Məhkəmə qərarları › İş №3(009)-353/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-353/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-353/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X10 qızının katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqanının nümayəndəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 504-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 504-cü maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin 06 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 504-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qərardan görünür ki, fiziki şəxs Şəxs (FİN: 2VH0KXB) 02 dekabr 2023-cü il tarixdə Rusiya Federasiyası vətəndaşları Alexander Bulatov və X8 Federasiyasından gətirdikləri ölçüsü 1.424 karat orta bazar qiyməti 14000 manat olan qiymətli daş-brilyantı Bakı şəhəri Heydər Əliyev adına X6 gömrük nəzarətindən gizlədilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə keçirmələrinə kömək edərək həmin şəxsləri Bakı şəhəri ərazisində yaşayış yeri ilə təmin etmiş və gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslərə satılması məqsədilə tanışı X5 ilə əlaqəyə girərək, sonuncu ilə birlikdə əvvəlcədən sövdələşdikləri X7 ilə 05 dekabr 2023-cü İİ tarixdə Səbail rayonu ərazisində Mərkəzi Univermağın qarşısında görüşərək brilyant daşı satması üçün Hafis Kazımova vermiş, bununla da, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 480 maddəsi ilə nəzərdə tutulmuş malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi və 504-cü maddəsi ilə nəzərdə tutulmuş azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları oozulmaqla gətirilmiş malların və ya nəqliyyat vasitələrinin digər şəxslər tərəfindən əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam .erilməsi inzibati xətalarını törətmişdir. Qeyd olunanlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində stintaq edilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X7, şahidlər Şəxs və X2 ifadələri, məhkəmə ekspertizasının 06 dekabr 2023-cü il tarixli 5/1667-6/6291-9/9229 nömrəli rəyi, 05 dekabr 2023- cü il tarixli əşyaya baxış keçirilməsi haqqında və 06 dekabr 2023-cü İİ tarixli mobil telefona baxış keçirilməsi haqqında protokollar və digər sənədlərlə sübut olunur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsindən daxil olmuş məlumat olmuşdur. Sərhədkeçməyə dair məlumatlardan görünür ki, Alexander Bulatov və Nikolai Demidov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası dövlət sərhədindən ölkədən çıxmışlar. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərar qəbul etmiş orqanının nümayəndəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan baxış keçirilməsi və götürülmə aparılması haqqında 05 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, X3 təqdim etdiyi 5000 ABŞ dolları 01 ədəd birliyanta bənzər daş əşyaları qablaşdırılaraq götürüldü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş 06 dekabr 2023-cü il tarixli sənədlərin məhkəmə ekspertizası rəyinən görünür ki, təqdimata təqdim edilmiş 01 ədəd rəngsiz, şəffaf daş qiymətli daşlara aid – 1.424 karat olmaqla 4/4 keyfiyyətli brilliantdır və orta bazar qiyməti 14000 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç) manat təşkli edir. Şəxs ifadəsində göstərmişdir ki, 02 dekabr 2023-cü il tarixdə Bakı şəhəri ərazisində X1suz olaraq gömrük nəzarətindən kənar brilyant daş keçirmiş Aleksandr Bulatov və Nikolai Dəmirovu qarşılayaraq Bakı şəhəri ərazisindəki otelə yerləşdirmiş, adları qeyd edilən şəxslərdən aldığı brilyant daşı Musa adlı tanışı ilə birlikdə satmışdır. X5 ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasından gəlmiş şəxslərin gətirdiyi brilyant daşı tanışı Şəxs ona təqdim edərək satmasını bildirmiş və 05 dekabr 2023-cü il tarixdə "MUM"un qarşısında həmin daşı satması üçün Hafiz adlı tanışına vermişdir. X7 ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasından gəlmiş şəxslərin gətirdiyi brilyant daşı tanışı Musa İsmayılov ona təqdim edərək satmasını bildirmiş və 05 dekabr 2023-cü il tarixdə "MUM"un qarşısında həmin daşı satmaq üçün Musadan almışdır. Şəxs məxsus "İphone 11" markalı mobil telefona baxış aparılması haqqında 05 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, "Whatsapp" mobil tətbiqində X5 ilə 02 dekabr 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək olan müddət ərzində brilyant daşların satışı ilə bağlı ölkə ərazisinə gələn şəxslərin müvəqqəti yaşaması üçün otellərin təşkili, müxtəlif ölçülü brilyant daşların satışı ilə bağlı müştəri axtarışı məzmununda səs və sms yazışmaları vardır. Bundan başqa, 21 noyabr 2023-cü il tarixdən 04 dekabr 2023-cü il tarixədək olan müddət ərzində "İlham Qaqa" adlı şəxslə brilyant daşa bənzər əşyanın fotoşəklinin göndərilməsi, Nikolai Demidov və Alexander Bulatovun ölkə ərazisinə gəlməsinə dair uçuş biletinin məlumatları göndərilməklə sonuncuları qarşılaması, brilyant daşların satışının ölkə ərazisində həyata keçirilməsinə dair səs və sms yazışmaları vardır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 504-cü maddələrinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü addəsinə əsasən Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 504-cü maddələrinin tərkibi var və onun 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tədbiri tətəbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 504-cü maddələrinin tərkibinin olmasını nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə görə fiziki şəxslər barəsində işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Bu səbəbdən aparılmış ekspertiza tədqiqatın dəyərinin Şəxs aid 100 manat hissəsi dövlət hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 504-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin sanksiyası həddində 5600 (beş min altı yüz) manat məbləğində cərimə edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyərinin Şəxs aid 100 manat hissəsi dövlət hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar