Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-33/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialının nümayəndəsi və vəkili Nümayəndə2 Nürəddin oğlunun iştirakları ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialının Azərbaycan Respublikası İXM-nin 266.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialının Azərbaycan Respublikası İXM-nin 266.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən yaşayış məntəqələri təyinatlı dövlət mülkiyyətində olan torpaq sahəsinə tullantıların boşaldaraq qalaqlanması və basdırılması nəticəsində ORCA OFFSHORE FZE” Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 22-29 sentyabr 2021-ci il tarixində əraziyə baxış keçirilən zaman ərazidə tullantıların qanunla müəyyən edilməmiş qaydada qalaqlanması və basdırılması nəticəsində Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin idarənin əməkdaşları tərəfindən həmin ərazidə şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialının Azərbaycan Respublikası İXM-in 266.1 və 271-ci maddələrinə əsasən məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialının nümayəndəsi və vəkili Nümayəndə2 Nürəddin oğlu inzibati xəta haqqında protokola etiraz edərək, tərtib edilmiş protokol qanunsuz və əsassız olduğu üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş etiraz belə əsaslandırılmışdır ki, ekoloji qanunvericiliyin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1,271-ci maddələrinin tələblərinin pozulması nəticəsində törədilmiş inzibati xəta ilə əlaqədar Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialının (bundan sonra “Filial” adlandırılacaq) təqsirli bilinərək barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol və toplanmış digər sənədlər İ.X.M-nın 18.5-ci maddəsinin tələbinə uyğun olaraq qərar qəbul olunması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmiş və hazırda həmin inzibati xəta haqqında iş Sizin icraatınızdadır. Hesab edirik ki, qeyd olunan protokol əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məsələnin mahiyyəti ilə bağlı bildiririk ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən yaşayış məntəqələri təyinatlı dövlət mülkiyyətində olan torpaq sahəsinə tullantıların boşaldılaraq qalaqlanması və basdırılmasına görə güya "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1, 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bildiririk ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 13-cü km, 2C ünvanında - X1 xüsusi mülkiyyətində olan 0.2769 ha torpaq sahəsini icarəyə götürərək servis xidməti olaraq fəaliyyət göstərir. Həmin şirkətin giriş hissəsi - təxminən 300m2 torpaq sahəsi dövlətə məxsusdur. Belə ki, fəaliyyət göstərdiyi müddət ərzində hər dəfə yağıntılar olan zaman şirkətin giriş hissəsindən, yəni dövlətə məxsus torpaq sahəsindən şirkətin ərazisinə yağış suları daxil olaraq ərazini su altına goymuşdur. Filialın ərazisində abadlaşdırma işləri görərkən əraziyə yağış sularının daxil olmaması üçün ərazidən topladığı artıq torpaq qatını filialın giriş hissəsində qeyd edilən torpaq sahəsinə boşaltmış, üzəri doğranmış çay daşları və qum qarışığı şebel qatı ilə möhkəmləndirilmiş, hamarlaşdırılmışdır. Bundan sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları əraziyə gələrək filialın rəhbərinə dövlətə məxsus torpaq sahəsini tullantı maddələri ilə çirkəndirdiyini bildirmiş və “Akt” tərtib etmişlər. Bunun əsasında İnzibati xəta haqqında “Protokol” tərtib olunmuşdur. Filialın nümayəndəsi isə onlara heç bir qanun pozuntusunun olmadığını, dövlətə məxsus torpaq sahəsini tullantı maddələri ilə çirkləndirmədiyini, əvəzində isə filialın ərazisinə yağış suları daxil olmaması üçün həmin sahəni torpaq qatı ilə doldurduğu bildirmişdir. Başqa sözlə desək, məhkəmənin nəzərinə çatdırıq ki, Azərbaycan Respblikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilən Seriya RX, №-0700307 saylı Çıxarış sənədinə əsasən 0.2769 ha torpaq sahəsi filial tərəfindən müəyyən hissəsi icarəyə götürülmüş, həmin sahədə servis xidməti göstərilir. Sözügedən torpaq sahəsinin qarşısında yerləşən mübahisəli dövlət mülkiyyətdə olan təxminən 300m2 torpaq sahəsinin nahamarlığının aradan qaldırılması və atmosfer sularının uzaqlaşdırılması üçün icarəyə götürən tərəfindən müvafiq tədbirlər görülmüşdür. Tədqiq olunan torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsindən götürülmüş torpaq qatı ilə doldurulmuş, üzəri doğranmış çay daşları və qum qarışığı şebel qatı ilə düzləşdirilmişdir. Beləliklə, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 13-cü km, 2C ünvanında - X1 xüsusi mülkiyyətində olan 0.2769 ha torpaq sahəsində icarədə olan Şəxs şirkətinin qarşısında yerləşən dövlət mülkiyyətində olan təxminən 300 m2 torpaq sahəsi doldurulmuş, üzəri doğranmış çay daşları və qum qarışığı şebel qatı ilə düzləşdirilmişdir. Eyni zamanda, qeyd edirik ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.Maddə - Hasarların tikintisinə dair tələblərin 73.4-cü bəndinə əsasən: Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Beləliklə, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 13-cü km, 2C ünvanında - X1 xüsusi mülkiyyətində olan 0.2769 ha torpaq sahəsində icarədə olan Şəxs şirkətinin AR-kı filialın qarşısında yerləşən dövlət mülkiyyətində olan təxminən 300 m2 torpaq sahəsinin doldurulması “Şəhərsalma Norma və Qaydaları”nın 10.13-cü bəndinə və “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 73.4-cü bəndinə əsasən uyğun olaraq həyata keçirilmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, İXM-nin 266.1-ci və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə Şəxs şirkətinin AR-kı filialının təqsiri müəyyən edilmir. Belə ki, məlumdur ki, İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sadalanan qanun normalarından da göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməli deyil, bu vəzifə isə inzibati orqanın üzərinə düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə İXM-nin 266.1-ci və 271-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətalaların mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən, Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcələnin 271 -ci maddəsinə əsasən, Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Halbuki, filialın qarşısında dövlət mülkiyyətində olan torpaq sahəsində yerin çirklənməsi, həmin ərazidə istehsalat, sənayə və məişət tullantılarının basdırılması, qalaqlanması və ya tullantıların yandırılması halları müəyyən edilməmişdir Ümumiyyətlə filial özü icarədə olan torpaq sahəsində istehsalat və sənayə fəaliyyəti ilə deyil, servis xidməti fəaliyyəti ilə məşğuldur və aydın məsələdir ki, heç bir sahibarlıqla məşğul olan şəxsin öz ərazisinin giriş hissəsində çirkləndirilmə, tullantılarının basdırılması, qalaqlanması və yandırılması işlərinin həyata keçirilməsi ağlabatan və məntiqə uyqun hesab edilə bilməz. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə qeyd edilən halların olmasını iddia etsə də, bunu təsdiq edən sübutlara istinad etməmişdir. Həmçinin, sözügedən idarə həmin ərazidən nümunə olaraq torpaq sahəsindən götürərək onun çirklənməsinə dair hər hansı laboratoriya nəticələri əldə etməmiş və iddia etdikləri dəlilləri sübut edə bilməmişdir. Bundan fərgli olarag filial geyd edilən pozuntu halların olub-olmamasının aydınlaşdırılması üçün X2 müraciət etmiş və təgdim edilmiş mütəxəssis rəyindən görünür ki, Ekologiya və Təbii Şərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta protokolunda iddia etdikləri inzbati xəta pozuntuları öz təsdigini tapmamışdır. Həmin rəyi də məhkəməyə sübut olarag təgdim edirik. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsindən də görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsindən də görünür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrindən də görünür ki, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 ,-ci maddəsindən də görünür ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, əməldə inzibati xəta tərkibi olmadığından "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati xəta hagqında işlər üzrə icraata başlanıla bilməz və başlanılmış icraata xitam verilməlidir. "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” Protokolun etibarsız hesab edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, materialı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 dekabr 2023-cü il tarixli 83271 saylı monitorinq aktından görünür ki, İdarənin 29 noyabr 2023-cü il tarixli 341 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massiv və Salyan şossesi 32 ünvanı üzrə yoxlama aparılmış, aşkar edilmiş faktlar üzrə akt tərtib edilmiş, çəkilmiş fotoşəkillər akta əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X3” MMC-ni tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05 № mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosses 13-cü km, 2C ünvanında - X1 xüsusi mülkiyyətndə olan 0.2769 ha torpaq sahəsində icarədə olan "xxxx" şirkətinin qarşısında yerləşən dövlət mülkiyyətində olan təxminən 300m2 torpaq sahəsinin doldurulması, üzəri doğranmış çay daşları və qum qarışığı şebel qatı ilə düzləşdirilməsi müəyyən edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 13-cü km, 2C ünvanında - X1 xüsusi mülkiyyətində və icarədə olan 0.2769 ha torpaq sahəsində istensalat aparılmadığından, eləcə də doldurulmuş sahədən götürülmüş torpaq qatından müəyyən edilmişdir ki, həmin sahə 60 sm hündürlüyündə gil qarışığı torpaq qatı ilə, üzəri qum-şebel qarışığı ilə doldurulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 13-cü km, 2C ünvanında - X1 xüsusi mülkiyyətində olan 0.2769 ha torpaq sahəsində icarədə olan Şəxs şirkətinin qarşısında yerləşən dövlət mülkiyyətində olan təxminən 300m2 torpaq sahəsinin doldurulması “Şəhərsalma Norma və Qaydalan”nın 10.13-cü bəndinə və “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 73.4-cü bəndinə əsasən uyğun olduğu müəyyən edilmişdir. “Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”m 5.33. bəndinə əsasən profilaktik tövsiyə: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 13-cü km, 2C ünvanında - X1 xüsusi mülkiyyətində olan 0.2769 ha torpaq sahəsində icarədə olan Şəxs şirkətinin qarşısında yerləşən dövlət mülkiyyətində olan təxminən 300m2 torpaq sahəsinin hansı torpaq qatı ilə doldurulmasının müəyyən edilməsi üçün həmin ərazindən müvafiq nümunələr götürməklə laborator şəraitdə istehsalatdan ayrılmış tullantılar yığmağı olub-olmaması müəyyən edilə bilər. Ekspertiza baxışı zamanı İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələrində göstərilən hallar, yəni Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 13-cü km, 2C ünvanında - X1 xüsusi mülkiyyətində olan 0.2769 ha torpaq sahəsində icarədə olan Şəxs şirkətinin AR-kı filialın qarşısında yerləşən dövlət mülkiyyətində olan təxminən 300 m2 torpaq sahəsinin çirklənməsi, həmin ərazidə istehsalat, sənaye və məişət tullantılarının basdırılması, həmçinin qalaqlanması və yandırılması hallan aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmədiyindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 40, 43, 53, 75, 76, 84,114-115, 128-130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındaki filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-33/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-33/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver