Məhkəmə qərarları › İş №3(009)-3508/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3508/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3508/2025 12.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə və şikayətçi X2 iştirakları ilə, Bakı şəhəri X9 İdarəsinin Müşayiət-eskort Bölüyünün YPX inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, belə ki, həmin qərarda qeyd edilir ki, guya o etibarnamə ilə idarə etdiyi "FORD ve TRANSİT YÜK" markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nazağlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı tələbini pozmaqla inizbati xəta törətmişdir. xx.xx.2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi "FORD TRANSİT YÜK” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Səbail rayonu 2 Neftçilər prospektində hərəkətdə olarkən polis əməkdaşı YPX inspektoru polis baş X1 tərəfindən saxlanılmış, həmin vaxt heç bir mütəxəssis rəyi olmadan özünün göz baxışı ilə avtomobilin nasaz olduğunu səs borucunun yaxşı işləmədiyini, avtomobilin tüstü verdiyuini bildirmiş əsassız olaraq avromobili duracağa aparmışdır. Avtomobilin çıxarlması üçün bizi Bakı şəhər BDYPİ-nə göndərdilər. Həmin İdarədə 28-ci otaqda oturan Müzəffərli Kənan adlı şəxsin qəbulundə olduğunu və cəriməni ödəyib maşını çıxarmaq istədiyimiz bildirdik. Lakin həmin şəxs bildirdi ki, maşının əlavə olaraq 300 manat cəriməsi var. Həmin cərimənin haraya ödəcəyimiz barədə göndəriş verməyini tələb etsək də heç bir göndəriş verilmədi və bizə bildirirdi ki, avtomobili səs borusunu cərimə meydancasının həyətində düzəltdirməliyik. Bundan sonra maşının duracaqdan çıxarılmasına razılıq verəcəklər. Hazırkı vaxta kimi avtomobil əsassız olaraq duracaqda saxlanılır. Avtomobildə heç bir nasazlıq olmaması barədə polis əməkdaşına bildirsə də o buna əhəmiyyət verməmiş əsassız protokoldan olaraq barəmdə protokol tərtib etmişdir. Eyni zamanda ona tərtib edilmiş protokol ilə narazı olsa da İnzibati Xətallar Məcəlləsinin 124.3 və 124.4-cü maddələrinin tələblərinı pozaraq şikayət etdiyi şəxs tərəfindən qərar qəbul edilmişdir. Halbuki o protokolla razılaşmadığım üçün protokolu tərtib etmiş şəxs inzibati tənbeh vermək haqqında qərar qəbul edə bilməz. Bakı şəhəri X9 İdarəsinin Müşayiət-eskort Bölüyünün YPX inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şikayətçi X3 izahatında göstərdi ki, avtomobili heç bir əsas olmadan, yoxlanış keçirmədən 10 gün cərimə meydançasında saxlayıblar. Yalnız avtomobilin səsboğucusu qırılmışdır və tüstü verirdi. Bakı şəhəri X9 İdarəsinin Müşayiəteskort Bölüyünün YPX inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, şikayət əsassızdır, belə ki, sürücü də etiraf edir ki, avtomobil nasaz olub və bu səbəbdən yol patrul inspektoru protokol tərtib edərək avtomobili cərimə meydançasına yerləşdirib. Odur ki, X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsini sizdən xahiş edirəm. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3- cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 6-cı bəndinə əsasən Yol hərəkəti sahəsində fiziki şəxslərin onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək kimi vəzifəsi vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin İİ hissəsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavədə nasazlıqları siyahısı göstərilmiş, həmin Əlavənin Vİ hissəsinə əsasən mühərrikdə 1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduqda. 2) Yanacaq sisteminin hermetikliyi pozulduqda. 3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır. 4) Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə.5) Kiçik elektrik nəqliyyat vasitəsinin mühərriki işləmədikdə, normativ tələblər pozulmaqla yeni mühərrik quraşdırıldıqda və ya dəyişdirildikdə nasazlıq aradan qaldırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsinə əsasən Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Bakı şəhəri X9 İdarəsinin Müşayiət-eskort Bölüyünün YPX inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X2 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları və iş materiallar ilə tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, X2 şikayəti təmin edilmədən, Bakı şəhəri X9 İdarəsinin Müşayiət-eskort Bölüyünün YPX inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri X9 İdarəsinin Müşayiət-eskort Bölüyünün YPX inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar