Məhkəmə qərarları › İş №3(009)-33/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-33/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-33/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 və X3 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokola dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/027853 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən, "xxxx" MMC (VÖEN: **********) tərəfindən **********6788 və **********6808 sorğu nömrəli xx.xx.2018-cı il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların daxildə emal gömrük prosedurunda yerləşdirilərək Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərildiyi, sözügedən bəyannamə əsasında daxildə emal edilən malların daxildə emal müddətinin xx.xx.2018ci il tarixində bitməsinə baxmayaraq "xxxx" MMC tərəfindən həmin malların geriyə qaytarılmadığı və ya digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi bildirilmişdir. Lakin, xaricdə emal müddətinin xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq **********6788 və **********6808 sorğu nömrəli xx.xx.2018-cı il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş yüklərin daxildə emal müddəti bitməmiş "xxxx" MMC (VÖEN: **********) tərəfindən həmin yüklərin Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, daxildə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. **********6788 sorğu nömrəli xx.xx.2018-cı il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilərkən invoys dəyəri 13142.5 ABŞ dolları, Azərbaycan manatına münasibətdə isə 22342.25 ( iyirmi iki min üç yüz qırx iki manat iyirmi beş qəpik) manat, **********6808 sorğu nömrəli xx.xx.2018-cı il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilərkən invoys dəyəri 17753.5 ABŞ dolları, Azərbaycan manatına münasibətdə isə 30180.95 ( otuz min yüz səksən manat doxsan beş qəpik) manat təşkil edirdi, belə ki, sözügedən tarixdə 1 (bir) ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi 1,70 manat idi. (xx.xx.2018-ci il tarixinə olan valyuta məzənnəsi barədə DGK-nın “VAİS” informasiya resursundan çıxarış raporta əlavə olunur). Odur ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən **********6788 və **********6808 sorğu nömrəli xx.xx.2018-cı il tarixli gömrük bəyannamələri ilə bəyan edilən malların daxildə emal gömrük prosedurunda yerləşdirilərək Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərildiyi tarixdə dəyərləri 52523.2 manat müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X4 protokola etiraz edərək bildirdi ki, "xxxx" MMC tərəfindən **********6788 və **********6808 sorğu nömrəli xx.xx.2018-cı il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların daxildə emal müddəti bitmişdir və daxildə emal müddətinin qanunamüvafiq qaydada uzadılması ilə bağlı vaxtında gömrük orqanına müraciət edilməmişdir. Hazırda həmin mallar **********2012 saylı və **********2004 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək geriyə qaytarılmış və idxal gömrük prosedura altında rəsmiləşdirilmək üçün müvafiq ödənişlər edilmişdir. Bundan əlavə hesab edir ki, gömrük orqanı tərəfindən inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyünə görə "Bakı Gəmiqayırma Zavodu”MMC barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən "Bakı Gəmiqayırma Zavodu” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X5 protokola etiraz edərək bildirdi ki, "xxxx" MMC tərəfindən **********6788 və **********6808 sorğu nömrəli xx.xx.2018-cı il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallar **********2012 saylı və **********2004 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək geriyə qaytarılmış və idxal gömrük prosedura altında rəsmiləşdirilmək üçün müvafiq ödənişlər edilmişdir. "Bakı Gəmiqayırma Zavodu” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Belə olan halda, məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "Bakı Gəmiqayırma Zavodu”MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC tərəfindən **********6788, **********6808 sorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2018-ci il tarixində bitməsinə baxmayaraq malların geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən heç bir tədbir görülməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********6788 və **********6808 sorğu nömrəli xx.xx.2018-cı il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş malların emal müddətinin son tarixi xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin qərara əsasən şəxs məhkəmə və digər orqanların qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra yenə həmin qərarı icra etmədikdə, yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 4 sentyabr 2018-ci il Qərarında qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas, müəyyən edilmiş müddətdə malların geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə şərtləndirilmişdir. Bu halda daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin bitdiyi gündən növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki inzibati iş üzrə öhədlik üçün son müddət xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir. Beləliklə, "Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən **********6788 və **********6808 sorğu nömrəli xx.xx.2018-cı il tarixli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında bəyan edilərək rəsmiləşdirilmiş malların daxildə emal müddəti xx.xx.2018-ci il tarixində bitdiyinə görə artıq növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilməlidir. İş materiallarından görünür ki, inzibati xətanın törədilməsi barədə protokol 22 dekabr 2023-cü ildə tərtib edilmişdir. Ona görə də həmin inzibati xətanın törədildiyi gündən 4 ildən artıq müddət keçdiyindən "Bakı Gəmiqayırma Zavodu” MMC-yə inzibati tənbeh verilə bilməz və iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinin tələbinə görə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda- inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən 3 ildən artıq müddət keçdiyindən "Bakı Gəmiqayırma Zavodu”MMC-yə inzibati tənbeh verilə bilməz. Ona görə də "Bakı Gəmiqayırma Zavodu”MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 497-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar