Məhkəmə qərarları › İş №3(009)-3348/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3348/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3348/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə ünvan 2 saylı ünvanda yaşayan X7 DİN-in 102 xidmətinə, eləcə də Səbail RPİ 8-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı evin qarşısında tanışı X3 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncu əlində olan kəsici alətlə onun bud və xaya nahiyəsinə vuraraq ona bədən xəsarəti yetirmişdir. Ərizə əsasında Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 tərəfindən araşdırma aparılmış və X2 əməllərində cinayət tərkibi olmadığından xx xxxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, X2 barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİ-nin 8-ci PB-yə həvalə edilmişdir. Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X4 tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* №-li X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 8-ci PB tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən X3 barəsində tərtib olunmuş inzibati protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(009)- 3349/2020 nömrəli iş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(009)-3348/2020 nömrəli işə birləşdirilmişdir. Ərizə əsasında Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 tərəfindən araşdırma aparılmış və X2 əməllərində cinayət tərkibi olmadığından xx xxxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, X2 barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİ-nin 8-ci PB-yə həvalə edilmiş və toplanmış material əsasında xx xxxxxx 2020-ci il tarixdə bu barədə ******* saylı protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu “Dünya” marketin yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə onun barəsində müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxx 2020-ci il tarixli, AZA 000312 nömrəli protokoldan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X4 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 2 saylı ünvanda yaşayan X7 DİN-in 102 xidmətinə, eləcə də Səbail RPİ 8-ci PB-nə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı evin qarşısında tanışı Şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncu əlində olan kəsici alətlə onun bud və xaya nahiyəsinə vuraraq ona bədən xəsarəti yetirdiyini bildirmişdir. Fakt əsasında Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 tərəfindən araşdırma aparılmış və Şəxs əməllərində cinayət tərkibi olmadığından xx xxxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, X2 barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİnin 8-ci PB-yə həvalə edilmişdir. Bu barədə müvafiq inzibati protokol tərtib edilmişdir. Bundan əlavə, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu “Dünya” marketin yaxınlığında özünü şübhəli apardığı üçün polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, daha sonra ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etsələr də, həmin şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs 8-ci PB-yə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində İXM-nin 157 və 535.1-ci maddələrinə uyğun olaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 özünü İXM-nin 157-ci maddəsi ilə qismən, İXM-nin 535.1-ci maddəsi ilə isə təqsirli bilərək izahatında göstərmişdir ki, hadisədən bir neçə gün əvvəl Zaur onu telefonda təhqir etdiyi üçün xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində sərxoş vəziyyətdə Zaurun yaşadığı evin qarşısına gedərək Zaurdan onu söyməsinin səbəbini soruşmuş və qapını döymüşdür. Zaur qapını açdıqda onu təpiklə vurmaq istəmiş, o, da özünü müdafiə etmək üçün əlində olan kiçik ölçülü qayçı ilə Zauru bir dəfə vurmuş və qaçaraq ərazidən uzaqlaşmışdır. Bundan əlavə xx.xx.2020-ci il tarixdə o, Bakı şəhəri, Səbail rayonu 20-ci sahədə yerləşən “Dünya” marketin yaxınlığında olan zaman polis əməkdaşlarının onu çağırdığını eşitməmiş, bu səbəbdən ərazidən uzaqlaşmış, istəmədən də olsa polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Oradan uzaqlaşdığı üçün onu 8-ci PB-yə gətirmişlər və barəsində prtokol tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarını mübahisələndirmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda olan məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 531 saylı rəyindən görünür ki, vət. Z.Ə.Əliyevin bədənində müəyyən edilmiş xəsarətlər sol budun yuxarı 1/3-nin iç və xaya kisəsinin sol yarısının ön səthlərinin səthi kəsilmiş yaraları iti kənarları əşyanın (alətin) 3 (üç) zərbəsi təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Z.Ə.Əliyevin bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. İş materiallarına əlavə olunmuş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı S.Abbasov tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə əməliyyat müvəkkili A.Atayevlə 8-ci PB-nin inzibati ərazisində xidmətdə olan zaman Bakı şəhəri, Səbail rayonu 20-ci sahədə yerləşən “Dünya” marketin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığı görüb ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs 8-ci PB-yə gətirilib təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını, o cümlədən ekspert rəyini araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı iş materialları, o cümlədən xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla və qərarda göstərilmiş ekspert rəy ilə müəyyən edilmişdir ki, X3 xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı evin qarşısında tanışı X7 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncu əlində olan kəsici alətlə onu vuraraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla da öz təsdiqini tapmış və həmin qərar Şəxs tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu 20-ci sahədə yerləşən “Dünya” marketin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və həmin Məcəllənin 33.1.6-cı maddəsinə əsasən, inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, X2 İXM-535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı onun barəsində inzibati tənbeh vermə haqqında qərar (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı) qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, eləcə də inzibati xətanın hərbi vəziyyət dövründə törədilməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, X2 barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halları nəzərə alaraq, X2 cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 13:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 13:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar