Məhkəmə qərarları › İş №3(009)-3333/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3333/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3333/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraklı ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, protokol tərtib edilən zaman sərxoş olmamışdır. Belə ki, o, onkoloji xəstədir və onda sağ böyrək alt qütbü qonşuluğunda yağ toxumalar içərisində bir neçə ədəd 10mm-dən kiçik monspesifik xarakterdə limfa düyünləri vardır. Onun bu xəstəliyinin daşıyıcısı olduğu halda ona spirtli içki qəbul etmək olmaz, spirtli içki onun xəstəliyinin artmasına səbəb ola bilər. Bundan əlavə ona inzibati xəta haqqında protokol tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göstərdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 343.1-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:13 radələrində idarə etdiyi **-NL-*** dövlət nömrə nişanlı, «Toyota Corolla minik» markalı avtomaşını idarə edərkən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən imtina etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında» xx.xx.2019-cu il tarixli, 2/9081 nömrəli aktdan görünür ki, Şəxs müayinədən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Aktdan görünür ki, **-NL-*** dövlət nömrə nişanlı, «Toyota Corolla minik» markalı avtomaşın xx.xx.2020-ci il tarixdə saxlanmaya qəbul edilmişdir. İş materiallarında olan “Oksigen” Klinik Xəstəxanasına tərəfindən verilmiş üst abdomen MRT-dən görünür ki, xx.xx.1972-ci təvəllüdlü Şəxs sağ böyrək alt qütbü qonşuluğunda yağ toxumalar içərisində bir neçə ədəd 10mm-dən kiçik monspesifik xarakterdə limfa düyünləri vardır. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən görünür ki, Şəxs tibbi müayinədən imtina etmiş və bununla bağlı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında» xx.xx.2019-cu il tarixli, 2/9081 nömrəli akt qəbul edilmişdir. İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Lakin aktdan görünür ki, Şəxs sərxoşluq vəziyyəti müəyyən edilərkən hal şahidləri iştirak etməmişdir. Başqa sözlə, hazırki vəziyyətdə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2019-cu il tarixli, 2/9081 nömrəli aktın hazırki iş üzrə sübut kimi qəbul edilməsindən söhbət gedə bilməz. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs sağ böyrək alt qütbü qonşuluğunda yağ toxumalar içərisində bir neçə ədəd 10mm-dən kiçik monspesifik xarakterdə limfa düyünləri vardır. Başqa sözlə o, onkoloji xəstədir və izahatında qeyd etdiyi kimi onun spirtli içki qəbul etməsi onun xəstəliyinin artmasına gətirib çıxaracaqdır. Göründüyü kimi Şəxs həmin gün spirtli içki olması yalnız mövcud şübhələr əsasında müəyyən edilmişdir. Halbu ki, İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, Şəxs əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 343.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə başlanılmış inzibati xəta iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar