Məhkəmə qərarları › İş №3(009)-3429/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3429/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3429/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Ələsgərli Lalə Cavid qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şabran rayonu, Çolquşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şabran rayonu, Çolquşçu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsindən daxil olmuş materiallara Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Məhkəmənin icraatına 19 dekabr 2025-ci il tarixdə 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli və 19 dekabr 2025-ci il tarixdə 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş materiallar daxil olmuşdur. 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X2na məxsus avto yumada adını Şəxs kimi bildiyi şəxs dəyəri 350 manat olan tozsoranı oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt izahat və təhqiqat qərarı ilə təsdiq edilir. 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X1na avto yuma məntəqəsini icarəyə vermək üçün 340 manat pul almış, lakin vədinə əməl etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt izahat və təhqiqat qərarı ilə təsdiq edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Şöbəsinin sahə rəisi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ikinci qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərar aidiyyəti üzrə 41-ci Polis Şöbəsinəgöndərilmişdir. 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X2na məxsus avto yumada adını Şəxs kimi bildiyi şəxs dəyəri 350 manat olan tozsoranı oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt izahat və təhqiqat qərarı ilə təsdiq edilir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin təhqiqatçısı Nadir İsayev tərəfindən həmin şöbənin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə X7 41-ci polis bölməsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən avtoyuma məntəqsinə icarəyə verdiyi adını xatırlamadığı şəxsin tozsoranı oğurlaması barədə bildirmişdir. X2 bunun nəticəsində ona 350 (üç yüz əlli ) manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Əməli törətmiş Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin xx.xx.2025-ci il tarixli 13501 nömrəli aktına əsasən Şəxs götürülmüş sidik nümunəsində AMP(+) və MET(+) aşkar olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərar aidiyyəti üzrə 41-ci Polis Şöbəsinəgöndərilmişdir. 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X1na avto yuma məntəqəsini icarəyə vermək üçün 340 manat pul almış, lakin vədinə əməl etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt izahat və təhqiqat qərarı ilə təsdiq edilir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin polis sahə rəisi Şamil Həsənov tərəfindən həmin şöbənin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, daxil olmuş müraciətdə xx.xx.2025-ci il tarixdə X1 "Tap.az" saytında avtoyuma məntəqəsinin icarəyə verilməsi ilə bağlı elanda qeyd olunan mobil nömrə ilə əlaqə saxlamış, özünü təqdim etməyən şəxs icarə qiymətinin 300 manat olduğunu söyləmiş, Denis Mehdiyev onunla görüşmək üçün Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində avtoyuma məntəqəsində görüşərək qabaqcadan həmin şəxs 100 manat pul istəmiş və qalan məbləği də ayın 20-də verməsini bildirmişdir. Denis Mehdiyev onunla razılaşaraq 100 manatı təqdim etdikdən sonra həmin şəxs Denisdən ona məxsus "Texno Spark 2025" markalı mobil telefonunu danışmaq üçün almış və oradan uzaqlaşmış, sonra həmin şəxsdən cavab çıxmamışdır. Denis Mehdiyev ona 300 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin təhqiqatçısı Nadir İsayev tərəfindən həmin şöbənin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, X6 41-ci polis bölməsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə "Tap.az" axtarış saytında avtoyuma məntəqəsinin icarəyə verilməsi ilə bağlı elanla əlaqədar Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən avtoyuma məntəqsinə gəldikdə orada olan adını bilmədiyi şəxsin 200 manat dəyərində "Texno Spark 2025" markalı mobil telefonu və 100 manat pulunu aldadaraq ələ keçirməsini bildirmişdir. X1 bunun nəticəsində ona 300 ( üç yüz ) məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Əməli törətmiş Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. “İnzibati qaydada tutma haqqında” 18 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1- ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs xırda talama, dələduzluq və oğurlama yolu ilə özgəsinin əmlakını talamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227ci maddələri ilə düzgün tövsif olunmaqla o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrinin tərkibi var. Qeyd olunan maddənin tələbini, inzibati işin hallarını, inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və əməlindən peşman olmasını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh təyin edilməli və məhkəmə iclası zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Şəxs təyin olunmuş inzibati cərimə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimənin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 18 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəqsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar