Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-319/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, Sumqayıt şəhər Məhkəməsindən daxil olmuş Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yangın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli, MN ******* protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yangın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yangın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-3058/2024 saylı qərardadına əsasən inzibati protokolun tərtib olunduğu yer üzrə baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarına əsasən hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Nəzərə alsaq ki, qeyd olunan inzibati xəta Şəxs MMC-nin hərəkəti ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolu 43-cü km-də yerləşən Şəxs MMC-də yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolu 43-cü km-də yerləşən ünvanında baş vermişdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsi, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolu 43-cü km-də ünvanında törədilmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsində baxılmalıdır. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Sumqayıt şəhər Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 106.0.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Sumqayıt şəhər Məhkəməsindən daxil olmuş Sumqayıt şəhər Məhkəməsindən daxil olmuş Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-319/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-319/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver