Məhkəmə qərarları › İş №3(009)-321/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-321/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-321/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 03 fevral 2021-ci il tarixli 00100-0164/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edib Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, CİN Xalq Respublikasından, ünvan 1 ünvanında qeydiyyatda olan ’’Şəxs” MMC-nin ünvana GU338UG/BT338B nömrəli avtomaşınla, 20200KL074 saylı 12.11,2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********9533 sorğu nömrəli 12.01.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında 0%-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-015/003-25/000273 saylı 21.01.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 20200KL074 saylı 12.11.2021-ci il tarixli invoyun 4-cü mal mövqeyi üzrə “X5” adlı fon kimi istifadə olunan,qəhvəyi rəngli, tiftikli trikotaj toxunuslu material ilə təkrarlanmış, qəhvəyi rəngli polietilentereftalat (CAS 25038-59-9) əsaslı liflərdən hazırlanmış, ilməli qısaxovlu, maşınla toxunmuş trikotaj parça” yükü 15% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********9533 sorğu nömrəli 12.01.2021-ci il tarixli gömrük bəyannaməsində yüklərin, 20200KL074 nömrəli 12.11.2020-ci il tarixli invoysun 4-cü mal mövqeyi ********** XİF MN kodu altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 3586.08 azn, ədv üzrə 645.50 azn təşkil edir. İşə əlavə edilmiş 02.02.2021-ci il tarixli işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə xəta törətmiş hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-0163/21 nömrəli iş üzrə icraata vurulmuş ziyanı tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, CİN Xalq Respublikasından, ünvan 1 ünvanında qeydiyyatda olan ’’Şəxs” MMC-nin ünvana GU338UG/BT338B nömrəli avtomaşınla, 20200KL074 saylı 12.11,2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********9533 sorğu nömrəli 12.01.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında 0%li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-015/003-25/000273 saylı 21.01.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİyə göndərilmiş sınaq protokoluna əsasən 20200KL074 saylı 12.11.2021-ci il tarixli invoyun 4cü mal mövqeyi üzrə “X5” adlı fon kimi istifadə olunan,qəhvəyi rəngli, tiftikli trikotaj toxunuslu material ilə təkrarlanmış, qəhvəyi rəngli polietilentereftalat (CAS 25038-59-9) əsaslı liflərdən hazırlanmış, ilməli qısaxovlu, maşınla toxunmuş trikotaj parça” yükü 15% gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********9533 sorğu nömrəli 12.01.2021-ci il tarixli gömrük bəyannaməsində yüklərin, 20200KL074 nömrəli 12.11.2020-ci il tarixli invoysun 4-cü mal mövqeyi ********** XİF MN kodu altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 3586.08 azn, ədv üzrə 645.50 manat əlıavə dəyər vergisi ibarət olmaqla, cəmi 4231,58 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmişdir. Cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmiş və yaranmış əlavə gömrük ödənişlərini ödəmək niyyətində olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ŞəxsMMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 4231,58 (dörd min iki yüz otuz bir manat əlli səkkiz qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş ) faizi məbləğdə, yəni 2962 (iki min doqquz yüz altmış iki ) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar