Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-329/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, şikayət verən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, qərarından şikayət verilən orqanın nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından "xxxx" direktoru X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X2 şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli 3-17-5/3-1- 11331/2024 saylı inzibati tənbeh vermə haqqında qərarın ləgv edilməsi və barəsində inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, "xxxx" MMC-nin işçiləri X8 və X3 müraciətləri əsasında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən X2 İXM-nin 192.6-cı maddəsi ilə1700 manat məbləğində inzibati qaydada cərimələnmişdir və 30 gün müddətində hüquqpozmanın aradan qaldırılması qərar alınmışdır. Bu qərardan yuxarı orqana şikayət verilmiş və həmin şikayətə baxılaraq X6 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/3-1- 11331/2024 saylı qərar ilə şikayət təmin olunmamışdır. Qərar rəsmi olaraq "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. X2 bildirmişdir ki, Şikayətçi (işçi) olmuş X8 ilə əmək müqaviləsinə müddətin bitdiyi gün 03 may 2024-cü il tarixdə əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024cü il tarixdə E.Quliyevin xx.xx.2024-cü il tarixli ******* nömrəli xəstəlik vərəqəsi ilə xx.xx.2024— xx.xx.2024-cü il xəstəlik dövrünə təsadüf etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 28 iyun 2024-cü il tarixə qədər qüvvədə olan redaksiyada 73-ci və 79-cu maddəsinin 2-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xəstəlik dövründə xitam verilməsinə yol verilir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif vaxtlarda işəgötürənlərin müraciəti əsasında verilən rəsmi cavab məktublarında (məsələn, xx.xx.2012-ci il tarixli 02/14 nömrəli, 28.11,2014-cü il tarixli xx/xx-2754 nömrəli, xx.xx.2021 -ci il tarixli **********6 və s.) izahat verilmişdir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xəstəlik dövründə xitam verilə bilər. Həmin işçilərin əmək müqavilələrinə xitam verilərkən onlara son haqq-hesabın 3 gün sonra ödənilməsi işəgötürənin iradəsindən asılı olmayan səbəbdən (hesabda vəsaitin olmaması) baş vermişdir. İşçiyə son haqq-hesabın üzürlü səbəbdən 3 gün sonra verilməsi, həmin işçilərin bu halla bağlı şikayətçi olmaması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci və 38.2-ci maddələrinə əsasən bu halın uzanan inzibati xəta hesab edilməməsi və aşkar olunduğu zaman aradan qalxmış olması nəzərə alınaraq, işəgötürənə qarşı tətbiq edilən inzibati cərimənin şətri tətbiq edilməsi barədə qərar tam əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif vaxtlarda işəgötürənlərin müraciəti əsasında verilən rəsmi cavab məktublarında (məsələn. xx.xx.2012-ci il tarixli 02/14 nömrəli, 28.11,2014-cü il tarixli xx/xx-2754 nömrəli, xx.xx.2021 -ci il tarixli **********6 və s.) verilən izahatda müddətli əmək müqaviləsinə müddəti bitdikdə xəstəlik dövründə xitam verilməsinin qanunvericiliyin tələblərinə uyğun olması qeyd edilir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şikayətdə qeyd edilənləri müdafiə edərək bildirmişdir ki, cavabdeh orqan onları 192.6-cı maddə ilə cərimə edib. Cəriməni də şərti tətbiq edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, sözügedən tarixlərdə yəni 19 avqust 2024-cü ildə bizi cərimələyiblər. 3 may 2024-cü il tarixində "xxxx" MMC-nin 2 əməkdaşının əmək müqaviləsinin müddəti bitir. Əmək müqaviləsinin müddətinin bitdiyi gün isə onların əmək müqaviləsinə xitam verilir və son haqq-hesabı verilir. Həmin 2 şəxsin şikayəti əsasında əmək müfəttişliyi bizi şərti cərimələyir. Bu gün həmin 2 şəxsin "xxxx" MMC-yə qarşı şikayətləri yoxdur. May ayında qanunvericilik başqa cür olub. Hazırda əmək məcəlləsinin 73-cü maddəsinin dispozisiyası fərqlidir. Orqan 2024-cü ilin avqust və oktyabr ayında həmin dövrdə qüvvədə olan 73-cü maddəni tətbiq ediblər. Lakin hadisə may ayında baş verib. May ayında qüvvədə olan məcəllənin dispozisiyası başqa cür idi. May ayında olan qanunvericilikdə deyilir ki, müddətli əmək müqaviləsinin müddəti bitdikdə xitam verilir. 45-ci maddənin 5-ci hissəsi nəzərə alınmaqla müddətli əmək müqaviləsində müddət bitdikdə əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə uzadılmış hesab olunur. İndiki dispozisiyanın tərsinə idi. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında qanunun 8.6, 8.4, 8.5-ci maddələrində göstərilir ki, dövlət orqanlarının şəxslərə suallarına, izahatlara, məsləhətlərə və göstərilən metodik köməkliyə əsaslanmaqla həyata keçirilən fəaliyyəti zamanı yol verilən pozuntulara görə sahibkarlar məsuliyyətə cəlb edilə bilməz. İnzibati xətanın 2 hissə ilə bağlı olduğunu, haqq-hesabda may ayının 24-də hesabda məbləğ olmadığını, son haqq hesab 27 may tarixində olduğunu, xətanın aradan qaldırıldığını, aradan qaldırıla bilinməyən hissə isə işçinin işə bərpa hissəsinin olduğunu, işçini isə işə bərpa etmək qeyri-mümkün olduğunu, işdən çıxarkən bülleteni gec təqdim etdiyini, əmək müqaviləsinə xitam verilərkən bülletenin əllərində olmadığını, bütün bunlara baxılarkən Əmək Müfəttişliyinə bütün sənədlərin təqdim edildiyini, işçi ilə pozuntuların aradan qaldırılması ilə bağlı bütün ödənişlərin edildiyini, ƏSMM-in Sahibkarlıq subyektlərinin məktublarının göndərildiyini, 24 mayda Əmək məcəlləsinin 73-cü maddəsinin indiki redaksiyada olmadığını, o səbəbdən da ona qədər ki hallara xitam verilə bilindiyini, qanunun buna icazə verdiyini, ƏSMM-in Sahibkarlıq subyektlərinin məktublarında metodik tövsiyə və göstəriş olduğunu, sürücülərlə bağlı isə daimi olaraq ehtiyyac olduğunu, məcburən hər hansı işçi gedərsə yerinin ən tez zamanda doldurulmalı olduğunu, buna bənzər bir çox analoji məsələlərin olduğunu, nəticə olaraq son haqq-hesab hissəsinin icra edildiyini bildirirərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X9 əmək müqaviləsinə işçi ilə xitam verildiyini, son ödənişlərin həmin gün deyil də, 3 gün sonra ödənildiyini, işdən çıxarılarkən işçinin xəstə olduğunu, 1 həftə ərzində işçi ilə əlaqə saxlanılmadığını, Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən işçi işdən çıxarkən ona ödənilən ödəniş tam məbləğdə ödənildiyini, bunun da inzibati məsuliyyət yaratdığını və şərti qərar verildiyini, qanunu pozduqdan sonra tövsiyyə məktubunu da rəhbər tutmağın absurd olduğunu, heç bir tövsiyyə məktubunun Azərbaycan Respublikası Konstitusiyasından və qanunundan üstün sənəd olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında qərarı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli 3-17-5/3-1- 11331/2024 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X4 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarından görünür ki, vətəndaş X8 və X3 müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və "xxxx" MMC-nin direktoru X2 barəsində 1700 (min yeddi yüz) manat inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin -müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən 73-cü maddə əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. Ərnək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi “Normativ hüquqi aktlar haqqında" .Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.26-cı maddəsinə əsasən işəgötürənə dispozitiv imkan yaratdığı üçün 79-cu maddənin 2-ci hissəsi rəhbər tutularaq işçinin əmək müqaviləsinə müddəti bitdikdə və müqavilənin müddətinin bitmə tarixi əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrünə təsadüf etdikdə xitam verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli 3-17-5/3-1-11331/2024 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli 3-17-5/3-1- 11331/2024 saylı qərarı ləğv edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-329/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-329/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver