Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-344/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyi BNA ******* saylı, 16 avqust 2021-ci il tarixli qərardan X1 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyi BNA ******* saylı, 16 avqust 2021-ci il tarixli qərardan X1 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyi BNA ******* saylı, 16 avqust 2021-ci il tarixli X1 qərardan şikayəti ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından və şikayət ərizəsinin məzmunundan görünür ki, inzibati tənbeh vermə haqqında qərar 16 avqust 2021-ci il tarixdə qəbul edilmiş, X2 həmin qərar barədə məlumatlı olmuşdur. Şikayət ərizəsi isə 07 fevral 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Beləliklə, X2 həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür və müddətin üzrlü səbəblərdən ötürülməsi barədə ərizəyə heç bir məlumat əlavə etməmiş, həmçinin ötürülmüş müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci və 130.2-ci maddələrinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Eyni zamanda izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, buraxılmış müddətin bərpasına dair vəsatət əlavə edərək yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 109-cu, 130.1 və 130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyi BNA ******* saylı, 16 avqust 2021-ci il tarixli qərardan X1 şikayəti ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-344/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-344/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver