Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3238/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 39 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:27 radələrində ünvan 1 23 ünvanında sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxx 2020-ci il tarixli, AZA 000154 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 21:27 radələrində DİN-nin 102 xidmətinə bir nəfər şəxsin ünvan 1 23 ünvanında sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin əməkdaşları həmin ünvana gəlmiş, özlərini təqdim edərək həmin şəxsə qaydalara riayət etməsini bildirsələr də, həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən o, bölməyə gətirilmiş və bölmədə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olmuş və 21:27 radələrində ünvan 1 23 ünvanında qonşusu ilə mübahisəli münasibəti olduğu üçün onun ünvanına nalayiq ifadələr işlətdiyindən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ictimai qaydanı pozduğundan barəsində protokol tərtib olunması üçün polis bölməsinə dəvət etmişlər, o, buna etiraz edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən səmimi peşman olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X6 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə əməliyyat qrupunun tərkibində xidmətdə olduğu zaman saat 21:27 radələrində DİN-nin 102 xidmətinə ünvan 1 23 ünvanında yaşayan X3 məlumat verərək bir nəfər şəxsin sərxoş vəziyyətdə münaqişə etdiyini bildirmişdir. Məlumata əsasən o, əməliyyat yoldaşları ilə həmin ünvana gəlmişlər və həmin ünvanda bir nəfər şəxsin sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətdiyinin şahidi olmuşlar. Onlar həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edərək ona qaydalara riayət etməsini bildirsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmadığından 8-ci polis bölməsinə dəvət edilmiş, o buna etiraz edən zaman polis əməkdaşları tərəfindən gətirilmişdir. Orada həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair xx xxxxxx 2020-ci il tarixli, 2/11623 nömrəli protokola əsasən Şəxs orta dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:27 radələrində ünvan 1 23 ünvanında sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətməsinə görə polis əməkdaşları onu qayda qanuna riayət etməyə dəvət etdikdə öz hərəkətlərini davam etdirərək, nəticədə polis bölməsinə dəvət olunan zaman isə buna etiraz etməklə onların qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:27 radələrində ünvan 1 23 ünvanında sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə qayda qanuna riayət etməyə dəvət edilsə də, hərəkətlərini davam etdirməklə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal Şəxs məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal, inzibati xətanı sərxoş halda törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs xx.xx.2020-ci il tarixdən (saat 22:00-da) xx.xx.2020-ci il tarixədək inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-3238/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3238/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver