Məhkəmə qərarları › İş №3(009)-327/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-327/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-327/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X3 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 8-ci Polis Bölməsindən ona zəng edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilmişdir. Araşdırma apararkən məlum olub ki, xx xxxxx 2020-ci il tarixdə avtobusda tibbi maskadan istifadə etmədiyinə görə onun adına protokol tərtib edilib. Qeyd edilən tarixdə o, aptekə həm tibbi maska almaq üçün, həm də başqa dərman almaq üçün getmişdir. Tibbi maska tapmadığı üçün bir neçə aptekə getməli olmuşdur. O, avtobusa minərkən polis ona tibbi maskada olmadığı üçün protokol tərtib edəcəyini bildirmişi, o, isə 2-ci qrup əlil olduğunu, xəstə olduğu üçün aptekə dərman almağa getdiyini bildirmişdir. Polis nəfəri isə ona “ get” demişdir. Həmin hadisədən 10 aydan çox müddət keçdikdən sonra ona bildirirlər ki, protokol tərtib edilib və o, 100 manat məbləğində cərimə edilib. O, protokolla razı deyil deyil, çünki 2020-ci ilin aprel aylarında maska tapmaq mümkün deyildir. Göstərdiklərini nəzərə alaraq barəsində Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 və Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə lazımı qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozduğuna görə İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş Səbail rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu X4 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X5 xx xxxxx 2020-ci il tarixdə maska və dərman əldə etmək üçün evdən çıxmış, Səbail rayonunin ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və karantin rejimi qaydalarını pozduğu üçün, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilmiş və həmin protokol əsasında Elxan Abdullayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırki iş üzrə isə X1 qaydalarının hansı şərtlərini (tibbi maska və əlcəkdən istifadə etməməsi, icazə almadan yaşayış yerini tərk etməsi və s) pozmasını aydınlaşdırmaq mümkün deyil. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən gücləndirilmiş, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavaitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidmətini vəzifələrini icra etmək məqsədi ilə icazə verilmişdir. Göründüyü kimi həmin vaxt qeyd edilən qərarda tibbi maskadan və əlcəkdən istifadə kimi öhdəliklər vətəndaşlara tətbiq edilməmişdir. Bununla da, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən X4 inzibati xəta haaqında protokol tərtib edilərkən yuxarıda göstərilən hallar araşdırılmamış, yəni Elxan Abdullayevin hansı məqsədlə yaşayış yerini tərk etməsi (aptekə məhz maska almaq üçün getməsi) araşdırılmadan barəsində qanunsuz və əsassız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Belə olan halda, şəxsin barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, X2 rejimində tibbi maskadan istifadə etmədən yaşayış yerini tərk etməsinə məhdudiyyətlər olmadığı halda Bakı şəhəri Yasamal Səbail RPİ-nin 8-ci PB -nin sahə rəisi tərəfindən əsassız olaraq İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da, protokol tərtib etmiş şəxsin gəldiyi nəticə, yəni Elxan Abdullayevin karantin qaydalarının hansı şərtlərini pozması işin faktiki hallarına uyğun gəlməmişdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayət təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin MN ******* saylı, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar