Məhkəmə qərarları › İş №3(009)-3518/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3518/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3518/2025 12.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə və şikayətçi X1 iştirakları ilə, Bakı şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025 tarixinə aid ona məxsus olan **-RG-*** dövlət qeydiyyat nişanlı LEXUS ES300H minik markalı nəqliyyat vasitəsi ilə Səbail Rayonu, Üzeyir Hacıbəyli, Puşkin küçəsində avtobus zolağına girməyi ilə bağlı qərarsız protokol tərtib edilib, heç bir görüntü olmadan sistemə yüklənmiş və xx.xx.2025 tarixində protokolla bağlı qərar qüvvəyə minmişdir. Həmin tarixdə o küçədən keçdiyini belə xatırlamadığını, bundan əlavə xx.xx.2025 tarixində özünü polis əməkdaşı olaraq təqdim edən bir şəxs ona zəng etdiyini, qayda pozuntuları etdiyini, 200 manat 4 ballıq cərimələr etdiyini bildirərək onu 105-ci otağa çağırmış, o isə gəlməyəcəyini bildirmişdir. Hansı qayda pozuntusu varsa qanunla müəyyən edilmiş qaydada sistemə yükləməsini bildirmişdir. Bundan sonra yalnız bir qərarsız protokol sistemə yüklənmişdir. (İXP7438317). Barəsində tərtib edilmiş protokol, 15 gün sonra qərarsız olaraq və 26 gün sonra qərarlı olmuşdur sistemə yüklənmişdir, bu da ayrıca olaraq İnzibati Xətalar Məcəlləsinin 38.6 maddəsinə zidddir və kobud şəkildə vətəndaşın haqqının pozulması idi. O, bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdiyini, 3(009)-2583/2025 nömrəli iş açılaraq məhkəmə tərəfindən və TР ******* saylı qərara xitam verilməsi və işə yenidən baxılması üçün geri göndərilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixində Aslan Rəhimov ona zəng etdi və qərara xitam verildiyini və yenidən baxılıb ünvandakı səhvin düzəldilib cərimənin yenidən sistemə yüklənəcəyini bildirmiş və TP ******* saylı qərar sistəmdən silinmiş və xx.xx.2025-ci il tarixində TP 7702534, eyni nömrəli protokol sistemə yüklənmişdir. Ona yenidən yazılan TP ******* saylı qərar da qanunsuz olduğunu, çünki İnzibati Xətalar Məcəlləsinin 114.4-cü maddəsinə zidd olduğunu hesab edir. Orada bildirilir ki, 122.1-ci maddəsində nəzərdə tutulan istisna olmaqla. maddələr onu göstərirki, foto ve video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə ancaq elektron qərar çıxardıla bilər və elektron qərar 24 saat ərzində sistemə yüklənməsə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hesab edir ki, barəsində yol polisi əməkdaşı tərəfindən qanunsuz şəraitdə, qanunsuz şəkildə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şikayətçi X3 izahatında göstərdi ki, sentyabr ayının 8-i cərimə olunmağı ilə bağlı X6 İdarəsinə dəvət olunmuş, o bildirmişdir ki, cəriməni ünvanına göndərsinlər. Əməkdaş ünvana göndərəndən sonra inzibati xətanın törədilmə ünvanın səhv qeyd olunduğu aşkar etmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə işə yenidən baxılması üçün işi X6 İdarəsinə göndərmişdir. DYPİ-ünvanda düzəliş etsə də qərarın qeyri-qanuni olduğunu hesab edərək məhkəməyə müraciət etmişdir. Odur ki, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, şikayət əsassızdır, belə ki, X3 **-RG-*** dövlət qeydiyyat nişanlı LEXUS ES300H minik dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol patrul xidməti inspektoru vizual olaraq qayda pozuntusuna yol verildini aşkar etmiş və barəsində protokol tərtib olunmuşdur. Bundan əvvəlki verdiyi şikayətində ərazi səhv qeyd edildiyindən qərar ləğv edilmiş və yenidən araşdırma üçün göndərilmişdi, hazırda yeni qərarla yol verilən nöqsanlar aradan qaldırılmış xətanın baş verdiyi ərazi düzgün qeyd edilmişdir. Şikayətçinin törətdiyi inzibati xətanın görüntüləri var və özüdə xətanın törədildiyini qəbu edir. X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsini sizdən xahiş edirəm. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir. Belə ki, təqdim edilmiş video-görüntülərdən görünür ki, X3 tərəfindən idarə olunan **-RG-*** dövlət qeydiyyat nişanlı LEXUS ES300H minik markalı nəqliyyat vasitəsi ilə Səbail Rayonu, Üzeyir Hacıbəyli, Puşkin küçəsində hərəkətdə olarkən zolağı dəyişərək avtobus zolağına daxil olaraq hərəkət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X1 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Bakı şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X1 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları və iş materiallar ilə tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, X1 şikayəti təmin edilmədən, Bakı şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar