Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3469/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 203b, mənzil 4 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : 29 dekabr 2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ünvan 1 ünvanında qeydiyyatda olan, (VÖEN**********) Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən 15 dekabr 2025-ci il tarixli MN2409370 nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2- 96302/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığını və tələb olunan sənədlərin xx.xx.2025-ci il tarixinədək təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt DƏMX BŞİ tərəfindən ünvanlanan sorğu məktubları ilə təsdiq edilir. Protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, vətəndaş X5 hüquqlarının pozulması ilə bağlı müraciət etmiş, araşdırma məqsədli “Şəxs MMC-yə məktublar ünvanlanmış, müəyyən sənədlərin təqdim olunması tələb edilmişdir. Sənədlər təqdim olunmuş, lakin qeyd olunan sənədlər protokol tərtib olunan günə qədər təqdim olunmamışdır. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC məhkəmə prosesinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 3-17-5/2-96302/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubda vətəndaş X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə X6 Xidmətinə daxil olmuş müraciətə baxıldığı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malik olduğunu, qeyd edilənləri nəzərə alaraq X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid bir sıra sənədlərin 7 (yeddi) iş günü ərzində X6 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114, Bakı şəhəri Svetlana Məmmədova küçəsi 107) və ya demx Elektron ünvan e-poçt ünvanına təqdim edilməsi xahiş olunmuş, həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Sözügedən məktubun çatdırılmasını təsdiq edən poçt sənədləri iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İşə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən hüquqi şəxsə sənədlərin təqdim edilməsi üçün sorğu göndərilmişdir. Sorğunun hüquqi şəxsin ünvanına çatdırılması iş materialları ilə təsdiq edilir. Lakin sorğuya müvafiq cavab verilməmiş, tələb olunan məlumatlar inzibati xəta haqqında haqqında protokolun tərtib edildiyi, yəni xx.xx.2025-ci il tarixədək təqdim olunmamışdır. Qeyd edilən hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin dispozisiyasında göstərilən (sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsi hissəsində) inzibati xəta tərkibini yaradan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Mövcud halda hazır ki inzibati xəta haqqında işin obyektiv tərəfi – qanuni sorğular üzrə tələb olunan sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməməsidir; inzibati xəta haqqında işin subyektiv tərəfi – verilmiş sorğuların qanunvericinin tələbi olduğunu bilindiyi halda onların icrasının vaxtında və düzgün təmin edilməməsidir; inzibati xəta haqqında işin obyekti – əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsidir; inzibati xəta haqqında işin subyekt – Şəxs MMC-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun əməlini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır və Şəxs MMC-nin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin minimum həddində yəni iki min manat məbləğində cərimə edilməsini inzibati qanunvericiliyin tələbləri baxımından məqsədə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) kimi aşağıdakılar göstərilmişdir. -rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələri; (40.0.1-ci maddə) -uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaları (kollegial orqan) (40.0.2-ci maddə) -müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) (40.0.3-cü maddə) Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, “X3” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC (VÖEN nömrəsi **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-3469/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3469/2025
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver