Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3430/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Ələsgərli Lalə Cavid qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin sahə rəisi X6, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin sahə inspektoru X9, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.2000-ci ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sabirabad rayonu, Şıxsalahlı kəndində qeydiyyatda olan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsindən daxil olmuş materiallara Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Məhkəmənin icraatına 19 dekabr 2025-ci il tarixdə 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli və 19 dekabr 2025-ci il tarixdə 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş materiallar daxil olmuşdur. 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 vətəndaş Zərərçəkmiş şəxs aldadaraq 485.50 manat miqdarında əmlakını talamışdır. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt izahat, akt və protokol ilə təsdiq edilir. 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 vətəndaş X10 profil reklam etmək məqsədilə aldadaraq 254 manat miqdarında əmlakını talamışdır. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt izahat, akt və protokol ilə təsdiq edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Şöbəsinin sahə rəisi X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək X3 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Şöbəsinin sahə inspektoru X15 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək X3 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 törətdiyi əməldən səmimi peşman olduğunu, dəymiş ziyanı ödəyəcəyini bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 hazırda şikayətçi olduğunu bildirərək, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X13 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 hazırda şikayətçi olduğunu bildirərək, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 vətəndaş Zərərçəkmiş şəxs aldadaraq 485.50 manat miqdarında əmlakını talamışdır. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt izahat, akt və protokol ilə təsdiq edilir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin polis sahə rəisi Namiq Cahangirov tərəfindən həmin şöbənin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, müraciətdə xx.xx.2025-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs özünü Səbuhi kimi təqdim edən şəxs "İnsteqram sosial şəbəkə hesabında "arıqlama. kavitasiya.masaj" adlı profil hesabında paylaşımlar etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Səbuhinin zəhmət haqqı olaraq 60 manat ödəniş etdiyini bildirmiş, onunla razılaşaraq ilkin məbləğ 20 manat pulu xx.xx.2025-ci il tarixdə ona göndərərək işi bəyəndiyi təqdirdə yerdə qalan 40 manat ödəniş verəcəyini bildirmişdir. Səbuhi adlı şəxsin vədinə əməl etməyərək onu aldatması nəticəsində ümumilikdə ona 485.50 manat miqdarında maddi ziyan dəydiyini bildirmişdir.. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin təhqiqatçısı Nadir İsayev tərəfindən həmin şöbənin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 41-ci polis bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Rza Qafarlının raportunda vətəndaş Zərərçəkmiş şəxs "instaqram" sosial şəbəkə hesabında izləyici sayı artırmaq məqsədilə X4 484 manat məbləğində ödəniş etməsi lakin onun vədinə əməl etməyərək aldatmasını bildirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs bunun nəticəsində ona 484 manat maddi ziyan dəydiyini bildirmişdir. Əməli törətmiş X3 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. 19 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 vətəndaş X10 profil reklam etmək məqsədilə aldadaraq 254 manat miqdarında əmlakını talamışdır. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt izahat, akt və protokol ilə təsdiq edilir. “İnzibati qaydada tutma haqqında” 18 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, X7 həmin tarixdə saat 19:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1- ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, X7 xırda talama, dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən X3 törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən X3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X7 İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, ictimai işlər növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni X5 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati qayadada tutma haqqında protokoldan görünür ki, X7 18 dekabr 2025-ci il tarixdə saat 19:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156 1.1 ci maddəsinə görə barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Bununla əlaqədar X3 üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. X3 üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. X7 məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-3430/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3430/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver