Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3384/2020 07.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İsmayıllı rayonu, Hacıhətəmli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.3 və 342.5 -ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 333.3 və 342.5 -ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində “Brilliance minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin qabaq sol təkəri nasaz olduğundan yerindən çıxmış və avtomobil yolun hərəkət hissəsində qalmışdır. Yol patrul xidməti əməkdaşları ona yaxınlaşaraq spirtli içkili olmasını alkotester vasitəsi ilə yoxlamışlar və o spirtli içki qəbul etdiyini etiraf etmiş, həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, hadisə zamanı heç kim bədən xəsarəti almamış və əmlaka zərər dəyməmişdir. Göstərdiklərini nəzərə alaraq barəsində cərimə tənbehinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPİ-sinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsindən, həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “Brilliance minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.5 və 333.3cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətinin müayinəsinə dair alkotsetrdən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs sərxoş olmuşdur, 0,418% promilli. Hazırki işdən isə görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində “Brilliance minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin qabaq sol təkəri nasaz olduğundan yerindən çıxmış və avtomobil yolun hərəkət hissəsində qalmışdır. Yol patrul xidməti əməkdaşları ona yaxınlaşaraq içkili olmasını alkotester vasitəsi ilə yoxlamışlar və Şəxs olmasını etiraf etmiş, həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, hadisə zamanı heç bir bədən xəsarəti alan olmamış və heç bir əmlaka maddi zərər dəyməmişdir. Bu hal həmçinin məhkəmə iclasında izahat vermiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs etirafedici izahatı ilə də, öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibini yaradır. Göründüyü kimi Şəxs xx.xx.2020-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi zamanı nə bədən xəsarəti, nə də maddi zərər aşkar edilməmişdir. Həmçinin bununla bağlı (bədən xəsarəti və maddi zərər) iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Bu hal isə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini istisna edir. Lakin iş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitə olan alkotesterdən çıxarışdan və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı ilə, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində “Brilliance minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməsi tam sübuta yetirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsindən, həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində inzbati tənbeh verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci -ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.1– 327.7 və 342.2-342.7 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli Şəxs İXM-in 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalarının törətməsinə görə həmin xətaya görə iş materialları baxılması üçün Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-115, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün iş materialları Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-3384/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3384/2020
07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver