Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-351/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Səbail Rayon Dövlət Yol Polisi şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Dövlət Yol Polisi şöbəsi tərəfindən tərtib edilmiş 03 fevral 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, protokol tərtib edilən zaman sərxoş olmamışdır. Belə ki, o, barəsində protokol tərtib edildikdən bir neçə saat sonra özü könüllü həkimə müraciət etmiş və onun sərxoş olmaması müəyyən edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Dövlət Yol Polisi şöbəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, spirtli içki qəbul edib sükan arxasına əyləşən şəxs yalnız özü üçün deyil, ətrafdakılar üçün də böyük təhlükə mənbəyidir. İşə əlavə edilmiş sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə 04 mart 2023cü il tarixli aktdan məlum olur ki, Şəxs avtomobili idarə edərkən sərxoş olmuşdur. Odur ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Səbail Rayon Dövlət Yol Polisi şöbəsinin Yol patrul xidməti inspektoru X1 ifadəsində bildirmişdir ki, Şəxs avtomobili şübhəli idarə etdiyinə görə onu saxlamışdır. Alkotestrlə yoxladıqda şəxsin sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra şəxs alkotestrin nəticəsi ilə razılaşmadığından onu həkim müayinəsinə aparmışlar, kamera görüntüsündən istifadə edilməklə müayinə etdikdən sonra müəyyən olunmuşdur ki, şəxs sərxoşdur. Daha sonra nəqliyyat vasitəsi evakuatorla duracağa təmin edildi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 03 mart 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə “Toyota Prius” (minik) markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun sərxoş olması aşkar olunmuşdur. İş materiallarına olan avtonəqliyyat saxlanılma qəbulu barədə 04 mart 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs həmin aktda izahatında göstərmişdir ki, sərxoş olduğundan nəqliyyat vasitəsi duracağa evakuatorla gətirilmiş, onu alkoqol aparatı ilə yoxlamışlar. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli, 2/4902 nömrəli, saat 02:30-da tərtib edilmiş aktdan görünür ki, Şəxs sərxoşdur, 0,318% promilli. Şəxs məhkəməyə təqdim etdiyi sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli, 2/4923 nömrəli, saat 12:10-da tərtib edilmiş aktdan görünür ki, Şəxs ayıqdır. Həmçinin müəyyən edilmişdir ki, Şəxs izahatında əvvəlcə alkotestrin nəticəsi ilə razı olmadığını, “102” xidmətinə zəng etmiş, daha sonra spirtli içki qəbul etməsini, sərxoş olduğunu etiraf etmişdir. Göründüyü kimi Şəxs 04 mart 2023-cü il tarixdə saat 02:35-də “Toyota Prius” (minik) markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi həm iş materialları ilə, həmdə inzibati xəta törədilən vaxt Şəxs etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2/4923 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokoluna münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, sərxoşluq faktı 04 mart 2023-cü il tarixdə saat 02:30-da yerində aşkar olunmuş, Şəxs isə həmin gün saat 12:10-da tibbi müayinədən keçmişdir ki, aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən akt (xx.xx.2023-cü il tarixli, 2/4923 saylı) iş üzrə əhəmiyyət kəsb edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-115, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-351/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-351/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver