Məhkəmə qərarları › İş №3(009)-347/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-347/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-347/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru X5, Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Səbail Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti barəsində tərtib olunmuş 05 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan: İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi təmin etmədəyindən Səbail rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İcra sənədi icra olunması üçün xx.xx.2024-cü il tarixdə Səbail Rayon İcra Hakimiyyətinə göndərilmiş, lakin bu günədək icra olunmamışdır. Sonuncu olaraq icranın nəticəsi ilə bağlı şöbəyə daxil olmuş xx.xx.2025-ci il tarixli 5/19/2- 91/2025 saylı məktubda ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılıq verilməsinə dair sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qaldırılan məsələ ilə bağlı vətəndaş Zərərçəkmiş şəxs Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dəfələrlə qəbul edildiyi qeyd olunmuşdur. Bundan başqa tikinti işlərinin təsdiq olunmuş layihə əsasında aparılmasına nəzarətin Azərbaycan Respublikası FHN-ni Tikintidə X4 Agentliyi tərəfindən həyata keçirildiyi, eləcə də mübahisələndirilən iş üzrə Agentlik tərəfindən mütəxəssis rəyinin verilməsi və qaldırılan məsələ ilə bağlı evin dayanıqlığının müəyyən olunması barədə rəyin məhkəmə tərəfindən tələb olunmadığını və məsələyə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə rəsmi müraciət olunduğu bildirilmişdir. MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılıq verilməsinə dair sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi icra olunması üçün xx.xx.2024-cü il tarixdə Səbail Rayon İcra Hakimiyyətinə göndərilmiş lakin bu günədək icra olunmamışdır. Sonuncu olaraq icranın nəticəsi ilə bağlı şöbəyə daxil olmuş xx.xx.2025-ci il tarixli 5/19/2-91/2025 saylı məktubda ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılıq verilməsinə dair sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.Qaldırılan məsələ ilə bağlı vətəndaş Zərərçəkmiş şəxs Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dəfələrlə qəbul edildiyi qeyd olunmuşdur. Bundan başqa tikinti işlərinin təsdiq olunmuş layihə əsasında aparılmasına nəzarətin Azərbaycan Respublikası FHN-ni Tikintidə X4 Agentliyi tərəfindən həyata keçirildiyi, eləcə də mübahisələndirilən iş üzrə Agentlik tərəfindən mütəxəsssis rəyinin verilməsi və qaldırılan məsələ ilə bağlı evin dayanıqlığının müəyyən olunması barədə rəyin məhkəmə tərəfindən tələb olunmadığını və məsələyə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə rəsmi müraciət olunduğu bildirilmişdir. Borclu dövlət orqanı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 3(008)-347/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 3(103)-782/2025 saylı qərarından görünür ki, Səbail rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 3(009)-347/2025 nömrəli qərarından Bakı şəhər Səbail Rayon İcra şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-347/2025 nömrəli qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılıq verilməsinə dair sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Səbail rayon İcra şöbəsinin e190755/2024-16-24-002 saylı xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq Səbail rayon İcra Hakimiyyətinin 23 iyul 2024-cü il tarixli 5- 19/201018/2024 saylı məktubunda bildirilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs Səbail rayon İcra Hakimiyyəti başçısı tərəfindən dəfələrlə qəbul edilmiş və müvafiq izahatlar verilmişdir. Belə ki, tikinti işlərinin təsdiq olunmuş layihə əsasında aparılmasına nəzarətin Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən həyata keçirildiyi, eləcə də mübahisələndirilən iş üzrə Agentlik tərəfindən mütəxəssis rəyinin verilməsi və qaldırılan məsələ ilə bağlı evin dayanaqlılığının müəyyən olunması barədə rəyin məhkəmə tərəfindən tələb olunmadığını nəzərə alaraq tərəfindən məsələyə münasibət bildirilməsi üçün bir müddət əvvəl Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə rəsmi müraciət olunmuşdur. Səbail rayon İcra Hakimiyyətinin Səbail Rayon Məhkəməsinə ünvanladığı 26 fevral 2025ci il tarixli 5-19/2-230/2025 saylı məktubunda bildirilmişdir ki, məhkəmə qərarının icra edilməsi Səbail rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.7-4 bəndinin tələblərinə əsasən həmin Məcəllənin 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) və 89.2-ci (birinci halda) maddələrində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda) və 94.3-cü (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini inzibati ərazisində və "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13- cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində yerləşən tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından 16 dekabr 2022-ci il tarixli məktubla icra edilməsi üçün aidiyyati üzrə Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmənin qərarının icrası təmin edilmədiyindən Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)- 8320/2022 nömrəli qərardadı ilə Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1000 (min) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Qərardaddan Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-2732/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)-8320/2022 nömrəli qərardadı cərimənin məbləği hissəsində dəyişdirilmiş, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru X7 izahatında bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022-006 nömrəli, 01 sentyabr 2022-ci il tarixli İcra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılıq verilməsinə dair sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Səbail Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokola etiraz edərək, dövlət orqanı tərəfindən heç bir inzibati xəta törədilmədiyini və məhkəmə qərarının icrasının Səbail rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğunu bildirdi. Müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini inzibati ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə müvafiq işlər Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə borclu dövlət orqanı Səbail Rayon İcra Hakimiyyəti barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədi 14 iyun 2024cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi icra olunması üçün 14 iyun 2024-cü il tarixdə Səbail Rayon İcra Hakimiyyətinə göndərilmiş, lakin bu günədək icra olunmamışdır. Borclu Səbail Rayon İcra Hakimiyyətinin icra sənədinin icrasını təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş materiallarını və tələb olunaraq baxış keçirilmiş icra işini araşdıraraq belə qənəatə gəlir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 3000 (üç min) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar