Məhkəmə qərarları › İş №3(009)-332/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-332/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-332/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin bildirişi əsasında bacısı Yeganə Mirzəquliyevanın nümayəndəsi qismində iştirak etmək üçün məhkəməyə getmişdir. Məhkəmə iclasından qayıdarkən “Caspian Plaza”nın yanında polis nəfəri onu saxlayaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Onun üzərində olan məhkəmə bildirişinə məhəl qoymayan polis nəfəri qanunsuz və əsassız olaraq onu cərimələmişdir. Hesab edir ki, o, məhkəmənin çağırışı əsasında yaşadığı mənzili tərk etmişdirsə ona cərimə tətbiq edilə bilməz. Göstərdiklərini nəzərə alaraq Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X8 qızı şikayətini müdafiə edib, barəsində Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə lazmı qaydada məlumat verilsə də, polis bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin izahatını dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində heç bir icazə sisteminə məhəl qoymayaraq karantin rejimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 qızı xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində heç bir icazə sisteminə məhəl qoymayaraq karantin rejimi qaydalarını pozduğuna görə İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 2-1(103)-2012/2020 saylı bildirişindən görünür ki, X3 apelyasiya şikayəti əsasında xx xxxxxx 2021-ci il tarixə, saat 10:45-ə məhkəmə iclası təyin edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, AR İİ196515 nömrəli etibarnamədən görünür ki, X5 1 il müddətinə, yəni xx xxxxxx 20212-ci il tarixədək bütün məhkəmə instansiyalarında və s. orqanlarda X4 onu təmsil etməyi etibar etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Hazırki işdən görünür ki, Aygün Mirzəquliyevaya inzibati xəta haqqında protokol tərtib edilərkən heç bir icazə sisteminə məhəl qoymayaraq karantin rejimi qaydalarını pozduğu qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X5 1 il müddətinə bütün məhkəmə instansiyalarında və s. orqanlarda X4 onu təmsil etməyi etibar etmişdir. X6 isə həmin etibarnamə əsasında Yeganə Mirzəquliyevanı Bakı Apelyasiya Məhkəməsinə xx.xx.2021-ci il tarixə, saat 10:45-ə təyin edilmiş məhkəmə iclasında təmsil etmək məqsədi ilə qeyd edilən məhkəmə iclasında iştirak etmiş və evinə qayıdarkən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 200 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Aygün Mirzəquliyevanın evdən çıxmaqda məqsədi Yeganə Mirzəquliyevanı Bakı Apelyasiya Məhkəməsinə həmin tarixə təyin edilmiş məhkəmə iclasında təmsil etmək olmuşdur. Yəni onun məhkəmə iclasında iştirak etməsi üçün həm bildiriş, həm də etibarnaməsi olduğundan, onun SMS icazə sistemindən icazə alaraq yaşayış yerini tərk etməsi üçün zərurət yaranmamışdır. Lakin Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları bütün bunlara məhəl qoymayaraq qanunsuz və əsassız olaraq Aygün Mirzəquliyevanın barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, X1 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Belə olan halda, şəxsin barəsində AR İXMnin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 27-ci Polis Bölməsi tərəfindən işin faktiki hallarına əsaslanmadan X8 qızı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin edilməli, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 qızının şikayəti təmin edilsin. Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar