Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3485/2020 09.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxxxx 1955-ci il tarixdə ünvan 1 16 ünvanında yaşayan Şəxs tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində, saat 14:30-da Mercedes Benz C 180 minik markalı, 99KX082 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü, 332.1-ci, 327.6cı və 327.1-ci maddələrinin tərkibi yarandığından protokol tərtib olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(009)-3127/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 327.6cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair hissənin məhkəmənin səlahiyyətlərinə aid olmadığından baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə göndərilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsinə aid hissədə isə baxılması qərara alınmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, xx xxxxxxxx 2020-ci il tarixində, saat 14:30-da oğluna məxsus Mercedes Benz C 180 minik markalı, 99KX082 dövlət qeydiyyat nişanlı avtomobili şəhər istiqamətindən 20-ci dairəsinə çatmamış yolun sağ kənarında aptekin qarşısında saxlamışdır. Sonra güzgüyə baxıb maşını arxaya sürdü və bu an avtomaşının sol arxa küncünün nə isə toxunduğunu gördü. Avtomobildən düşəndə BMW XS markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ küncünə vurduğunu gördü. Hadisə zamanı xəsarət alan olmamışdı. X1 izahatından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixində saat 14:30-da Salyan yolu 20-ci sahə dairəsinə çatmamış aptekin qabağında özünə məxsus BMW X5 M markalı, 10DH021 dövlət nömrə nişanlı avtomaşını yolun kənarında saxlamışdı. Belarus ticarət mağazasının içində idi, avtomaşında olan oğlu gəlib dedi ki, Mercedes markalı avtomaşın arxaya verib, onun maşınını vurub. Mağazadan çıxıb avtomaşının qabaq sağ tərəfindən zədələnmişdi. 102 nömrəli xidmətə zəng edən də həmin avtomobil hadisə yerini tərk etdi. Hadisə zamanı xəsarət alan olmadı. X2 izahatından görünür ki, ona məxsus Mercedes Benz C 180 minik markalı, 99KX082 dövlət qeydiyyat nişanlı avtomobili atası Şəxs verdi ki, sonuncu aptekdən özünə dərman alsın. Aptekdən çıxanda maşını arxaya sürərkən onların avtomobilləri dayanmış vəziyyətdə olan BMW XS markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuşdur. Xəsarət alan olmadı. "İmprotex Motors" MMM-dən verilmiş 25 oktyabr tarixli qüsur aktından görünür ki, BMW AG konserninin Azərbaycanda rəsmi idxalçısı və texniki xidmət mərkəzində BMW X5 M markalı, 10DH021 dövlət nömrə nişanlı 0T69195 ban nömrəli avtomaşının, yəl nəqliyyat hadisəsi nəticəsində zədələnmiş qabaq bamperinın təmiri üçün 458, 15 (ƏDV daxil) manat pul vəsaiti tələb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi var və o, 400 (dörd yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-3485/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3485/2020
09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver