Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-353/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş cinayət təqibi üzrə icraata başlanmanın rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərara əsasən 19 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota-Prius” markalı 77EF349 nömrəli avtomobillə Bakı şəhəri Səbail rayonu ərazisində Salyan yolu ilə saatda 45 km/saat surətlə 20-ci sahə istiqamətində hərəkətdə olarkən “Dünya” marketin yaxınlığında hərəkəti istiqamətin əksinə yolun bir tərəfindən digər tərəfinə doğru keçən piyada X3 ehtiyyatsızlıqdan vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, sağ təpə nahiyyəsinin əzilmiş yarası, döş qəfəsinin sol yarısının yumuşaq toxumalarının əzilməsi, eləcədə sağ incik sümüyünün, boyunun yerinidəyişməyən qapalı sınığı ilə müşahidə olaunan sağlamlığına az ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Sürücü Şəxs əməlində Azərbaycan Respublikası CM- nin 263.1-ci maddəsinin tərkibi olsa da, tərəflər barışdığına görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas olduğundan X1 az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi faktı üzrə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci inzibati təsir tədbirləri görülməsi üçün Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, X4 barəsində keçirilmiş canlı şəxsin ekspertizasının 655 nömrəli ekspert rəyinə əsasən, X2 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, sağ təpə nahiyyəsinin əzilmiş yarası, döş qəfəsinin sol yarısının yumuşaq toxumalarının əzilməsi, eləcədə sağ incik sümüyünün, boyunun yerinidəyişməyən qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən piyada hərəkətdə olarkən avtomobilin qabaq hissəsi ilə vurulması nəticəsində əmələ gələ bilərlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Hazırki işdən isə görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində törətdiyi yol nəqliyyat hadisəsi zamanı yüngül dərəcəli bədən xəsarətinin dəyməsi barədə sübut aşkar edilməmiş, bununla bağlı (hər hansı şəxsə yüngül bədən xəsarəti yetirilməsi) iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol natamamdır. Bu natamamlığı isə işə baxılarkən aradan qaldırmaq mümkün deyil. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(009)-2002/2022 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Polis İdarəsinə geri qaytarılmış, lakin heç bir araşdırma aparılmadan təkrar məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material tamamlanması üçün Səbail RPİ-nin DYPŞ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-353/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-353/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver