Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-325/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 1 ünvanında "xxxx" MTK-ya yaşayış binasının istismarına icazə verilmiş, lakin müvafiq məlumatlar Şəxs tərəfindən qanunla müəyyən olunmuş müddətdə reyestrə daxil edilməsi üçün komitəyə təqdim edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 394-1.1-ci maddəsi ilə (tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, onlar məhkəmə iclasına gəlməmiş və tərəflərdən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti tərəfindən istismarına icazə verilən, lakin sənəd və məlumatları Tikintilərin Dövlət reyestrinə təqdim edilməyən tikinti obyekti barədə 28 fevral 2023-cü il tarixli aktından görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin (RİH) xx.xx.2022-ci il tarixli 2/10-852 nömrəli "İstismara icazə" sənədi ilə "xxxx" MTK tərəfindən Səbail rayonu, Bayıl qəsəbəsi, Fuad Əbdürrəhmanov küçəsi, 3, 5 və Qurban Abbasov küçəsi, 92 ünvanlarda inşa edilmiş yaşayış binalarının istismarına istismarına icazə verilmişdir. Lakin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalar'nın tələblərinə əsasən istismarına icazə verilən bu obyekt barədə sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməli olduğu halda, bu günədək təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu tikinti obyektinin istismarına icazə verilməsindən uzun müddət keçməsinə baxmayaraq, inzibati xətalar İXM-nin 38.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində aşkar edilmişdir. Səbail RİH-in xx.xx.2023-cü il tarixli 5-19/2-2/10-247/2023 nömrəli məktubuna əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq Tikintilərin Dövlət reyestrinə sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsi 2020-ci ilin yanvar ayından Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Şəxs həvalə edilmişdir. Hazırda həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışan Şəxs izahatında bildirdi ki, həqiqətən də bu işlər ona həvalə edilmiş, lakin iş qrafikinin gərgin olduğuna görə sənəd və məlumatları vaxtında təqdim edə bilməmişdir. Akt 2 (iki) nüsxədə hazırlandı, 1 (bir) nüsxəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində və 1 (bir) nüsxəsi isə Səbail Rayon İcra Hakimiyyətində saxlanılır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail RİHB-nın 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün məsul şəxs 2020-ci ilin yanvar ayından etibarən Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin baş məsləhətçisi Şəxs təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən ünvan 1 ünvanında istismarına icazə verilən obyekt barədə lazimi sənəd və məlumatları qanunla müəyyən olunmuş müddətdə Tikintilərin Dövlət Reyestrinə təqdim edilməmişdir. Bununla da vəzifəli şəxs olan Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 391-1.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 389-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-325/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-325/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver