Məhkəmə qərarları › İş №3(009)-3548/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3548/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3548/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Nəsibov Rəşad Eldar oğlunun katibliyi ilə xx.xx.1986-cı ildə qəbələ rayonunda anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, nesterov küçəsi, ö/t ev 5ş-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN№0713776 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkokti vasitə daşımış və eyni zamanda polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla əlaqədar Səbail rayon Pİ-nin 9-cu PB-nin sahə rəisi A.Cəfərov tərəfindən Şəxs barəsində AR İXM-nın 206 və 535.1-ci maddələrində nəzərdə tutumuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək, AR İXM-nın 535.1-ci maddəsində təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi avtomaşınla bir nəfər şəxsə yas mərasimi ilə əlaqədar pul vermək üçün evdən çıxmış, Dağ üstü parkda yerləşən komendant postunda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşlarına bildirmişdir ki, yaxın ərazidə yaşayan tanışına yas mərasimi üçün pul verməlidir. Onlar bildirmişlər ki, həmin şəxsi posta dəvət etsin və pulu orada versin. O Rəcəb Dəmirova zəng edərək onu posta çağırmışdır. Polis əməkdaşları onun avtomaşınına baxış keçirərkən maşında olan istehlak miqdarında ona məxsus narkotik vasitə aşkar edilərək götürülmüşdür. O polisə hər hansı müqavimət göstərməmiş və polislərin dəvəti ilə polis bölməsinə getmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq, şahidi dindirərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 oğlu ifadəsində göstərmişdir ki, o 9-cu PBnin sahə inspektorudur. xx.xx.2020-ci il tarixdə təhqiqat orqanının rədd materialları əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, həmin materiallar əsasında Şəxs əməlində AR İXM-nın 206 və 535.1-ci maddəsi ilə inzibati xəta tərkibinin olması müəyyən edildiyindən bu barədə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim etmişdir. İş üzrə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı Şəhriyar Hacıyevin xx.xx.2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun AR İXM-nın 206 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli H-K-1403 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs imza Şəxs...” sözləri yazılmış zərfdə bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,065 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilən Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 206 və 535.1-ci maddəslərinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, inzibati xəta törətməkdə təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə, onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati xətalar Məcəlləsinin 206-cı maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə AR İXM-nın 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehin daha ciddi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həmin maddənin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olmasını, eyni zamanda öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı da törətməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada həbsin əvvəlli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən saat 07:00-dan hesablansın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutuğmuş tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh edilsin. Həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən saat 07:00-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar