Məhkəmə qərarları › İş №3(009)-329/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-329/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-329/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 fevral 2021-ci il tarixli, 00100-2695/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 03 fevral 2021-ci il tarixli, 00100-2695/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 56A91310/56A91410 nömrəli avtomaşının üzərinə qovulmuş CAİU9293128 nömrəli konteynerdə ********* saylı 24.112020 tarixli invovsla daxil olmuş və BBGİ-də **********2662 saylı 14.12.2020 tarixli GB ilə bəyan olunan yüklərə gömrük baxışı zamanı **********2662 saylı 14.12.2020 tarixli Gömrük Bəyannaməsinin 8-ci mal mövqeyində bəyan olunan 30 ədəd işlənmiş amartizatordan əlavə 12 ədəd yeni amartizator, 14-cü mal mövqeyində bəvan olunan 45 ədəd buferdən əlavə 8 ədəd bufer qömrük orqanına bəyan olunmayan 10 ədəd güzgü üçün dönmə işığı, 16 ədəd mühərrik yastığı, 19 ədəd güzgü içi şüşə, 2 ədəd qranat və istifadə olunmuş 1 ədəd avtomobilin ön hissəsi mühərriklə birlikdə aşkar olunmuşdur. İnzibati xətanın bilavasitə obyekti olan 12 ədəd amortizator, 8 ədəd bufer və gömrük orqanına bəvan edilməyən 10 ədəd güzgü üçün dönmə işığı, 16 ədəd mühərrik yastığı, 19 ədəd güzgü içi süsə, 2 ədəd qranat və istifadə olunmuş 1 ədəd avtomobilin ön hissəsi mühərriklə birlikdə yüklərinin qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/003-24/009719 saylı, 21.12.2020-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək is üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5845 saylı, 26.01.2021-ci il tarixli ekspert arayışında inzibati xətanın bilavasitə obyekti olan 12 ədəd Mercedes markalı avomobilə məxsus amortizatorun 1 ədədinin qiyməti 50 manat olmaqla 600 manat, 8 ədəd Mercedes markalı avtomobilə məxsus qabaq buferin 1 ədədinin qiyməti 160 manat olmaqla 1280 manat, 10 ədəd Mercedes markalı avtomobilə məxsus güzgü üçün dönmə işığının bir ədədinin qiyməti 15 manat olmaqla 150 anat, 16 ədəd Mercedes markalı avtomobilə məxsus mühərrik yastığının bir ədədinin qiyməti 25 manat olmaqla 400 manat, 19 ədəd Mercedes markalı avtomobilə məxsus güzgü içi şüşəsinin arxası plasmas bir ədədinin qiyməti 15 manat olmaqla 285 manat, 2 ədəd qranat yükünün 1 ədinin qiyməti 50 manat olmaqla 100 manat və 1998- 2000-ci il buraxılışlı Mercedes markalı C klas avtomobilə məxsus istifadə olunmuş ön hissə mühərriklə birlikdə (yarımsökülü vəziyyətdə) yükünün qiyməti 1600 manat olmaqla ümumilikdə 14.12.2020-ci il tarixə orta bazar qiymətinin təxminən 4415 manat təşkil etdiyi qeyd olunmuşdur. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “, Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edib Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş 17 dekabr 2020-ci il tarixli raportdan görünür ki, 17.12.2020-ci il tarixində X2 “Şəxs“ MMC nin ünvanına 56A91310/56A91410 nömrəli avtomaşın üzərinə qoyulmuş CAİU9293128 nömrəli konteynerdə ********* saylı 24.112020 tarixli invoysla daxil olmuş və BBGİ-də **********2662 saylı 14.12.2020 tarixli GB ilə bəyan olunan yüklərə gömrük baxışı keçirildi. Baxış zamanı **********2662 saylı 14.12.2020 tarixli Gömrük Bəyannaməsinin 8-ci mal mövqeyində bəyan olunan 30 ədəd işlənmiş amartizatordan əlavə 12 ədəd yeni amartizator, 14-cü mal mövqeyində bəyan olunan 45 ədəd buferdən əlavə 8 ədəd bufer, gömrük orqanına bəyan olunmayan 10 ədəd güzgü üçün dönmə işığı, 16 ədəd mühərrik yastığı, 19 ədəd güzgü içi şüşə, 2 ədəd qranat, 1 ədəd avtomobilin ön hissəsi mühərriklə birlikdə aşkar olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 26 yanvar 2020-ci il tarixli 9/5845 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 adda avtomobil hissələrinin ümumilikdə 14.12.2020-ci il tarixə orta bazar qiyməti təxminən 4415,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 17.12.2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı 56A91310/56A91410 nömrəli avtomaşın üzərinə qoyulmuş CAİU9293128 nömrəli konteynerdə ********* saylı 24.112020 tarixli invoysla daxil olmuş və BBGİ-də **********2662 saylı 14.12.2020 tarixli GB ilə bəyan olunan yüklərə gömrük baxışı keçirildi. Baxış zamanı **********2662 saylı 14.12.2020 tarixli Gömrük Bəyannaməsinin 8-ci mal mövqeyində bəyan olunan 30 ədəd işlənmiş amartizatordan əlavə 12 ədəd yeni amartizator, 14-cü mal mövqeyində bəyan olunan 45 ədəd buferdən əlavə 8 ədəd bufer, gömrük orqanına bəyan olunmayan 10 ədəd güzgü üçün dönmə işığı, 16 ədəd mühərrik yastığı, 19 ədəd güzgü içi şüşə, 2 ədəd qranat, 1 ədəd avtomobilin ön hissəsi mühərriklə birlikdə aşkar olunmuşdur. İş materiallarında olan 14.12.2020-ci il tarixli **********2662 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 28,00 ədəd minik avtomobilləri üçün istifadə olunmuş benzin mühərriklər ölkə ərazisinə idxal edilmişdir. Həmçinin həmin bəyannaməyə əlavələrdən görünür ki, 1640,00 kq ibarət 41 ədəd minik avtomobilləri üçün istifadə olunmuş ötürücü qutular, 670,00 kq ibarət 30 ədəd minik avtomobilləri üçün istifadə arxa aparıcı körpü, 8818,06 kq 36 ədəd minik avtomobillər üçün istifadə olunmuş ön hissə, 52 ədəd kapot, 112 ədəd qanad, 48 ədəd qapı, 10 ədəd minik avtomobillər üçün istifadə ön işıqlar, 35,00 ədəd minik avtomobillər üçün istifadə olunmuş starter 20 ədəd, 15 ədəd dinamo, 670,00 kq 100 ədəd plastik hissələr, 270,69 kq 30 ədəd amartizatorlar, 10,00 ədəd istifadə olunmuş kompressorlar, 325,00 kq bufer 15 ədəd, 400,00 kq 20 ədəd radiatorlar, 146,00 ədəd – 40 ədəd yeni stop, 100 ədəd dönmə işıqları, 383 kq 40 ədəd ön çərçivə, 40 ədəd bufer kantı, 20 ədəd alt qoruyucu, 3 ədəd panel, 30 ədəd ön çərçivə nikel, 10 ədəd alt plasmas, 160,00 kq 45 ədəd yeni bufer və 3 ədəd dizel mühərriklər ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan xətanın bolavasitə predmeti olan malların ümumi dəyəri 2535 manat, İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan xətanın bolavasitə predmeti olan malların ümumi dəyəri 1880 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 2535 manat gömrük ödənişlərinin məbləğinin 40 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs (Şəxs MMC) tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 55, 114-115, 482.1 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. Şəxs MMC hüquqi şəxs qismində ödənilməli olan 2535 (iki min beş yüz otuz beş) manat gömrük ödənişlərinin məbləğinin 40 faizi məbləğdə, yəni 1014 manat (bir min on dörd) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar