Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-352/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs vəkili X2, zərərçəkmiş şəxs X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş ******* saylı protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətinə aid olduğundan protokol tərtib olunaraq göndərilmişdir. İş materiallarına əlavə edilmiş MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 10 dekabr 2021-ci il tarixdə vətəndaş X1 evinin pəncərə və setkasını vuraraq qəsdən zədələmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 dekabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, 14,12.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu İçəri Şəhər 1-ci Qəsr döngəsi 23 ~ənzil 1-də qeydiyyatla yaşayan vət.X4, Səbail RPİ-nin 9-cu PB-nə -üraciət edərək bildirmişdir ki, 10.12.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvana gələn eçmir əri Şəxs ondan uşaqlarını götürüb aparmaq istədikdə yox cavabı alarkən sonuncu yumruq zərbəsi ilə evin pəncərə və setkasını vuraraq qəsdən zədələnmişdir. Daxil olmuş müraciət araşdırlıması üçün 14.12.2021-ci il tarixdə Səbail RPİ-nin 9-cu DB-də 1 saylı NK-də 1783 sayı ilə qeydiyyata alınmışdır. Araşdırma zamanı X13 vermiş olduğu izahatında göstərmişdir ki, o yuxarıda qeyd olunan ünvanda anası və uşaqları ilə birlikdə yaşayır. 2015-ci ildə 1984-cü il təvəllüdlü Şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. 2021-ci ilin noyabr ayından rəsmi qaydada ayrılmışlar və birgə nigahdan 2 azyaşlı övladı vardır. Ayrıldıqları müddətdən münasibətləri normal olsada son vaxtlar Kamran onun yaşadığı evə gələrək ona və ailə üzvülərinə qarşı nəlayiq ifadələr işlədərək onları narahat edir. Himayəsində olan azyaşlı övladlarını götürüb gəzmək adı ilə aparır və geri vaxtında gətirmir. Ondan səbəbini xəbər aldıqda sə müxtəlif bahənələr gətirərək uşaqlarını ona qarşı nəlayiq ifadələr öyrədir. Sonuncu dəfə 10.12.2021-ci il tarixdə saat təxminən 20 radələrində keçmiş əri Kamran yaşadığı evə gələrək uşaqları ondan istədikdə ona verməyəcəyini bildirərək bununla bağlı məhkəməyə müraciət etməsini söyləmişdir. Kamran onun dediyi sözlərdən əsəbləşərək ona və anasının ünvanına nəlayiq ifadələr işlədib evin pəncərə və setkasına yumruqla vuraraq zədələyib yararsız hala salmışdır. O da məcbur qalaraq hadisə barədə 14.12.2021-ci il tarixdə Səbail RPİ-nin 9-cu PB-nə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı evdə özü, anası və uşaqlarının olduğunu və hadisə nəticəsində ona 100 manat məbləğində maddi ziyan dəydiyini qeyd etmişdir. Yoxlama zamanı qeyd olunan hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəkili X8 dəymiş ziyanı ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyanın ona ödənildiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, həmin şəxsə qarşı heç bir şikayətinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən və qəbzdən görünür ki, dəymiş ziyan tam olaraq ödənilmişdir, aralarında barışıq əldə olunmuş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi deyil və ona vurulmuş 100 (yüz) manat ziyan ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 39.2 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-352/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-352/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver