Məhkəmə qərarları › İş №3(009)-3254/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-3254/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-3254/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 032/İX saylı qərarından X1 nümayəndəsi “Rifaq Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 032/İX saylı qərarının ləğv olunması barədə X1 nümayəndəsi “Rifaq Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2998/2025 saylı 14 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin verdiyi şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 3(009)-2344/2025 nömrəli qərardadı və 07 oktyabr 2025-ci il tarixli, 3(003)- 1520/2025 nömrəli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs X2 və onun müdafiəçisi Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 032/İX nömrəli qərarı və səlahiyyətli orqanın qəbul etdiyi 23 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından birlikdə müvafiq məhkəməyə şikayət vermək, əgər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 032/İX nömrəli qərarından şikayət vermə müddətini ötürmüşlərsə həmin müddətin bərpa edilməsi barədə vəsatət vermək hüquqlarının olması izah edilmişdir. Göründüyü kimi, eyni faktla bağlı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmiş və həmin şikayət ərizəsinin onu vermiş şəxsə geri qaytarılması qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 nümayəndəsi “Rifaq Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 032/İX saylı qərarının ləğv olunması barədə şikayət ərizəsi ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar