Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-338/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru, polis mayoru Anar Bəxtiyarovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Füzuli rayonunda anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşayan, ailəli, ali təhsilli, işsiz, məhkum olunmamış Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polisi İdarəsinin 8-ci X4 Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 13 mart 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, xx.xx.2023-cü il tarixdə, saat 00:10 Səbail rayonu ərazisində DYP əməkdaşı ilə mübahisə edərək uca səslə nalayiq ifadələr işlətmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİnin 8-ci PB-nin sahə inspektoru, polis mayoru Bəxtiyarov Anar inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail DYPŞ-nin YPX inspektoru polis baş serjantı X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 00:10 radələrində, **-YP-*** patrul avtomaşınında xidmətdə olarkən Yeni Saylan yolunda **-EV- *** dövlət nömrə nişanlı Panthera Rolista minik avtomobili yolun hərəkət hissəsini bağlayaraq gediş-gəlişə mane olurdu. Yaxınlaşıb, sürücüyə özünü təqdim edib. Ona etdiyi qayda pozuntusunu izah etdikdən sonra, sürücüdən sənədləri təqdim etməsini xahiş edib. Sürücü bildirdi ki, sənədlər üzərində yoxdur. O, bort kompüter vasitəsilə sürücülük vəsiqəsini müəyyən edib və məlum olub ki, sürücü Şəxsdur. Sürücüdən kəskin spirt iyi gəldiyi üçün sürücünü tibbi müayinəyə dəvət edib. Müayinədə məlum olub ki, sürücü yüngül dərəcəli sərxoşdur. Sürücü barəsində İXM-nin 333.1-ci maddəsi ilə İXP ******* №-li protokol tərtib edib, nəqliyyat vasitəsini BDYPİ-nin mühafizə olunan duracağına göndərilməsini təmin edib, öz xidməti ərazisində xidmətə başlayıb və Yeni Salyan yolu, “Enerji Klub”-un çıxışında dayanıb. Bu zaman həmin sürücü, yəni Şəxs ona yaxınlaşıb nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O bu zaman radio stansiya vasitəsilə növbətçi hissəyə məlumat verib və ÇPA-nın əməkdaşlarının köməkliyi ilə sürücü 8-ci PBnə aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə, gecə saatlarında, o, dostları ilə birlikdə yemək yeyib, spirtli içki qəbul etmişdir. Daha əvvəl şəhərdə digər restoranda dostları ilə birlikdə yeyib içdikləri üçün o öz nəqliyyat vasitəsini (Panthera Rolissta 10EV114) idarə etmək üçün ayıq sürücü çağırıb və ayıq sürücü onun avtomobilini idarə edib və onları restorana gətirib. Ayıq sürücü avtomobili park edə bilmədiyi üçün o özü sükana keçib avtomobilini park edib. Bu zaman yol polisi gəlib və ondan sənəd tələb edib və o da port komputerə baxmağı söyləyib, eyni zamanda avtomobilin öz adına olduğunu bildirib, port kompyuterdə yoxlanıb. Daha sonra ondan içkili olub-olmadığını soruşub, o da içkili olduğunu etiraf edib. Sonra narkoloji dispanserdən sərxoşluq aktını aldılar. Nəqliyyat vasitəsini duracağa aparmaq üçün açarını onlara verib. Bir müddət sonra həmin polisi xidməti maşında görüb, ona yaxınlaşıb “ayıb olsun, adam kişi olar” deyib, o deyinməyə başlayanda ona qarşı nalayiq ifadə işlədib. Sonra post patrul çağırıb və onu bölməyə aparmışlar. O, içkili olduğu üçün həmin hərəkəti etmişdir. Əməlindən səmimi peşmandır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü tarixdə, saat 03:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsüf olunmaqla, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi var və onun 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 mart 2023-cü il tarixdən, saat 03:15-dən hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X2 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-338/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-338/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver