Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3422/2020 22.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X2, inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİnin 9cu PB-nin sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 9, ev 84-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, döngə 1, ev 5-də qeydiyyatda olan və yaşayan Şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 20:20 radələrində Səbail rayonu Flarmoniya bağında sərxoş vəziyyətdə polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmadığı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinmiş və ona 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Qərardan narazı qalan müdafiəçi X6 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə müdafiəçi X2 apelyasiya şikayəti təmin olunmuş, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinə əsasən Şəxs barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİnin 9cu PB-nin sahə rəisi X4, inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasına uyğun inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, müdafiəçisinin dedikləri ilə razı olduğunu, həmin günü X3 on səkkiz yaşının tamam olduğunu, bu səbəbdən yığışıb ad günü qeyd etdiklərini, zarafatlaşan zaman həmin restoranda qızla birlikdə olan Anar adlı şəxsin yaxınlaşıb onlara irad bildirdiyini, buna görə ondan üzr istədiklərini, həmin yerdə olan digər şəxslərin isə irad bildirmədiklərini, oradan uzaqlaşandan sonra Fəridin kurtkası qaldığından qayıdıb götürmək istəyəndə polislərin gəldiklərini, müqavimət göstərmədən bölməyə getdiklərini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 bildirdi ki, polis orqanı inzibati xəta haqqında protokolu tərtib edərkən və şəxsin barəsində tutma tətbiq edərkən ona hüquq və vəzifələrini izah etməmiş, ona müdafiəçi təqdim etməmişdir. Şəxsi axtarış İXM-nin tələblərinə uyğun olaraq iki hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu halda bu tələbə riayət edilməmiş, yazılan iki nəfərin soyadından başqa protokolda onların haqqında heç bir məlumat yoxdur, protokol kobud qanun pozuntuları ilə tərtib edilmiş, çox sayda qaralamalar, pozulmalar edilmiş, Əhmədzadənin imzaları tamamilə fərqli şəkildə olmaqla bir-birinə oxşamamaqdadır. Əgər Əhmədzadə sərxoş olmuşdusa, imzanın onun tərəfindən çəkilməsi nə dərəcədə mümkün olmuşdur və bu qanunsuz olmuşdur. Onun müdafiə hüquqları kobud şəkildə pozulmuş, yenicə yetkinlik yaşına çatan şəxsə müdafiəçi təqdim edilməmiş, inzibati qaydada tutma müddəti heç bir sənəddən aydın deyil, belə ki, saat göstərilməmiş, tutma protokolu tamamilə qanunvericiliyin tələblərindən uzaq olaraq, qüvvədən düşmüş İXM-nin tələblərinə uyğun tərtib edilmişdir. Biabırçılıq ondan ibarətdir ki, guya 3 şəxsin üçünün də tutulmasında və baxış keçirilməsində yalnız soyadları yazılmış iki eyni şəxs iştirak etmişdir. Guya 3 nəfərin üçünə də eyni şəxslər yaxınlaşmış və eyni şəxslər də raport yazmışlar. Ən biabırçılıq isə odur ki, Quluzadənin tutma protokolu Əhmədzadə tərəfindən imzalanmış və onun adı qeyd edilmişdir. İş materiallarından belə çıxır ki, Əhmədzadə və digərləri Filarmoniya bağında ayrı-ayrılıqda gəzirmiş və hər biri ayrı-ayrılıqda ictimai qaydanı pozurmuş. Bu isə tamamilə gülməli və işin hallarına qətiyyən uyğun deyildir. Çünki onlar kafedə birlikdə oturmuş və oradan birlikdə avtomobillə çıxıb getmişlər və onlar çıxıb gedərkən orada ümumiyyətlə polis əməkdaşları olmamışdır. Bundan əlavə, iş üzrə nə protokolu tərtib edən, nə raport tərtib edən polis əməkdaşlarının heç birinin izahatı alınmamış, hər üç şəxsin işi üzrə hadisəyə qətiyyən aidiyyəti olmayan Fuad Rəsulovun izahatı alınmış, o isə standart izahatla işin hallarına uyğun olmayan məlumat vermişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasına şahid qismində dindirilən X5, X3 on səkkiz yaşını qeyd etdiklərini, bir az zarafatlaşdıqlarını, həmin restoranda qızla birlikdə olan Anar adlı şəxs yaxınlaşaraq polis olduğunu, yavaş danışmalarını dediyini, buna görə ondan üzr istədiklərini, həmin yerdə olan digər şəxslərin isə irad bildirmədiklərini, oradan uzaqlaşandan sonra kurtkası qaldığından qayıdıb götürmək istəyəndə polislərin gəldiklərini, müqavimət göstərmədən bölməyə getdiklərini göstərdi. Məhkəmə iclasına şahid qismində dindirilən X7, on səkkiz yaşını qeyd etdiklərini, bir az zarafatlaşdıqlarını, həmin restoranda qızla birlikdə olan Anar adlı şəxs yaxınlaşaraq polis olduğunu, yavaş danışmalarını dediyini, buna görə ondan üzr istədiklərini, həmin yerdə olan digər şəxslərin isə irad bildirmədiklərini, oradan uzaqlaşandan sonra Fəridin kurtkası qaldığından qayıdıb götürmək istəyəndə polislərin gəldiklərini, müqavimət göstərmədən bölməyə getdiklərini göstərdi. Məhkəmə iclasına şahid qismində dindirilən Yüzbaşlı Balabəy Şahin oğlu, X3 on səkkiz yaşını qeyd etdiklərini, bir az zarafatlaşdıqlarını, həmin restoranda qızla birlikdə olan Anar adlı şəxs yaxınlaşaraq polis olduğunu, yavaş danışmalarını dediyini, buna görə ondan üzr istədiklərini, həmin yerdə olan digər şəxslərin isə irad bildirmədiklərini göstərdi. Məhkəmə iclasına şahid qismində dindirilən X8, X3 on səkkiz yaşını qeyd etdiklərini, bir az zarafatlaşdıqlarını, həmin restoranda qızla birlikdə olan Anar adlı şəxs yaxınlaşaraq polis olduğunu, yavaş danışmalarını dediyini, buna görə ondan üzr istədiklərini, həmin yerdə olan digər şəxslərin isə irad bildirmədiklərini göstərdi. Məhkəmə iclasında tərəflərin iştirakı ilə hadisənin görüntülərinin əks olunduğu diskə baxış keçirilmiş və Şəxs hərəkətlərində xırda xuliqanlığın və ya polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağın əlamətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə uyğun olaraq inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114.1.4, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-3422/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3422/2020
22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver