Məhkəmə qərarları › İş №3(009)-350/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-350/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-350/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, xx.xx.1979-cu il tarixdə Füzuli rayonunun, Bala Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Füzuli rayonunun, Bala Bəhmənli Ə/D, Bala Bəhmənli kəndində qeydiyyatda olan X5 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsindən X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən fiziki şəxs Şəxs (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası vətəndaşları Alexander Bulatov və X10 Federasiyasından gətirdikləri ölçüsü 1.424 karat orta bazar qiyməti 14000 manat olan qiymətli daş-brilyantın Bakı şəhəri Heydər Əliyev adına X8 gömrük nəzarətindən gizlədilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin daşın digər şəxslərə satılması məqsədilə tanışları X3 və X6 ilə əlaqəyə girib xx.xx.2023-cü il tarixdə Səbail rayonu ərazisində Mərkəzi Univermağın qarşısında adları qeyd edilən şəxslərlə görüşərək brilyant daşı satmaq məqsədilə onlardan əldə etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə nəzərdə tutulmuş azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların və ya nəqliyyat vasitələrinin digər şəxslər tərəfindən əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi inzibati xətasını törətmişdir. Qeyd olunanlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şəxs, şahidlər X3 və X4 ifadələri, məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1667-6/6291-9/9229 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında və xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokollar və digər sənədlərlə sübut olunur. Şəxs ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasından gəlmiş şəxslərin gətirdiyi brilyant daşı tanışı Musa İsmayılov ona təqdim edərək satmasını bildirmiş və 05 dekabr 2023-cü il tarixdə "MUM"un qarşısında həmin daşı satmaq üçün Musadan almışdır. X6 ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasından gəlmiş şəxslərin gətirdiyi brilyant daşı tanışı Sərvan Süleymanov ona təqdim edərək satmasını bildirmiş və 05 dekabr 2023-cü il tarixdə "MUM"un qarşısında həmin daşı satması üçün Hafiz adlı tanışına vermişdir. X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində X2suz olaraq gömrük nəzarətindən kənar brilyant daş keçirmiş Aleksandr Bulatov və Nikolai Dəmirovu qarşılayaraq Bakı şəhəri ərazisindəki otelə yerləşdirmiş, adları qeyd edilən şəxslərdən aldığı brilyant daşı Musa adlı tanışı ilə birlikdə satmışdır. Məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1667-6/6291-9/9229 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş rəngsiz şəffaf daş qiymətli daşlara aid brilyantdır. Daşın ölçüsü 1.424 karat olmaqla 4/4 keyfiyyətlidir. Orta bazar qiyməti 14000 manat müəyyən edilmişdir. Sərhədkeçməyə dair məlumatlardan görünür ki, Alexander Bulatov və Nikolai Demidov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası dövlət sərhədindən ölkədən çıxmışlar. xx.xx.2023-cü il tarixli X1 məxsus "İphone 11" markalı mobil telefona baxış aparılması haqqında protokoldan görünür ki, "Whatsapp" mobil tətbiqində X6 ilə 02 dekabr 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək olan müddət ərzində brilyant daşların satışı ilə bağlı ölkə ərazisinə gələn şəxslərin müvəqqəti yaşaması üçün otellərin təşkili, müxtəlif ölçülü brilyant daşların satışı ilə bağlı müştəri axtarışı məzmununda səs və sms yazışmaları vardır. Bundan başqa, 21 noyabr 2023-cü il tarixdən 04 dekabr 2023-cü il tarixədək olan müddət ərzində "İlham Qaqa" adlı şəxslə brilyant daşa bənzər əşyanın fotoşəklinin göndərilməsi, Nikolai Demidov və Alexander Bulatovun ölkə ərazisinə gəlməsinə dair uçuş biletinin məlumatları göndərilməklə sonuncuları qarşılaması, brilyant daşların satışının ölkə ərazisində həyata keçirilməsinə dair səs və sms yazışmaları vardır. xx.xx.2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs təqdim etdiyi 01 ədəd brilyanta bənzər daş müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsindən daxil olmuş məlumat olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 504-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Qeyd edilən xəta Bakı şəhəri Səbail rayonu ərazisində başa çatdığı üçün inzibati xəta haqqında iş üzrə icraat baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 504-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati xətanın bilavasitə predmeti olmuş maddi sübut - 1.424 karat ölçüdə, 14000 manat dəyərində brilyant daş Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə saxlanca verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, X9 və Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə X9 və Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363- 1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. “Prokurorluq haqqında” qanunun 24-cü maddəsinə əsasən prokuror cinayət və inzibati xəta aşkar etdikdə və digər hallarda müvafiq olaraq cinayət işi başlamaq və ya inzibati xətalara dair icraat başlamaq haqqında, yaxud digər qərar çıxarır. X9 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi tərtib olunmuş protokoldan, özünün və şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. İş materiallarına əlavə edilmiş 06 dekabr 2023-cü il tarixli, 5/1667-6/6291-9/9229 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş 1 ədəa, dairəvi cilalı 1.424 karat ölçülü, 4/4 keyfiyyətlidi, brilyant qaşın orta bazar qiyməti 14000,0 (on dörd min) manat müəyyən edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin saxlan otağında saxlanılan 1.424 karat ölçüdə, 14000 manat dəyərində brilyant daş dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: xx.xx.1979-cu il təvəllüdlü Füzuli rayonunun, Bala Bəhmənli Ə/D, Bala Bəhmənli kəndində qeydiyyatda olan X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin saxlan otağında saxlanılan 1.424 karat ölçüdə, 14000 manat dəyərində brilyant daş dövlət nəfinə müsadirə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Bakı şəhər İcra şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar