Məhkəmə qərarları › İş №3(009)-3456/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3456/2025

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3456/2025 06.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdi Toyota Corolla minik markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobillə Nəsimi rayonu, 28 May küçəsi istiqamətində hərəkətdə olarkən, 28 May küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsini keçdikdən sonra polis əməkdaşı saxla əmri vermiş və əmrə uyğun olaraq yolun kənarında saxlamışdır. Yol patrul xidmətinin əməkdaşı ona İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğunu bildirdi. Yolda tıxac olduğu səbəbindən yol nişanlarını görə bilmədiyini, veyz proqramında olduğu zolaqda yolu düz keçməli olduğunu, məcburi sağa dönmə nişanının olmadığını bildirdi. Bundan sonra YPX əməkdaşı avtomobilə qanunsuz işıqlar quraşdırdığını bəhanə edərək maşının duracağa yerləşdirilməli olduğunu bildirdi. Etiraz etmədi. Lakin YPX əməkdaşı heç bir protokol tərtib etmədən avtomobilini duracağa yerləşdirdi. Qərarı əldə etdikdən sonra görür ki, İXM-nin 342.5, 342.1.3, 327.1 və 342.2.2-ci maddələri ilə 150 manat cərimə tətbiq olunması barədə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol və TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir.Bundan sonra şikayət verilmiş. Səbail Rayon Məhkəməsinin 3(009)-221/2025 saylı qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli qərarı və 16 oktyabr 2025-ci il tarixli qərardadı ləğv edilərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 342.1.3, 327.1, 342.2.2-ci maddələri ilə tənbeh edilməsi haqqında Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 342.1.3, 327.1-ci maddələri ilə təqsirli bilinməsi hissədə əməlinə hüquqi qiymət verilməsi üçün sənədlər Bakı şəhəri Bakı şəhəri X7 İdarəsinə göndərilmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi İXM-nin 342.5, 342.1.3 və 327.1-ci maddələri ilə cərimə olunmağı barədə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətdə qeyd edilənlərə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar ilə X4 xx.xx.2024-cü il tarixdə saat 08:26 radələrində Neftçilər prospektində Toyota Corolla minik markalı, **-FY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 342.5, 342.1.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.1.3-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb edilmir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X3 əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 342.1.3 və 327.1-ci maddələrinin tələbini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 342.1.3 və 327.1-ci maddələri ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 342.1.3 və 327.1-ci maddələri ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar