpa edilmiş və 17 yanvar 2023-cü il tarixdə ona ödənilmişdir. Gec ödənilməsinin səbəbi kimi, qeyri-iş günlərinin olması və yeni il üçün büdcənin təsdiq edilməməsi ilə bağlı olmuşdur. Barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə şikayət ərizəsi göndərən X10 xx.xx.2019-cu il tarixdən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Ənənəvi İncəsənət Mərkəzi”nin tədris layihələri üzrə sektor müdiri vəzifəsində və əlavə iş yeri olaraq xx.xx.2020-ci il tarixindən etibarən “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Elmi-mədəni Mərkəzinin Mədənikütləvi tədbirlər şöbəsinin baş mütəxəssis vəzifəsində əvəzçilik üzrə (0.5 ştat) işə götürülmüşdür. Belə ki, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində X5 iş yerində olmaması və tərəfindən məzuniyyət götürülməsi qaydalarının pozulması, mütəmadi olaraq xəbərdarlıq etmədən işə gəlməməsi və beləliklə iş davamiyyətində və əmək məzuniyyətlərinin götürülməsi qaydalarında nöqsanlara yol verməsi müəyyən olunması səbəbilə xx.xx.2022-ci tarixli 62 saylı əmrilə intizam məsuliyyətinə cəlb edilməsi haqqında tərəfindən əmr verilmişdir. Həmin əmrə əsasən X6 əmək müqaviləsinin qurtaracağı tarixədək əmək haqların və mükafatların ödənilməsinin dayandırılması qərara alınmışdır. Həmçinin, X10 müraciət edərək, maddi cəhətdən ailəsində müəyyən sıxıntıları olduğunu bildirmiş və xx.xx.2022-ci tarixli 62 saylı əmrin ləğv olunmasını xahiş etmişdir. Qeyd olunan səbəbləri, işçinin maddi durumunu və ən əsası əmək müqaviləsinin şərtlərindən irəli gələn öhdəliklərini vicdanla yerinə yetirmək və işçinin şəxsi maraqlarına hörmət göstərmək öhdəliyini nəzərə alaraq, xx.xx.2022-ci tarixli 62 saylı əmrilə intizam məsuliyyətinə cəlb edilməsi haqqında əmri xx.xx.2022-ci il tarixli 68 saylı əmrlə tərəfindən ləğv olunmuşdur. Həmin əmrin tarixi son iş günündə verildiyindən və növbəti iş gününün yanvar ayının 5 tarixi olduğundan təşkilatın bank hesabındakı vəsaitdən istifadə etmək mümkün olmamışdır və bu səbəbdən mükafatın ödənilməsi yalnız xx.xx.2023-cü il tarixində başa çatdırılmışdır. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin qeydinə əsasən «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Beləliklə, əmək haqqına əlavələr və mükafatın vaxtında ödənilməsi, əmrin son iş günündə verildiyindən təşkilatın bank hesabındakı vəsaitdən istifadə etmək mümkün olmaması onun iradəsindən asılı olmayan hal kimi qiymətləndirərək tətbiq olunmuş inzibati tənbehin tətbiqinə dair qərarın ləğv olunmasına əsas yaradır. Məhkəmə iclasında iştirak edən şikayətçi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Ənənəvi İncəsənət Mərkəzi”nin direktoru X4, şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 17 fevral 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, hazırki iş üzrə daxil olmuş müraciət əsasında qanuna uyğun qaydada araşdırma aparıldığını, əmək haqqının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yaranan nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verildiyinin aşkarlandığını və bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək, onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirərək, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 17 fevral 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 17 fevral 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X5 2022-ci il dekabr ayının əmək haqqının hesablanıb ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 122-ci maddəsinin tələblərinin pozulması aşkar edilmişdir. X2 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 007 saylı Əmrdən görünür ki, X10 xx.xx.2019-cu il tarixdən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Ənənəvi İncəsənət Mərkəzi”nin tədris layihələri üzrə sektor müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 58 saylı Əmrdən görünür ki, X10 xx.xx.2020-ci il tarixindən etibarən “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Elmi-mədəni Mərkəzinin Mədəni-kütləvi tədbirlər şöbəsinin baş mütəxəssis vəzifəsində əvəzçilik üzrə (0.5 ştat) təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci tarixli 62 saylı Əmrdən görünür ki, iş davamiyyətində və əmək məzuniyyətlərinin götürülməsi qaydalarında nöqsanlara yol verməsi müəyyən olunması səbəbilə Ənənəvi İncəsənət Mərkəzinin Tədris layihələri və satış sektorunun müdiri X10 əmək müqaviləsinin qurtaracağı tarixədək əmək haqlarının tənzimlənməsinin və mükafatların verilişi dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci tarixli 68 saylı Əmrdən görünür ki, Ənənəvi İncəsənət Mərkəzinin Tədris layihələri və satış sektorunun müdiri X10 əmək müqaviləsinin qurtaracağı tarixədək əmək haqlarının tənzimlənməsinin və mükafatların verilişi dayandırılması haqqında tərtib edilmiş xx.xx.2022-ci tarixli 62 saylı Əmr ləğv olunmuşdur. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, “Cəmiyyət yüksək maliyyə nəticələri əldə etdikdə İşçiyə yalnız İşəgötürən tərəfindən müəyyən edilən miqdarda (vəzifə maaşına) əlavə ödənc və mükafat verilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, X5 hesabına dekabr ayı üzrə qalıq 391.07 manat, 425.04 manat və 614.54 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən olunur ki, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 158-ci maddəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz. Göründüyü kimi qanun işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslərin məsuliyyətini nəzərdə tutsa da, işin faktiki halları ilə müəyyən olunur ki, X5 əmək müqaviləsində İşçiyə yalnız İşəgötürən tərəfindən müəyyən edilən miqdarda (vəzifə maaşına) əlavə ödənc və mükafat verilə bilməsi hüququnun olması nəzərdə tutulmuş, X5 əmək haqqına əlavə işəgötürənin əmri ilə dayandırılmış, daha sonra həmin əmr işəgötürənin özü tərəfindən ləğv edilərək, inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl işəgötürən tərəfindən həmin əlavə və mükafat hesablanaraq X6 tam həcmdə ödənilmişdir. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından şikayət təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 17 fevral 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 76, 84, 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 17 fevral 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-319/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-319/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver