Məhkəmə qərarları › İş №3(009)-3470/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3470/2025

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3470/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri, Səbail rayonu, Dağlıq, ev 37 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 29 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında yerləşən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, “İodico" MMC ünvanına, B324OA763 nömrəli nəqliyyat vasitəsi ilə gələn Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********2556 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, B324OA763 nömrəli nəgliyyat vasitəsi ilə "xxxx" MMC-nın ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 19:48 radələrində Samur gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir Şəxs direktoru X3 tərəfindən verilmiş etirazda bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin dizpozisiyasına əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta hesab edilir. Lakin qeyd edirik ki, sözügedən inzibati xətanın törədilməsində Cəmiyyətin heç bir təqsiri olmamış, məhkəməyə daxil olmuş iş materialları üzrə barəsində qısa idxal bəyannaməsi verilməyən mallar Cəmiyyətin qabaqcadan məlumatı olmadan onun ünvanına göndərilmişdir. Belə ki, ixracatçı "Logistika-Treyd" Səhmdar Cəmiyyəti və "xxxx" MMC arasında 06 may 2024-cü il tarixli, ЛТ/01-КД saylı Müqavilə imzalanmışdır. Həmin müqavilənin 23 dekabr 2024-cü il tarixli, 2 nömrəli Spesifikasıyasına əsasən Satıcı və Alıcı müxtəlif malların alqı-satqısı barədə razılaşmışlar Hazırki iş üzrə qısa idxal bəyannaməsi verilmədən gömrük sərhəddindən keçirilmiş “modul-başlıq" adlı mallar sözügedən 2 nömrəli Spesifikasiya üzrə tədarük edilən mallar sırasında qeyd edilməmiş, sadəcə həmin malların kiçik köməkçi hissələri olmuşdur. Bu köməkçi hissələr 0 AZN dəyərə malik olmuş, hədiyyə kimi göndərilmişdir. Həmin malların 0 azn dəyərə malik olması tərəfimizdən təqdim edilən malın Rusiya Federasiyasının gömrük sərhəddindən keçməsini təsdiq edən “Logistika-Treyd” Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş gömrük bəyannaməsinin 42ci qrafasından görünür. Həmçinin iş materiallarında olan "İODİCO” MMC tərəfindən tərtib edilmiş Gömrük Bəyannaməsinin 31-ci qrafasından görünür ki, həmin mallar hədiyyəlik olmuşdur. Tərəfimizdən təqdim edilən "Qablaşdırma vərəqi"ndən (Packing list) görünür ki, sözügedən mallar 06 may 2024-cü il tarixli, ЛТ/01-КД saylı Müqavilənin 23 dekabr 2024cü il tarixli, 2 nömrəli Spesifikasıyasına əsasən göndərilmişdir. Lakin tərəfimizdən təqdim edilən 2 nömrəli Spesifikasiyadan görünür ki, həmin spesifikasiyada "modul-başlıq" adlı mallar qeyd edilməmiş, onların tədarükü ilə bağlı "xxxx" MMC və "Logistika-Treyd"” Səhmdar Cəmiyyəti arasında heç bir razılaşma əldə edilməmişdir. Sadəcə yuxarıda da qeyd edildiyi kimi, həmin məhsullar 2 saylı Spesifikasiya üzrə tədarük edilən malın kiçik köməkçi ehtiyat hissəsi olmuşdur. Buna görə də həmin malların “Logistika-Treyd" SC tərəfindən göndəriləcəyindən Cəmiyyət xəbərdar ola bilməzdi. 2 nömrəli Spesifikasiya üzrə mallar Satıcı tərəfindən tam təchiz edildikdən sonra "İODÍCO” MMC-nin məlumatı olmadan həmin "modul-başlıq" adlı avadanlıqlar yenidən “Logistika-Treyd" SC tərəfindən öz hesablarına hədiyyə olaraq Cəmiyyətin ünvanına göndərilmişdir. Bu səbəbdən də, həmin mallar gömrük sərhəddinə gəlməzdən əvvəl qısa idxal bəyənnaməsi elektron formada verilməmişdir. Cəmiyyət bu barədə yalnız mallar Azərbaycan Respublikasına çatdıqda xəbərdar olmuşdur. Məsələ ilə əlaqədar "Logistika-Treyd” Səhmdar Cəmiyyəti öz təqsirini etiraf etmiş, bu barədə "xxxx" ММС-уǝ xx.xx.2026-cı il tarixli, İT/001 saylı rəsmi məktub ünvanlamışdır. Həmin sənəd ilə Cəmiyyətin təqsirsizliyi sübuta yetirilmişdir. Beləliklə, sözügedən inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsiri olmamışdır. Qeyd edək ki, yerli və beynəlxalq bazarda Şəxs MMC yod istehsalı və satışı ilə kifayət qədər tanınmış hüquqi şəxs olmaqla, hər fəaliyyət üzrə onun xüsusi peşəkar mütəxəssisləri məşğul olur. Bu səbəbdən də onun tərəfindən qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilir. İnzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci, 105.1-ci və 114.2.1-ci maddələrinə müvafiq olaraq xitam verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsi, habelə işə baxılmasının təxirə salınması barədə həmin orqandan hər hansı vəsatətin daxil olmaması nəzərə alınaraq, işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, təqdim olunan sənədlərdən görünür ki, qeyd olunan hal ilə bağlı gömrükdən keçirilən mallar barədə Şəxs MMC-nin əvvəlcədən məlumatı olmamışdır. Sonradan məlum olmuşdur ki, qeyd olunan mallar sıfır manat dəyərində olan və hədiyyə xarakteri daşıyan mallardır.Qarşı tərəfdən daxil olan rəsmi məktubda əsas mallarla yanaşı kiçik hədiyyələrin göndərildiyi bildirilmişdir. Müqavilənin 2 saylı əlavəsinə əsasən alınmış mallar Şəxs MMCyə göndərilmişdir. Şəxs MMC tərəfindən mallar tam şəkildə bəyan edilmiş, yalnız ehtiyat hissələrinin mövcud olduğu, lakin onların ayrıca adı və ya hədiyyə statusunun heç bir sənəddə göstərilmədiyi qeyd edilmişdir. Müqavilə bağlanarkən bu barədə heç bir razılaşma olmamışdır.Yük məmuru tərəfindən ilkin yoxlama aparılmış, malların tam olduğu müəyyən edilmiş və mallar yaşıl dəhlizdən buraxılmışdır. Qısa idxal bəyannaməsi üzrə broker şirkəti, logistika üzrə isə başqa şirkət məşğul olmuşdur. Hədiyyəlik mallar olduğu halda həm alıcı, həm də satıcının bir-birini xəbərdar etməli olduğu, lakin bu barədə əvvəlcədən məlumat verilmədiyi bildirilmişdir. Şəxs MMC-nin sonradan müraciəti əsasında qarşı tərəf rəsmi məktubla cavab verərək, hədiyyəlik malların qeyd edilməməsinin öz səhvləri olduğunu təsdiq etdiklərini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. -iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə tərtib edilmiş raportdan görünür ki, B324OA763 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 19:48 radələrində “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına verilməmişdir. Lakin idxalatçı tərəfindən sərhəd gömrük orqanını keçən zaman Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. - iş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, Şəxs (VÖEN: **********) ünvanına B324OA763 nömrəli nəqliyyat vasitəsilə gələn yük xx.xx.2025-ci il tarixli **********2556 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün həmin sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında əvvəlki bəyənnamə qeyd edilməmişdir. - iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan gömrük bəyənnaməsi üzrə elektron çıxarışdan görünür ki qeyd olunan gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar B324OA763 nömrəli nəqliyyat vasitəsi ilə adlı daşınaraq xx.xx.2025-ci il tarixdə saat 19:48-də Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin Şəxs MMC tərəfindən **********2556 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair qısa idxal bəyannaməsini gömrük orqanına təqdim edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin dispozisiyasına əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta hesab edilir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsində nəzərdə tutulan “Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi” inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. İş materiallarından müəyyən edilmişdir ki, “modul-başlıq” adlı mallar üzrə qısa idxal bəyannaməsi təqdim edilmədən həmin mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmişdir. Bu hal inzibati xəta haqqında iş üzrə toplanmış sübutlarla təsdiq olunur və inzibati xətanın obyektiv tərəfinin mövcudluğunu sübuta yetirir. Şəxs tərəfindən etirazda “malların hədiyyə xarakterli, 0 AZN dəyərində olması, müqavilə və spesifikasiyada ayrıca göstərilməməsi, habelə malların onun qabaqcadan məlumatı olmadan ixracatçı tərəfindən göndərilməsi” göstərilsə də, məhkəmə bu arqumentləri əsaslı hesab etmir. Belə ki, gömrük qanunvericiliyinin tələblərinə görə, malların dəyərindən, kommersiya xarakterindən və göndərilmə məqsədindən asılı olmayaraq, gömrük sərhədindən keçirilən bütün mallar üzrə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumatlandırma və bəyannamə vermə öhdəliyi mövcuddur. Eyni zamanda, inzibati xətanın subyekti qismində çıxış edən hüquqi şəxs idxal edilən mallar üzrə gömrük rəsmiləşdirilməsinin düzgün və vaxtında aparılmasına görə məsuliyyət daşıyır. Üçüncü şəxsin yəni ixracatçının hərəkətləri və ya səhlənkarlığı idxalçının inzibati məsuliyyətini istisna etmir və onu inzibati xətanın törədilməsinə görə məsuliyyətdən azad etmir. “Logistika-Treyd” Səhmdar Cəmiyyətinin öz təqsirini etiraf etməsi və bu barədə rəsmi məktub ünvanlaması da inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsirsizliyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, İODİCO” MMC tərəfindən gömrük əməliyyatları sahəsində lazımi nəzarət tədbirləri görülməmiş və bu da ehtiyatsızlıq formasında təqsirin mövcudluğunu göstərir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı və ya malları gömrük rəsmiləşdirilməsi üçün təqdim edən şəxs tərəfindən verilə bilər. Bu norma onu göstərir ki, qısa idxal bəyannaməsinin təqdim edilməsi üzrə məsuliyyət qanunvericiliklə alternativ subyektlər arasında bölüşdürülmüşdür. Eyni zamanda, Gömrük Məcəlləsinin 113.1-ci maddəsində açıq şəkildə göstərilir ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin bu hal malların gömrük rəsmiləşdirilməsinə və buraxılışına mane olmur. Bu da onu təsdiq edir ki, bəyannamənin təqdim edilməməsi faktının özü hüquqi məsuliyyət yaradır və subyektiv səbəblər bu məsuliyyəti istisna etmir. Bununla yanaşı, Azərbaycan Respublikasının hüquq sistemində mövcud olan ümumi prinsipə əsasən, qanunvericiliyi bilməmək, habelə malın göndərilməsindən əvvəl məlumatın olmaması şəxsi inzibati məsuliyyətdən azad etmir. Bu prinsip gömrük hüququnda da tətbiq olunur və qısa idxal bəyannaməsinin verilməməsi halında “xəbərim olmayıb” arqumentinin hüquqi əsas kimi qəbul edilməsinə imkan vermir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Fərmanının 2.2-ci bəndinə əsasən, qısa idxal bəyannaməsində risklərin təhlili və gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və bu bəyannamə malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl təqdim edilməlidir. Bu norma qısa idxal bəyannaməsinin əsas məqsədinin fiskal deyil, qabaqlayıcı nəzarət və risklərin idarə olunması olduğunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.1 və 1.0.2-ci maddələrinə əsasən bəyanetmə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi, bəyannaməçi isə gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxsdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsi ilə müəyyən edilir ki, gömrük bəyannaməsi malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 37.1-ci maddəsinə əsasən gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri arasında sənəd və məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, məlumatların elektron emalı üsulları vasitəsilə həyata keçirilir; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 və 114.1-ci maddələrində isə qeyd edilir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 13-cü hissəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Bu hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsnə tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda gömrük qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər 1500 (min beş yüz) manat məbləğində cərimə edilir. Göründüyü kimi qanunvericilik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən törədilməsi sübuta yetirilən inzibati xəta əməlinə görə tətbiq ediləcək inzibati tənbeh növünü və onun miqdarını konkret müəyyən etmişdir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar