Məhkəmə qərarları › İş №3(009)-3510/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-3510/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-3510/2025 30.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı X1 AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32663815 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: X1 AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32663815 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. X3 şikayətində AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32663815 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:44-də Tolstoy küçəsində “Toyota Camry” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. (İXM-nin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1 maddəsinə əsasən İXM-nin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixli Qərarına əsasən....inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. xx.xx.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarında olan məlumatların elektron sorğulanmasına dair Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X1 qeydiyyatda olduğu ünvan Füzuli rayonu, Böyük Bəhmənli kəndidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etməli olduğu məsələlər qeyd olunmuşdur. Bu maddənin tələbinə əsasən həll edilməli məsələlərdən biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını müəyyən etməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.7-ci maddələrinin mənasına görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32663815 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddəsini rəhbər tutaraq qəraraaldım: X1 AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32663815 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar