Məhkəmə qərarları › İş №3(009)-329/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-329/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-329/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında qərarlarından X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 10941487; xx.xx.2022-ci il tarixli, EQ 11640899; xx.xx.2022-ci il tarixli, EQ 11641058; xx.xx.2022-ci il tarixli, EQ 11663751; xx.xx.2022-ci il tarixli, EQ 11773643; xx.xx.2022-ci il tarixli, EQ 9183154; xx.xx.2022-ci il tarixli, EQ 8236192; xx.xx.2021-ci il tarixli, EQ 8691026; xx.xx.2022-ci il tarixli, EQ 8751590; xx.xx.2022- ci il tarixli, EQ 12682560; xx.xx.2023-cü il tarixli, EQ 10865623; xx.xx.2022-ci il tarixli, EQ 12308721; xx.xx.2022-ci il tarixli, EQ 12365917; xx.xx.2022-ci il tarixli, EQ 10486432; xx.xx.2022-ci il tarixli, EQ 7989553; xx.xx.2021-ci il tarixli, EQ 10290660; xx.xx.2022-ci il tarixli, EQ 9254600; xx.xx.2022-ci il tarixli, EQ 9342807; xx.xx.2022-ci il tarixli, EQ 11435979; xx.xx.2022-ci il tarixli, EQ 11486600; xx.xx.2022-ci il tarixli, EQ 1148611; xx.xx.2022-ci il tarixli, EQ 11486104; xx.xx.2022-ci il tarixli, EQ 9519303; xx.xx.2022-ci il tarixli, nömrəli inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarlarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X2 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 16 fevral 2023-cü il tarixdə idarə etdiyi LAND GRUİSER minik markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri DYPİ-nin əməkdaşları saxlayaraq bildirmişlər ki, avtomobilin ödənilməmiş qüvvədə olan cərimələri var. Bu məsələnin aydınlaşdırılması üçün Bakı şəhəri BPİ X5 İdarəsində oldum barəsində çıxarılmış tənbeh vermə haqqında qərarların surətini əldə etmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, barəsində Azərbaycan Respublikası X1 328.1, 346.1, 328.2, 327.1, 327.2, maddələrinə əsasən müxtəlif vaxtlarda qəbul edilmiş 23 ədəd- EQ 10941487; xx.xx.2022-ci il tarixli, EQ 11640899; xx.xx.2022-ci il tarixli, EQ 11641058; xx.xx.2022-ci il tarixli, EQ 11663751; xx.xx.2022-ci il tarixli, EQ 11773643; xx.xx.2022-ci il tarixli, EQ 9183154; xx.xx.2022-ci il tarixli, EQ 8236192; xx.xx.2021-ci il tarixli, EQ 8691026; xx.xx.2022-ci il tarixli, EQ 8751590; xx.xx.2022- ci il tarixli, EQ 12682560; xx.xx.2023-cü il tarixli, EQ 10865623; xx.xx.2022-ci il tarixli, EQ 12308721; xx.xx.2022-ci il tarixli, EQ 12365917; xx.xx.2022-ci il tarixli, EQ 10486432; xx.xx.2022-ci il tarixli, EQ 7989553; xx.xx.2021-ci il tarixli, EQ 10290660; xx.xx.2022-ci il tarixli, EQ 9254600; xx.xx.2022-ci il tarixli, EQ 9342807; xx.xx.2022-ci il tarixli, EQ 11435979; xx.xx.2022-ci il tarixli, EQ 11486600; xx.xx.2022-ci il tarixli, EQ 1148611; xx.xx.2022-ci il tarixli, EQ 11486104; xx.xx.2022-ci il tarixli, EQ 9519303; xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarlarının ləğv edilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1, 346.1, 328.2, 327.1, 327.2-ci maddələrinə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayət ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 10941487; xx.xx.2022-ci il tarixli, EQ 11640899; xx.xx.2022-ci il tarixli, EQ 11641058; xx.xx.2022-ci il tarixli, EQ 11663751; xx.xx.2022-ci il tarixli, EQ 11773643; xx.xx.2022-ci il tarixli, EQ 9183154; xx.xx.2022-ci il tarixli, EQ 8236192; xx.xx.2021-ci il tarixli, EQ 8691026; xx.xx.2022-ci il tarixli, EQ 8751590; xx.xx.2022- ci il tarixli, EQ 12682560; xx.xx.2023-cü il tarixli, EQ 10865623; xx.xx.2022-ci il tarixli, EQ 12308721; xx.xx.2022-ci il tarixli, EQ 12365917; xx.xx.2022-ci il tarixli, EQ 10486432; xx.xx.2022-ci il tarixli, EQ 7989553; xx.xx.2021-ci il tarixli, EQ 10290660; xx.xx.2022-ci il tarixli, EQ 9254600; xx.xx.2022-ci il tarixli, EQ 9342807; xx.xx.2022-ci il tarixli, EQ 11435979; xx.xx.2022-ci il tarixli, EQ 11486600; xx.xx.2022-ci il tarixli, EQ 1148611; xx.xx.2022-ci il tarixli, EQ 11486104; xx.xx.2022-ci il tarixli, EQ 9519303; xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarlardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 328.1, 328.2, 346.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tətbiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati tənbeh vermə haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə görə, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 328.1, 328.2, 346.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 10941487; xx.xx.2022-ci il tarixli, EQ 11640899; xx.xx.2022-ci il tarixli, EQ 11641058; xx.xx.2022-ci il tarixli, EQ 11663751; xx.xx.2022-ci il tarixli, EQ 11773643; xx.xx.2022-ci il tarixli, EQ 9183154; xx.xx.2022-ci il tarixli, EQ 8236192; xx.xx.2021-ci il tarixli, EQ 8691026; xx.xx.2022-ci il tarixli, EQ 8751590; xx.xx.2022- ci il tarixli, EQ 12682560; xx.xx.2023-cü il tarixli, EQ 10865623; xx.xx.2022-ci il tarixli, EQ 12308721; xx.xx.2022-ci il tarixli, EQ 12365917; xx.xx.2022-ci il tarixli, EQ 10486432; xx.xx.2022-ci il tarixli, EQ 7989553; xx.xx.2021-ci il tarixli, EQ 10290660; xx.xx.2022-ci il tarixli, EQ 9254600; xx.xx.2022-ci il tarixli, EQ 9342807; xx.xx.2022-ci il tarixli, EQ 11435979; xx.xx.2022-ci il tarixli, EQ 11486600; xx.xx.2022-ci il tarixli, EQ 1148611; xx.xx.2022-ci il tarixli, EQ 11486104; xx.xx.2022-ci il tarixli, EQ 9519303; xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarları ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 inzibati tənbeh tətbiq etmə haqqında qərarlardan verdiyi şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 10941487; xx.xx.2022-ci il tarixli, EQ 11640899; xx.xx.2022-ci il tarixli, EQ 11641058; xx.xx.2022-ci il tarixli, EQ 11663751; xx.xx.2022-ci il tarixli, EQ 11773643; xx.xx.2022-ci il tarixli, EQ 9183154; xx.xx.2022-ci il tarixli, EQ 8236192; xx.xx.2021-ci il tarixli, EQ 8691026; xx.xx.2022-ci il tarixli, EQ 8751590; xx.xx.2022- ci il tarixli, EQ 12682560; xx.xx.2023-cü il tarixli, EQ 10865623; xx.xx.2022-ci il tarixli, EQ 12308721; xx.xx.2022-ci il tarixli, EQ 12365917; xx.xx.2022-ci il tarixli, EQ 10486432; xx.xx.2022-ci il tarixli, EQ 7989553; xx.xx.2021-ci il tarixli, EQ 10290660; xx.xx.2022-ci il tarixli, EQ 9254600; xx.xx.2022-ci il tarixli, EQ 9342807; xx.xx.2022-ci il tarixli, EQ 11435979; xx.xx.2022-ci il tarixli, EQ 11486600; xx.xx.2022-ci il tarixli, EQ 1148611; xx.xx.2022-ci il tarixli, EQ 11486104; xx.xx.2022-ci il tarixli, EQ 9519303; xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarları ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar