Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3549/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Nəsibov Rəşad Eldar oğlunun katibliyi ilə xx.xx.1993-cı ildə Lənkəran rayonunda anadan olmuş, azərbaycanlı, subay, Abşeron rayonu, Masazır qəsəbəsi, K.Duz zavod yolu, massiv 2, ev 2-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN№0713777 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində Səbail rayonu, Moyo klubunun qarşısında epidemiya əleyhinə və karantin rejimini pozaraq polisin qanuni tələbinə tabeçilik göstərməmişdir. Bununla əlaqədar Səbail rayon Pİ-nin 9-cu PB-nin sahə rəisi A.Cəfərov tərəfindən Şəxs barəsində AR İXM-nın 211.2 və 535.1-ci maddəsində nəzərdə tutumuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 211.2 və 535.1-ci maddələri ilə özünü qismən, yəni 211.2-ci maddəsi ilə təqsirli bilərək, 535.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir, yemək yeyib kafedən çıxdıqdan sonra tibbi maska geyinmədiyi üçün polis əməkdaşları ona yaxınlaşmış və karantin qaydalarını pozduğunu bildirmişlər. Polis əməkdaşları mülki geyimdə olmuş və bu səbəbdən onların polis olmalarını bilməmişdir. Polis əməkdaşları protokol tərtib etmək üçün onu bölməyə dəvət etmiş, o da oqndlaonlara tabe olaraq bölməyə getmişdir. Sonradan barəsində protokol tərtib edilmişdir. O polislərə hər hansı tabesizlik göstərməmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq, şahid ifadəsini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 211.2 və 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili X1 öz ifadəsində göstərmişdir ki, Fəvvarələr meydanında ərazisində xidmət apararkən bir nəfərin tibbi maskasız kafedən çıxdığını görmüşdür. Ona yaxınlaşıb özünü təqdim etmiş və nəyə görə tibbi maskadan istifadə etmədiyini soruşmuşdur. Həmin şəxs əli cibində onunla kobud danışmışdır. Belə olan halda həmin şəxsi protokol tərtib olunması üçün bölməyə dəvət etmiş, lakin həmin şəxs bölməyə gəlməkdən imtina etmişdir. Sonradan həmin şəxsi avtopatrulla bölməyə gətirmiş və raport yazmışdır. İş üzrə Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş MN0713777 seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs AR İXM-nın 211.2 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi faktı tam təsdiq olunur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 211.2-cı maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilən Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 211.2 və 535.1-ci maddəslərinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, inzibati xəta törətməkdə təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə, onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati xətalar Məcəlləsinin 211.2-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə tətbiq olunur. İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə AR İXM-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehin daha ciddi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həmin maddənin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 211.2-ci maddəsinin tərkibinin olmasını, ölkədə pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edilməsini, lakin buna baxmayaraq Şəxs həmin qaydaların tələblərinə riayət etməyərək tibbi maskadan ictimai yerdə istifadə etməməsini, eyni zamanda öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı da törətməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən ona AR İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. AR İXM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə inzibati xəta törədən şəxsin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə növündə tənbehin həddi 150 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutuğmuş tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş 150 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-3549/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3549/2020
27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver