Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-340/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 13000-00152/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/012/000391 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına göndərilən mal xx.xx.2025-ci il tarixdə saat 14:21-də “Qırmızı körpü” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuşdur. Həmin mallar 21 yanvar 2025-ci il tarixdə **********7026 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə zamanı müəyyən edilmişdir ki, şirkət tərəfindən **********7026 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar üçün X7 ilə rəsmiləşdirilən mallar üçün X7 gömrük orqanına təqdim ediməmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan X7 mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. **********7026 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasının boş qalmasından da bu fakt aydın görünür. Belə ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublkasında fəaliyyət göstərən “Xenol ambalaj paz və Tic.A.Ş” şirkəti tərəfindən göndərilən “antifrizlər” adlı yükün xx.xx.2025ci il tarixdə saat 14:21-də “Qırmızı körpü”gömrük postundan keçməklə ölkə ərazisinə gətirildiyi, gömrük ərazisinə gətirməzdən əvvəl, gömrük orqanlarına elektron formada X7 təqdim etməli olduğu halda, təqdim edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respubikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsində mallar gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair gömrük orqanlarına elektron formada X4 verilməsi tələb olunur, həmçinin X4 verilməməsinə görə isə bu fakt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən, Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs MMC-nin rəhbərliyi baxılan İnzibati xətalar haqqında 3(009)-340/2025 nömrəli iş üzrə məlum edir ki,onlar tərəfindən Türkiyə Respublikasından idxal olunan mallara dair sənədlərin müəsissələrinə daxil olması həftəsonuna təsadüf etdiyindən həmin mallar üçün X7 Dövlət Gömrük Komitəsinin elektron sisteminə vaxtında işlənilməmişdir. Malların **********082231 nömrəli qeydiyyat kodundan (surəti məktuba əlavə olunur) göründüyü kimi mallar xx.xx.2025-ci il tarixində,saat 14:38:50-də Qırmızı körpü gömrük postuna daxil olmuşdur.Müəsissədə Broker xidməti göstərən "xxxx" MMC-nin xx.xx.2025ci il tarixli məktubundan da məlum olduğu kimi yuxarıda qeyd olunan mallar üçün **********3555 sorğu nömrəli X7 (QİB) xx.xx.2025-ci il tarixində saat 14:30-da tərtib olunaraq elektron formada Dövlət Gömrük Komitəsinin elektron sisteminə ötürülmüşdür.Lakin X4 ödənişlərinin icrası,sistem tərəfindən ödənişlərin oxunması,emal olunması,DGK-nə ötürülməsi və s kimi sistem əməliyyatları müəyyən vaxt apardığından **********3555 sorğu nömrəli X7 sistemə xx.xx.2025-ci il tarixdə saat 15:04-də sistem tərəfindən qəbul edilmişdir.Həmin mallar xx.xx.2025-ci il tarixdə Gömrük orqanına bəyan edilərək hesablanmış vergi və rüsumlar ödənilməklə **********7026 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiyyətə salınmışdir. Birinci hal olduğunu və mallar ölkə ərazisinə daxil olan vaxtda X4 yazılmasını nəzərə alaraq Azərbayan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən təqdim olunmuş İnzibat Xətalar haqqında işə xitam verilməyini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X4 mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X7 verilir. X4 verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin məcəllənin 113.2-ci maddəsindəX7ndə risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə X4 məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Türkiyə Respublikasında fəaliyyət göstərən “Xenol ambalaj paz və Tic.A.Ş” şirkəti tərəfindən göndərilən “antifrizlər” adlı yük xx.xx.2025-ci il tarixdə saat 14:21-də “Qırmızı körpü” gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmişdir. Lakin, malın ölkə sərhəddindən keçməsi həftəsonu olduğu üçün şirkətin əməkdaşı tərəfindən X4 gömrük orqanına vaxtında təqdim edilməsi unudulmuşdur. Gömrük orqanına idxal bəyannaməsi verilmədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi var və onun 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-340/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-340/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver