Məhkəmə qərarları › İş №3(009)-35/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-35/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-35/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 11 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 11 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi (İdarə) xx.xx.2024-cü il tarixli, 3-17-5/2-83681/2024 nömrəli məktubla Bakı şəhəri 203 nömrəli tam orta məktəbin rəhbərliyinə (Məktəb) müraciət edərək, məktəbin işçisi X1 01 oktyabr 2024-cü il tarixdə səhhətininin pozulması ilə bağlı olan məsələyə İdarədə baxıldığı, daxil olmuş məlumat və sənədlərə baxmaqla inzibati xətanın əlamətlərinin olması hallarının müəyyən edildiyini bildirilmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədilə 29 noyabr 2024-cü il tarixdə saat 10:00 X9 Xidmətinə dəvət olunmuşdur. Bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Məktəbin səlahiyyətli şəxsi qismində qeyd olunan görüşdə özü iştirak etmişdir. Lakin görüş qabağı məktəbin təsərrüfat işləri üzrə direktor müavini X3 tərəfindən verilən şifahi məlumata əsasən ona məlum olmuşdur ki, onun tərəfindən İdarəyə qeyri rəsmi olaraq təqdim etdiyi “Texniki işçilərin 01-xx.xx.2024-cü il tarixləri üzrə Tabeli”ndə müəyyən nöqsanların aşkar edildiyinə görə cərimə olunacağını bildirdi. Belə ki, qeyd olunan tabeldə Elnarə Ramazanova ilə bağlanmış əmək müqaviləsində həftənin 1-5-ci günləri 7 saat, həftənin 6cı günü 5 saat qeyd olunmasına baxmayaraq onun sanki həftəlik 40 saatlıq iş normasının artıq işlədiyi görünür. Halbuki, məktəbə rəhbərlik etdiyi zamandan bəri heç kimin artıq iş saatında işləməsinə heçvaxt yol verməmişdir. Bununla belə qeyd olunan halın texniki səbəblərə görə baş verdiyini təsdiq etmək üçün əlavə olaraq tabeldə adları qeyd olunan şəxslərin, o cümlədən Elnarə Ramazanovanın belə realda hansı rejimdə çalışmalarını araşdırmanın diqqətinə çatdırmaq üçün müvafiq ərizələri toplanıldı. Həmin ərizələr müvafiq izahatı ilə birgə 29 noyabr 2024-cü il tarixdə əmək müfəttişinə təqdim edildi. Lakin, İdarə bu halları nəzərə almadan barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 198.1.5-ci maddəsinə əsasən 29 noyabr 2024-cü il tarixli, MN ******* saylı İnzibati Xəta haqqında Protokol tərtib etmişdir. Yeri gəlmişkən, protokolda aparılan qeydlərdən belə görünür ki, sanki protokolun müzakirəsində iştirak etmiş, lakin tərtib olunmasında iştirak etməmişdir. Halbuki müfəttiiş ona həftəsonudur deyə indi tərtib olunmayacağını, növbəti həftənin birinci günü lazım olarsa ona dəvət edəcəklərini, tərtib olunmalı olmasa məsələnin yekunlaşacağını bildirdi. Ona heç kəs protokolun tərtib olunması ilə bağlı hər hansı məlumat verməmişdir. Görüş videoqeydiyyata alındığı təqdirdə onun həqiqəti söylədiyi öz təsdiqin tapar. Belə olan təqdirdə protokolun köhnə tarixlə tərtib olunmağına əsaslı şübhələr yaranır. Daha sonra İdarənin 11 dekabr 2024-cü il tarixli. 3-17-5/2-91175/2024 nömrəli məktubuna əlavə olunmuş 11 deakbr 2024-cü il tarixli, MN1808300 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Məcəllənin 198.1.5-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə olunduğu ona məlum (xx.xx.2024-cü il tarixdə) olmuşdur. Düşünür ki, onun hüquqları kobud şəkildə pozulub və məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Aşağıdakı səbəblərə görə Qərar ləğv olunmalıdır: İlk öncə qeyd olunmalıdır ki, inzibati tənbeh vermə haqqında qərarın qanunsuz tərtib olunduğunu hesab edir. Tərəfindən Bakı şəhəri 203 nömrəli tam orta məktəbdə rəhbərlik etdiyi vaxtda qanunvericiliyin tələbləri nəzərə alınaraq məktəbə çalışan işçilərin əmək hüquqları pozulmamışdır. Bununla bağlı toplanmış müvafiq ərizələr inzibati orqana təqdim edildi, lakin orqan tərəfindən nəzərə alınmamışdır. Bu da qərəzli mövqeyin olmasını izah edir. Qeyd olunan qərarın əsassız olduğunu bildirirək, əməlində ümumiyyətlə inzibati xəta hadisəsinin olmadığını hesab edir. Belə ki, məktəbin işçisi X1 01 oktyabr 2024-cü il tarixdə səhhətininin pozulması ilə bağlı naməlum şəxs tərəfindən və malum olmayan (anonim) formada daxil olmuş məlumat əsasında başlanmış araşdırma daha sonra digər pozuntunun aşkar edilməsi adı ilə davam etdirmək hesab edir ki, araşdırmanın məqsədli şəkildə əvvəlcədən düşünülmüş qərəzli və qeyri-obyektiv olmasını təsdiq edir. Sanki inzibati orqan səhhətin pozulma faktının öz təsdiqini tapma ehtimalı olmadığını əvvəlcədən bildiyindən digər inzibati xəta faktını aşkar etmək üçün əlavə sənədləri tələb edərək nəyin bahasına olursa olsun istəyinə nail olmaq üçün əlindən gələni əsirgəməmişdir. Şikayət ərizəsinə əlavə olunmuş sənədlərdən də görünür ki, Bakı şəhəri 203 nömrəli məktəbin direktor vəzifəsininin icrası ona cari ilin 13 sentyabr 2024-cü il tarixdən müvəqqəti olaraq həvalə olunmuşdur. X4 və digərlərin ərizələrindən açıq aydın görünürki, hər hansı qanunvericiliyin tələblərinin pozulma hallarından söhbət belə gedə bilməz. İnzibati orqanın əlində kifayət qədər əsas vardı ki, inzibati tənbeh növü kimi inzibati cəriməni yox, uzağı xəbərdarlığı tətbiq etsin. Lakin səlahiyyətli orqan qeyd olunan halları görməzdən gələrək bunu etmədi. Göstərilən əsaslara görə barəsində inzibati xəta haqqında qərar qanuni hesab edilə bilməz, ona görə də həmin qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3. və 135-ci maddələrinə əsasən barəsində tərtib olunmuş 11 dekabr 2024-cü il tarixli, MN1808300 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X10 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 11 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 11 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 11 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 X1 əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməmişdir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş baxılması üçün yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci məddəsinə əsasən, Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 11 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 11 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar