Məhkəmə qərarları › İş №3(009)-3450/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-3450/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-3450/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ-30029369 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ-30029369 saylı inzibati tənbeh vermə haqqında qərarın ləgv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət aidiyyatı üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. (İXM-nin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1 maddəsinə əsasən İXM-nin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixli Qərarına əsasən....inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. xx.xx.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarında olan məlumatların elektron sorğulanmasına dair Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X1 qeydiyyatda olduğu ünvan ünvan 1ar Məcəlləsinin 106-cı maddəsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etməli olduğu məsələlər qeyd olunmuşdur. Bu maddənin tələbinə əsasən həll edilməli məsələlərdən biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını müəyyən etməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.7-ci maddələrinin mənasına görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ- 30029369 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ-30029369 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilsin. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar