Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3367/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu PBnin sahə inspektoru X6, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş 18noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində X8 qonşusu Şəxs tərəfindən döyülmüşdür. Bununla da onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİnin 9-cu PB-nin sahə inspektoru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, ünvan 2, mənzil 5 ünvanında, qonşuluğunda isə X9 yaşayır. Həmçinin Şəxs 7-8 ay öncə Aylanın yaşadığı evdə olan pəncərəni bağlayıb qapı etdiyini , bununla bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət etdiyini, gəlib həmin ünvana baxıb orada texniki pasportda qapı olduğunu və “pəncərəni sökərək qapı aç” dediklərini, xx.xx.2020-ci il tarixində saat 19:00 radələrində evdə olan zaman həmin qapını açmaq üçün sökməyə başladığını, bu zaman Alyanın gələrək onu təhqir etdiyini, əlində olan taxta parçası ilə pəncərəyə qoyduğu kardonu vurduğunu, Alyanın həmin vaxt ona xəsarət yetirmək istədiyini bildirdi. Əlavə olaraq xx.xx.2020-ci i tarixdə Alyanın evə gələrək təhlükəsizlik kamerasını qırdığını və ona maddi ziyan vurduğunu bildirdi. Göstərilən halları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahatında bildirmişdir ki, ünvan 3 mənzil 22 ünvanında yaşayır. X1 mülkiyyətində olan mənzilə xx.xx.2020-ci il tarixində Şəxs adlı şəxs daxil olub və evin mülkiyyətçisinin razılığı olmadan evin girişi qapısını çəkən kamera quraşdırıb. X3 xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində evdə səs-küy eşitdiyini, evdən çıxaraq Vəfadarın kartonu pəncərəyə qoyaraq pəncərəni sökməsini gördüyünü, ondan nə etmək istədiyini soruşduqda Vəfadarın “qapı açıram” dediyini, bu zaman Vəfadara etirazını bildirdiyini, həmin anda sol əli ilə kardonu tutduğunu sağ əli ilə isə videoçəkiliş apardığını və bu zaman Vəfadar Hüseyovun sağ və sol əlindən vurduğunu, daha sonra isə Vəfadarın kafel parçası ilə onun əlinə xəsarət yetirdiyini, Vəfadar Hüseyovun ona ağır xəsarət yetirməsindən qorxub evə girərək DİN 102 xidmətinə zəng etdiyini bildirdi. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN seriyalı ******* saylı inzbati xəta haqqında protokoldan və xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində X8 qonşusu Şəxs tərəfindən döyülmüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, barəsində protokol tərtib edilmiş Şəxs izahatı, protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxsin və zərərçəkmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxs X7 döyərək xəsarətlər yetirməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-3367/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3367/2020
19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver