Məhkəmə qərarları › İş №3(009)-3257/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3257/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3257/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Barəsində protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC-nin direktoru vəzifəsində çalışmış Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan RespublikasıMərkəzi Bankı tərəfindən tərtib edilmiş 12 dekabr 2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68-də fəaliyyət göstərən "xxxx" ASC xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində aparılmış planlı-tematik yoxlama nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Nəticədə "xxxx" ASC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs protokolda qeyd edilənləri qəbul etdiyini artıq aradan qaldırıldığını və bu barədə Mərkəzi Banka məlumat verildiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bakı tərəfindən keçirilən"xxxx" ASC-də keçirilən xx.xx.2023-xx.xx.2025-ci il tarixlərdə planlı-tematik yoxlama nəticəsində müəyyən olunmuşdur ki, Qanunun 4.4.1-ci maddəsinin və MUT-un 6.1.2.1 .-ci və 6.1.3.3-cü yarımbəndinin tələbləri pozulmuşdur. BOKT hüquqi şəxs və fərdi sahibkar müştərilərinə münasibətdə verifikasiya tədbirlərini tam həyata keçirməmişdir. MUT-un 6.1.2.1-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT fərdi sahibkar müştərilərinə münasibətdə VÖEN və fəaliyyət növlərini verifikasiya etmək üçün şəhadətnamə və vergi orqanı tərəfindən verilmiş digər sənədlər əsasında aparmamışdır. MUT-un 6.1.3.3-cü yarımbəndinin tələbləri pozulmuşdur. BOKT-nin hüquqi şəxs müştərisi "MM KO” QSC-nin yanlız direktoru Səbuhi Əzizovun məlumatları verifikasiya edilmiş, müştərinin cari fəaliyyətinə rəhbərlik edən vəzifəli şəxslərin, idarəetmə və nəzarət orqanlarında çalışan şəxslər müəyyən edilərək ad, soyad, ata adları (olduğu təqdirdə) və doğum tarixləri verifikasiya edilməmişdir. DNP-nin 2.1.2-ci, 2.3.2-ci, 2.3.4, 2.3.5-ci, 2.4.2-ci, 2.4.4-cü, 2.7.1-ci, 2.7.3-cü, 2.7.4- cü, 2.8.2.3-cü və 2.9.3.7-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. ƏL/TMM Qanununun 10.1.1-ci maddəsi öhdəlik daşıyan şəxslərin daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsini əhatə edir. BOKT tərəfindən daxili qayda və prosedurlar, nəzarət mexanizmləri təsdiq edilərkən ƏL/TMM Qanununun və DNP tələblərinin daxili qaydaları tənzimləyən müvafiq maddə və bəndlərinin tələbləri (daxili qaydalarda əks olunma və tətbiq baxımından) pozulmuşdur. DNP-nin 2.1.2-ci yarımbəndinin tələbləri pozulmuşdur. BOKT daxili qayda, prosedur və nəzarət mexanizmləri öhdəlik daşıyan şəxslərin rəhbərliyi tərəfindən təsdiq olunmalı və aktuallığı təmin edilməlidir. Öhdəlik daşıyan şəxslər vaxtaşırı yenilənmə tələb edən daxili qayda, prosedur və nəzarət mexanizmləri üçün çevik təsdiq mexanizmini formalaşdırmamışdır. DNP-nin 2.3.2-ci yarımbəndinin tələbləri pozulmuşdur. BOKT daxili qaydalarında standart müştəri uyğunluğunun tətbiqi hallan ilə bağlı tələblər müəyyən etməmişdir. DNP-nin 2.3.4-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT daxili qaydasında maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsi əməliyyatlarından əvvəl müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməli olduğu qeyd edilməmişdir. Halbuki, BOKT-lər ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə bilərlər. DNP-nin 2.3.5-ci yarımbəndinin tələbi pozulmuşdur. Müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) müştərilərin eyniləşdirilməsi və verifikasiyası, o cümlədən müştəri profili üzrə risklərinin qiymətləndirilməsi proseslərində hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə təsvir edilməmişdir. DNP-nin 2.4.2-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT hüquqi şəxs və xarici hüquqi təsisatın benefısiar mülkiyyətçisinin müəyyənləşdirilməsi ilə bağlı müraciət edəcəyi mənbələri daxili qaydalarında əks etdirməmişdir. DNP-nin 2.4.4-cü yarımbəndinin tələbi pozulmuşdur. Benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyası öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq tərtib olunmaqla müxtəlif strukturlu hüquqi şəxslər və xarici hüquqi təsisatlarla rastlaşdıqda yenilənməlidir tələbi BOKT-nin daxili qaydalarında əks etdirilməmişdir. DNP-nin 2.7.1-ci yarımbəndinin tələbi pozulmuşdur. Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra məlumat qaydasında MMX-yə təqdim edilməsi müddəti (3 (üç) iş günü ərzində) nəzərdə tutulmamışdır. DNP-nin 2.7.3-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT tərəfindən müəyyən edilmiş şübhəlilik meyarlarının yenilənməsinə ildə ən azı bir dəfə baxılması daxili qaydada tələb kimi müəyyən edilməmişdir. DNP-nin 2.7.4-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT tərəfindən müəyyən edilmiş meyarlar hər hansı bir əməliyyatda (əqddə) formal cəhətdən mövcud olarsa, buna baxmayaraq əməliyyat (əqd) və ya müştərinin fəaliyyəti ƏL/TM ilə bağlı olmasına şübhə yaranmazsa, BOKT-nin əməliyyatı (əqdi) daha ətraflı araşdırması qaydası müəyyən edilməmişdir. DNP-nin 2.8.2.3-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarına (indikatorlarına) düşməyən əməliyyatların təhlili qaydasını müəyyən etməmişdir. DNP-nin 2.9.3.7-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin İRQ metodologiyasında yarımbəndə müəyyən edilmiş siyahılarda qeyd edilmiş dövlətlərin (ərazilərin) yüksək riskli olmasına dair müddəalar əks etdirilməmişdir. ƏL/TMM Qanunun 10.1.2-ci maddəsi və DNP-nin 3.1.2-ci, 3.1.4-cü, 3.2.1-ci, 3.2.6.1-ci, 3.2.6.2-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. ƏL/TMM Qanunun 10.1.2-ci maddəsi öhdəlik daşıyan şəxslərin rəhbərlik səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil ecılməsıni əhatə edir. BOKT tərəfindən ƏL/TMM Qanununun müvafiq maddəsinin və DNP-r n qeyd olunan istiqaməti tənzimləyən bəndlərinin tələblərinin tətbiqi baxımından pozulmuşda DNP-nin 3.1.2-ci maddəsinin tələbi pozulmuşdur. BOKT-də ƏL/TMM üzrə x ~əsu şəxs təyinatı xx.xx.2023-cü il tarixində təyin edilmişdir. Halbuki, əvvəlki PL/TMM qanununda da məsul şəxs təyin edilməsi nəzərdə tutulmuşdur. DNP-nin 3.1.4-cü bəndinin tələbi pozulmuşdur. BOKT dövr ərzində yalnız o - şjchə əməliyyata dair SAR hesabatı MMX-ya göndərmişdir. Lakin, MMX tərə'ncən genyə məlumatlandırma zamanı hesabatın keyfiyyəti aşağı qiymətləndirilib və şübhə y n durac ğ bildirilmişdir. DNP-nin 3.2.1 -ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT tərəfindən rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX- * nın informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası təsdiq edilməmişdir. BOKT-nin Müşahidə Şurasının xx.xx.2024-cü il tarixli, 167/2024 saylı protokoluna əsasən məsul şəxs Təlim və İnkişaf meneceri X4 təyin olunsa da, bununla bağlı məlumatlar MMX-ya xx.xx.2024-cü il tarixdə göndərilmişdir. DNP-nin 3.2.6.1-ci yarımbəndinin tələbi pozulmuşdur. Məsul şəxsin fəaliyyəti digər struktur bölmələrdən asılı olmamalı və yalnız öhdəlik daşıyan şəxsin rəhbərliyinə tabe olmalı və ona hesabat verməlidir. Lakin, BOKT-də 30 iyul 2024-cü il və 05 sentyabr 2024cü il tarixlərdə təyin edilmiş məsul şəxsin əvəzedicisi X5 mühasib vəzifəsində çalışmışdır. DNP-nin 3.2.6.2-ci yarımbəndinin tələbi pozulmuşdur. Məsul şəxs öhdəlik daşıyan şəxsin daxili audit xidmətinin (olduğu təqdirdə) və müştərilərə xidmət bölməsinin (olduğu təqdirdə) işçisi ola bilməz. BOKT-də bu tələb pozularaq xx.xx.2023-cü il tarixli, 1367 saylı əmrlə məsul şəxsin əvəzedicisi müştəri xidmətləri departamentinin müdiri X1 təyin edilmişdir. Qeyd edilən pozuntu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etmişdir. DNP-nin 4.2.1-ci, 4.2.3.2-ci, 4.2.3.3-cü, 4.2.3.4-cü və 4.2.11-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. BOKT işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi ilə bağlı DNP-də nəzərdə tutulmuş yuxarıda qeyd olunan tələblərə riayət etməmişdir. DNP-nin 4.2.1-ci yarımbəndinin tələbi pozulmuşdur. 2023-cü il üzrə keçirilmiş təlimlərlə bağlı MMX-ya müvafiq məlumatlar təqdim edilməmişdir. Eləcə də, daxili nəzarət proqramında təlimlərlə bağlı məlumatın məhz “ildə bir dəfədən az olmayaraq” göndərilməsi nəzərdə tutulmamışdır. DNP-nin 4.2.3.2-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT tərəfindən 2023 və 2024- cü ildə keçirilən təlimlərdə "ƏL/TMM sahəsi üzrə müəyyən edilmiş daxili nəzarət proqramı ilə tanışlıq" istiqaməti əhatə olunmamışdır. DNP-nin 4.2.3.3-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin 2023-cü il üzrə keçirilmiş təlimində "müştəri uyğunluğu tədbirləri, müştəri profilinin formalaşdırılması və müştəri profil riskinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər” istiqaməti əhatə olunmamışdır. DNP-nin 4.2.3.4-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT yoxlamanın əhatə etdiyi dövr ərzində keçirdiyi təlimlərdə “benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər” istiqaməti əhatə olunmamışdır. DNP-nin 4.2.11-ci yarımbəndin tələbi pozulmuşdur. Təlim proqramı hər növbəti təqvim ili üçün hazırlanmalı və öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiqlənməlidir. Lakin, BOKT-də bu tələb pozulmuş, təlim proqramı ilə bağlı əmr təlimlərin keçirildiyi ildə təsdiq olunmuşdur. DNP-nin 5.1.6.6-cı, 5.1.6.7-ci və 5.1.6.8-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. BOKT müstəqil audit mexanizmi vasitəsilə ƏL/TMM üzrə mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən zaman DNP-nin müvafiq yarımbəndlərinin tələblərini pozmuşdur. DNP-nin 5.1.6.6-cı yarımbəndinin tələbi pozulmuşdur. Qeyd olunan yarımbənd də öhdəlik daşıyan şəxsin işçiləri tərəfindən Qanunun və Qanunla tələb olunan aktların tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət etmək tələbi qoyulsa da, bununla bağlı BOKT-də 2023 və 2024-cü illər üzrə keçirilmiş auditlə bağlı yoxlama aktlarında bu istiqamətdə yoxlamanın əhatə olunmadığı müəyyən edilmişdir. DNP-nin 5.1.6.7-ci yarımbəndinin tələbi pozulmuşdur. Qeyd olunan yarımbənd də daxili nəzarət proqramının ƏL/TMM sahəsi üzrə qanunvericiliyə, müəyyən edilmiş risklərə, habelə öhdəlik daşıyan şəxsin fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğunluğunu təhlil etmək tələbi qoyulsa da, BOKT-də 2023 və 2024-cü ilər üzrə keçirilmiş auditlə bağlı yoxlama aktlarında bu istiqamətdə yoxlamanın əhatə olunmadığı müəyyən edilmişdir. DNP-nin 5.1.6.8-ci yarımbəndinin tələbi pozulmuşdur. Qeyd olunan yarımbənd üzrə daxili nəzarət proqramı çərçivəsində qəbul olunmuş daxili qayda, prosedurlar və nəzarət mexanizmlərinin səmərəliliyini və effektivliyini qiymətləndirmək tələbi qoyulsa da, BOKT-də 2023 və 2024-cü illər üzrə keçirilmiş auditlə bağlı yoxlama aktlarında bu istiqamətdə yoxlamanın əhatə olunmadığı müəyyən edilmişdir. Yoxlama nəticəsində aşağıdakı risk faktorları aşkar edilmişdir: ƏL/TMM Qanunun 4.10-cü və 11.2-ci maddəsinin tələblərinin pozulmasına səbəb ola biləcək risk faktoru müəyyən edilmişdir. BOKT şübhəli əməliyyatlarla bağlı hazırladığı və sonradan şübhəliliyin olmadığı qənaətinə gəldiyi təhlil hesabatlarında əməliyyatın hansı meyarlara uyğun gəldiyini əks etdirməmişdir. Halbuki daxili qaydalarda müəyyən edilmiş təhlil hesabatı formasında bununla bağlı tələb müəyyən edilmişdir. Həmçinin, müştərilərin apardıqları əməliyyatların şübhəlilik meyarları əsasında təhlili avtomatlaşdırılmamışdır. “X2 tətbiqinə dair Təlimatın 1.1-ci bəndinin tələbinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. BOKT-də avtomatlaşdırılmış məlumat axtarış sistemlərindən istifadə edilməməsi və bildiriş sisteminin BOKT-nin daxili proqram təminatına birbaşa inteqrasiyasının olmaması ilə bildiriş sisteminin tətbiq edilməməsi ƏL/TMM Qanununun 11.3.2-ci maddəsinə uyğun olaraq siyahı üzrə müştərilərin dərhal MMX- ya göndərilməməsi riskini yaradır. MUT-un 3.1-ci yarımbəndinin tələblərinin pozulmasına səbəb ola biləcək risk faktoru müəyyən edilmişdir. BOKT MUT-un 2-ci hissəsi ilə müəyyən edilmiş məlumatları kağız daşıyıcıda saxlasa da, bəzi hallarda elektron qaydada müştəri profilinə daxil etməmişdir. DNP-nin 3.2.3.6-ci və 3.2.4-cü yarımbəndinin tələbinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. BOKT tərəfindən daxili qaydalarda rəhbərliyə hesabatlığın vahid forması müəyyən edilməmişdir. Vahid hesabat formasının olmaması, həmçinin hazırlanma və təqdim edilmə qaydalarının dəqiq göstərilməməsi hesabatların adekvat olmamasına və rəhbərliyin ƏL/TMM-nin ümumi vəziyyəti barədə müfəssəl məlumat əldə edə bilməməsinə səbəb olur. DNP-nin 4.2.9-cu yarımbəndinin tələblərinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. BOKT işçilərinin bilik və vərdişlərinin yoxlanılması üçün forma və qaydalar müəyyən edilməmişdir. Təlimlərdə iştirak etmiş əməkdaşların test tapşırıqları ilə yoxlanılması həyata keçirilsə də, bu prosesin hansı meyarlar əsasında, hansı qayda, təlimat və ya metodologiyaya uyğun şəkildə aparılacağına dair tələblər müəyyən olunmamışdır. Bu isə, subyektiv yanaşma riskini artırmaqla yanaşı, selektiv (seçici) yanaşma imkanlarını da gücləndirir. ƏL/TMM Qanununun 10.1.5-ci maddəsinin tələbinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. “Daxili audit xidmətinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramının qiymətləndirilməsi üzrə standartlarında ildə ən azı bir dəfə planlı auditin keçirilməsi nəzərdə tutulsa da, il başa çatdıqdan sonra ən geci hansı müddətdə auditin aparılması dəqiq olaraq göstərilməmişdir. Belə ki, 01.01- xx.xx.2023-cü il tarixli aralığı əhatə edən audit yoxlamasına xx.xx.2024-cü il tarixdə başlanılmışdır. Bu isə nöqsan ola biləcək sahələrə çevik müdaxilə etmə imkanını məhdudlaşdıran risk olaraq qiymətləndirilə bilər. ƏL/TMM Qanunun 11.11-ci maddəsinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. BOKT daxili nəzarət proqramında hüquqi şəxs olan müştərilərə tətbiq edilən müştəri uyğunluğu tədbirləri çərçivəsində müəyyən edilmiş benefisiar mülkiyyətçi barədə məlumatları 3 iş günü ərzində maliyyə monitorinqi orqanına təqdim edilməsi ilə bağlı tələb müəyyən edilməmişdir. Lakin məlumat MMX-ya təqdim edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs “ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tələbinə əsasən, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu, 493-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar