Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-324/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli 00100-00577/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC **********7682 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində idxal etdiyi netto çəkisi 6110 kq olan bibər yükünün 1200 kq olduğunu və bəyannamədə qeyd edilməyən 6970 kq nektarin yükünün aşkar edilərək ümumilikdə 7567.69 manat gömrük ödənişlərindən yayınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Xocasən gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raporta əsasən X1 rayonu Liman, H.Aslanov, ev 288 ünvanında qediyyatda olan Şəxs adına daxil olmuş **********7682 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə baxış zamanı **********7682 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş netto çəkisi 6110 kq olan bibər yükünün 1200 kq oldugu və bəyan edilməyən 6970 kq nektarin yükünün olduğu müəyyən edilərək araşdırılmanın aparılması üçün 34/025/016452 saylı raportla Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə müraciət edilmiş araşdırma bitdikdən sonra **********7682 nömrəli gömrük bəyannaməsi xx.xx.2022 ci il tarixində müvafiq düzəlişlərin aparılması üçün bəyannaməçiyə qaytarılsa da, göstərilən gömrük bəyannaməsində müvafiq düzəlişlər edilməmiş və həmin düzəlişlərə uyğun yaranmış əməliyyat haqqına görə 160 AZN, idxal gömrük rüsumu üzrə 2270.26 AZN, əlavə dəyər vergisi üzrə 3087.96 AZN, elektron gömrük xidməti haqqı üzrə 35.40 AZN, gömrük ödənişlərinin vaxtında ödənilmədiyi üçün isə dəbbə pulu üzrə 2014.07 azn ümumilikdə 7567.69 AZN **********7682 nömrəli gömrük bəyannamələri üzrə yaranmış əlavə ödənişlər "xxxx" MMC tərəfindən hələ də ödənilməmişdir. İnzibati xəta haqqında protokola əsasən aparılan araşdırma zamanı **********7682 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi və elektron çıxarışlardan görünür ki, həmin gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmiş, hüquqpozma faktı aşkar edildiyindən sözügedən gömrük bəyannaməsi düzəliş edilməsindən ötrü xx.xx.2022-ci il tarixində bəyannaməçiyə geri qaytarılsa da, hələ də düzəlişlər edilməmiş və yaranmış əlavə gömrük ödənişləri ödənilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmış, izahatında 2020ci il Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında cərimə edildiklərini, həmin cəriməni 2022ci ildə ödədiklərini, 12 min manatdan artıq cərimə ödədiklərini, cəriməni ödədikdən sonra bəyannaməyə düzəliş etməli olduqlarından xəbərdar olduqlarını, lakin yaranmış maliyyə problemləri ilə bağlı əlavə yaranmış gömrük ödənişlərini ödəyə bilmədiklərini qeyd etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 7567.69 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 7567.69 (yeddi min beş yüz altmış yeddi) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 5297 (beş min iki yüz doxsan yeddi) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-324/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-324/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver