Məhkəmə qərarları › İş №3(009)-3468/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3468/2025

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3468/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 35, mənzil 40 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 29 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının 17 dekabr 2025-ci il tarixli, 6-1-21/2-19204/2025 nömrəli məktubu ilə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 16 dekabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyi tərəfindən 20400.48 Avro məbləğində vəsait bank vasitəsilə 01 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xaricі valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 20400.48 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 02 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil2 etirazda bildirmişdir ki, nümayəndəlik ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti arasında xx.xx.2023-cü il tarixli satınalma müqaviləsi imzalanmış və həmin müqavilə əsasında Nümayəndəlik tərəfindən bir sıra malların ölkə ərazisinə gətirilməsi və işlərin görülməsi razılaşdırılmışdır (Müqavilə əlavə edilir). Həmin layihə çərçivəsində Nümayəndəlik tərəfindən X4 şirkəti ilə xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmış və mallar ölkə ərazisinə gətirilmişdir. Müqavilə əsasında əldə olunan mallar və onlar barədə məlumatlar hərbi təyinatlı olmaqla məxfi məlumatlardır, dövlət sirri olaraq qorunur. Bildirir ki, qeyd olunan mallar Dövlət Sərhəd Xidmətinin sifarişi əsasında ölkə ərazisinə gətirilmişdir və həmin malların idxalı Dövlət Sərhəd Xidmətinin özü tərəfindən icra olunur. Bununla bağlı xx.xx.2024-cü il tarixində Dövlət Sərhəd Xidməti tərəfindən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanan məktubda (əlavə edilir) qeyd edilir ki, bu malların ölkə ərazisinə idxalı gömrük rəsmiləşdirilməsindən və rüsumlardan azaddır. Həmçinin məktubda Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 300s nömrəli icazə sənədinə də istinad olunmuşdur. Həmin məktubda Dövlət Sərhəd Xidməti tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən gəmilərin təmir olunması məqsədilə gətirilmiş hərbi məmulatların gömrük rəsmilişdirilməsinə icazə verilməsi xahiş olunmuşdur. Əlavə olaraq bildiririk ki, Nümayəndəlik ilə Dövlət Sərhəd Xidməti arasında bağlanmış müqavilə əsasında əldə edilmiş malların bir hissəsi ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsində iki ayrı inzibati işə baxılmışdır. Belə ki, hakim Ülviyyə Şükürovanın icraatında İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə Nümayəndəlik barəsində inzibati xəta haqqında iş aparılmışdır. İşə baxılarkən Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-38/9-2-3956/25 saylı məktubda Nümayəndəlik ilə xx.xx.2023-cü il tarixli satınalma müqaviləsinin bağlandığı, bu müqavilə əsasında “X4” şirkəti ilə xx.xx.2023-cü il tarixli əlavə müqavilənin imzalandığı, malların ölkəyə idxal edildiyi və gömrük rəsmiləşdirilməsinin Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirildiyi göstərilmişdir. Məhkəmə inzibati xəta tərkibinin mövcud olmadığını müəyyən edərək xx.xx.2025-ci il tarixli, 3(009)-2920/2025 saylı qərarla icraata xitam vermişdir.(Qərar əlavə edilir) Eyni predmet üzrə hakim Şəhla Süleymanovanın icraatında da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə 3(009)-3170/2025 saylı işə baxılmış, təqdim olunmuş materiallar əsasında inzibati xəta tərkibinin mövcud olmadığı müəyyən edilmiş və xx.xx.2025ci il tarixli qərarla iş üzrə icraata xitam verilmişdir (elektron məhkəmə sistemindən çıxarış əlavə edilir). Qeyd edilənlərdən də məlum olur ki, gətirilən mallar hərbi təyinatlı olduğundan onların rəsmiləşdirilməsi Dövlət Sərhəd Xidməti tərəfindən aparılmışdır. Bu səbəbdən Nümayəndəlik tərəfindən hər hansı inzibati xətanın törədilməsi halı mövcud deyildir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan inzibati xəta haqqında 3(009)-3468/2025 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyinin nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixində ünvanlanan məktubda qeyd edilir ki, bu malların ölkə ərazisinə idxalı gömrük rəsmiləşdirilməsindən və rüsumlardan azaddır. Həmçinin məktubda Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 300s nömrəli icazə sənədinə də istinad olunmuşdur. Həmin məktubda Dövlət Sərhəd Xidməti tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən gəmilərin təmir olunması məqsədilə gətirilmiş hərbi məmulatların gömrük rəsmilişdirilməsinə icazə verilməsi xahiş olunmuşdur. Gətirilən mallar hərbi təyinatlı olduğundan onların rəsmiləşdirilməsi Dövlət Sərhəd Xidməti tərəfindən aparılmışdır. Bu səbəbdən Nümayəndəlik tərəfindən hər hansı inzibati xətanın törədilməsi halı mövcud deyildir. Təqdim edilən sübutları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 11000042 nömrəli müqavilədən görünür ki, “X4” şirkəti ilə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyi arasında bağlanılmış və tərəflərin bank hesablaşmaları "xxxx" ASC-nin hesabı üzərindəndir. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanan məktubda qeyd edilmişdir ki, bu malların ölkə ərazisinə idxalı gömrük rəsmiləşdirilməsindən və rüsumlardan azaddır. Həmçinin məktubda Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 300s nömrəli icazə sənədinə də istinad olunmuşdur. Həmin məktubda Dövlət Sərhəd Xidməti tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən gəmilərin təmir olunması məqsədilə gətirilmiş hərbi məmulatların gömrük rəsmilişdirilməsinə icazə verilməsi xahiş olunmuşdur. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyinin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri, habelə iş materiallarını hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edərək müəyyən etmişdir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyi tərəfindən mallar müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq idxal edilmişdir. İş materialları ilə, həmçinin, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməməsi və ya ödənilmiş valyuta vəsaitinin qanunla müəyyən edilmiş müddətlərdə xaricdən geri qaytarılmaması halları təsdiq olunmamışdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi müəyyən edilmədiyindən, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyinin əməlində həmin inzibati xətanın tərkibi mövcud hesab edilmir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında Konstiusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və qalıq məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər mövcuddursa hüquqi şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyi tərəfindən protokolda göstərilən 20400.48 Avro məbləğində pulun qarşılığında mallar pulun köçürülməsindən sonra 2 il müddətində ölkəyə gətirilmişdir. Bununla da Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLİN OFFŞOR KASPİAN LTD.” nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar